Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Selonne
Selonne (fr. Selonnet, oks. Selonet) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Seyn kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04203. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 430 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 285 nəfər (15-64 yaş) arasında 206 nəfər iqtisadi fəal, 79 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72.3%, 1999-cu ildə 75.6%). Fəal 206 nəfərdən 190 nəfəri (104 kişi və 86 qadın), 16 nəfəri işsizdir (6 kişi və 10 qadın).
Silvanə
Silvana (fars. سیلوانه‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Silvana bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,350 nəfər və 243 ailədən ibarət idi.
Telkafe
Telkafe - İraqın Neynəvə mühafəzəsində şəhər.Əhalisi 2010-cu ildə 40000 nəfər idi. == Tarixi == 1508-ci ildə Tel Keppe monqollar tərəfindən ələ keçirildi. 1743-cü ildə Tel Keppe Fars lideri Nadir Şahın orduları tərəfindən talan edildi və yandırıldı. Bu hadisə, Mosulun mühasirəsi çərçivəsində baş vermiş və orada fars ordusu ağır itki vermiş və qələbə görünmək üçün ətraf şəhərləri talan etməyə əl atmışdı. 1833-cü ildə bu dəfə Rawandiz Kürd Qubernatoru tərəfindən qəsəbə yenidən ələ keçirildi. Yaxınlıqdakı Alqoş şəhərini də ələ keçirdi. İŞİD Edit tərəfindən işğal 6 Avqust 2014-cü ildə şəhər yaxınlıqdakı Assuriya şəhərləri Bəhdida, Bartella və Karamlish şəhərləri ilə birlikdə İraq və Levant İslam Dövləti (İŞİD) tərəfindən ələ keçirildi.Şəhərə girəndə İŞİD evləri qarət etdi, xaçları və digər dini əşyaları kilsələrdən çıxartdı. Qəsəbədəki xristian qəbiristanlığı da sonradan dağıdıldı. Mosul Döyüşünün başlamasından bir müddət sonra İraq qoşunları Tel Keppe üzərində irəlilədilər, lakin döyüşlər 2017-ci ildə davam etdi.İraq qüvvələri 19 yanvar 2017-ci ildə şəhəri İŞİD-dən geri aldı.2018-ci ilə qədər bir çox xristian sakinləri geri qayıtdı və kilsələrini yenidən qurdular. == Mədəniyyət == Tel Keppe tarixən İraqın Xaldey katolik icmasının mərkəzi idi.
Səlyan
Salyan — Azərbaycan Respublikasında şəhər, Salyan rayonunun inzibati mərkəzi. 1915-ci ildə şəhər statusu almışdır. == Tarixi == Salyan şəhəri əsrlərlə Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. Bakı hakimliyinə aid olan bu şəhər dövrünün əsas şəhərlərindən idi. Burada gəmiqayırma emalatxansı vardı. Şəhərə gəmi ilə gəlinir və burada balıq yetişdirilirdi. Salyan Quba xanlığından asılı idi və Nadir şah tərəfindən geri alınmışdı. XVIII əsrin ortalarında Salyan İbrahim Rüdbəri tərəfindən ələ keçirildi. Onun hökmranlığından narazı qalan salyanlılar kömək üçün Quba xanlığına üz tutdular və 1757-ci ildə Fətəli xanın komandanlığı altında olan qoşunlar Salyanı tutdular, İbrahim Rüdbərini qovdular və şəhəri Quba xanlığına birləşdirdilər.. 1729–1782-ci illərdə Salyan Sultanlığının paytaxtı olub.
Sərkan
Sərkan — İranın Həmədan ostanının Tuysərkan şəhristanının Mərkəzi bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,557 nəfər və 1,418 ailədən ibarət idi.
Şəlalə
Şəlalə — Çay yatağı boyu bərk süxurları yuyub keçə bilmədiyi hissələrində əmələ gəlmir. Su bir neçə çıxıntıdan töküldükdə şəlalələr kaskadı əmələ gəlir. Yer kürəsində ən hündür şəlalələr Anhel (1054 m, Venesuela, Çurun çayı), Tugela (933 m, CAR, Tugela çayı) və Yosemitidir (727.5 m, ABŞ, Mersed çayı). Viktoriya şəlaləsinin (120m) eni 1800 m, Niaqara şəlaləsinin (51 m) eni 1100 m-dir.Stenli və Lvinqston şəlaləsi-konqo çayı, İquasa şəlaləsi - parana çayı Azərbaycanda bir neçə kiçik şəlalə (Mucuq, Afurca və s.) vardır. Şəlalənin əsas iki tipi vardır: Niaqara tipli şəlalə — bu tip şəlalənin eni hündürlüyündən xeyli artıq olur. Məsələn, Şimali Amerikada Niaqara şəlaləsi. Josemiti tipli şəlalə — bu tipdə olan şəlalədə su xeyli ensiz zolaqla çox hündürdən tökülür.Məsələn, Kaliforniyada Josemiti, Cənubi Amerikada Anhel və s.
Şəlman
Şəlman — İranın Gilan ostanında yerləşən şəhər. Şəlman əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Qəsrik (Silvanə)
Qəsrik (fars. ‎‎‎قصريك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 238 nəfər yaşayır (40 ailə).
Sehkani (Üşnəviyyə)
Sehkani (fars. سه كاني‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 663 nəfər yaşayır (143 ailə).
Seylanə (Urmiya)
Seylanə (fars. سيلانه‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 75 nəfər yaşayır (20 ailə).
Sərvanə (Soyuqbulaq)
Sərvanə (fars. ساروانه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 63 nəfər yaşayır (10 ailə).
Şelikan adası
Şelikan — Oxot dənizində, Amaxton körfəzi ərazisində yerləşən ada. Sahəsi 0,1 km², hündürlüyü 70 m təşkil edir. Sahilləri hündür və sıldırımlıdır. Adada qağayılar koloniya əmələ gətirir . Bitki örtüyü zəngin deyil. Ərazisində daş ağcaqayını meşə əmələ gətirir. Burada 53 növ bitkiyə rast gəlmək olur. Ada təqribi olaraq 5-6 min il öncə meydana gəlmişdir. Yaxınlığında yerləşən kiçik Umara və Vdovuşka adası ilə birlikdə materikə yaxın yerləşir. İnzibati cəhətdən Maqadan vilayəti ərazisində yerləşir.
Elyane Boal
Elyane Boal (d. 28 aprel 1998) — Kabo-Verdeni təmsil edən bədii gimnast. Elyana Boal 2016-cı ildə Kabo-Verdeni XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Elyane Boal 2016-cı ildə Kabo-Verde bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 38.640 xal topladı və sonuncu, 26-cı yeri tutaraq mübarizəni dayandırdı.
Qanlı şəlalə
Qanlı şəlalə — qan-qırmızı dəmir oksidli axar olaraq Taylor buzlağından çıxaraq quru Mak-Medro dərəsinə axır. Dəmirlə zəngin olan duzlu su kiçik çatdan çıxır. Şəlalənin mənbəyi 400 metr dərinlikdə yerləşən buzaltı göldür. Bu göl dağ arası dərələrin dəniz suyu ilə dolması nəticəsində əmələ gəlir. Bu göl təxmini olaraq 4-1,5 mln il öncə buz qatının altında qalmışdır. Göl suyunun duzluğu okean suyunun duzluğunu 10 dəfə üstələyir. Bu səbəbdən su hətta –10 °C temperaturda belə göl donmur. Qırmızı su mənbəyi 1911-ci ildə avstraliyalı Tomas Teylor tərəfindən kəşf edilmişdir. İlk əvvəllər suyun qırmızı olması Qırmızı yosunla əlaqəli olması düşünülsə də sonradan paslanmış dəmir olması müəyyən edilmişdir. Göldən axan su qrunt tərkibində olan dəmirin oksidləşməsi nəticəsində əmələ gəlir.
Seikan tuneli
Seykan tuneli — Yaponiyanın Honşu və Hokkaydo adalarını birləşdirən dünyanın ən uzun dəmir yolu tuneli. Uzunluğu 53,85 km olan tunelin 23,3 kilometrlik hissəsi dənizin altından keçir. Tunel ən dərin yerində dəniz səviyyəsindən 240 metr aşağıda, dəniz yatağından isə 100 metr dərinlikdə yerləşir.Hazırda dünyanın ən böyük və ən dərin dəmir yol keçidi olan Seykan liderliyi İsveçrənin Qotard baza tunelinin 2016-2017-ci illərə nəzərdə tutulan açılışına qədər qoruya biləcək. Tunelin tikintisinə 1955-ci ildə 5 sərnişin bərəsinin tufanlı havada batması və 1430 sərnişinin həlak olmasından sonra qərar verilib. 9 il davam edən layihələndirmə işlərindən sonra, tunelin tikintisi 1964-cü ildə başlayaraq 1988-ci ildə başa çatmış və o dövrün qiymətləri ilə 538,4 milyard yenə (3,6 milyard ABŞ dolları) başa gəlmişdir. Tunelin açılışı 13 mart 1988-ci ildə baş tutmuş və həmin il tunel 3,1 milyon sərnişinə xidmət etsə də, 1999-cu ildə sərnişinlərin sayı 1,7 milyon olmuşdur. == İstinadlar == == Xarici keçidlər == The Seikan Tunnel — Aomori Prefekturasının Rəhbərliyi.
Sekans (triqonometriya)
Sekans — hipotenuzun qonşu katetə olan nisbətinə deyilir. İfadəsi: sec ⁡ x = 1 cos ⁡ x = | D O | | C O | {\displaystyle \sec x={\frac {1}{\cos x}}={\frac {|DO|}{|CO|}}} == İnteqralı == sec (x) funksiyasının inteqralı bu funksiyanın, (sec (x) + tan (x)) ifadəsinə vurulur. ∫ sec ⁡ x d x = ∫ sec ⁡ x ⋅ sec ⁡ x + tan ⁡ x sec ⁡ x + tan ⁡ x d x {\displaystyle \int \sec ~x~dx={\int \sec ~x\cdot {\sec ~x+\tan ~x \over \sec ~x+\tan ~x}~dx}} u = sec x + tan x ve du = ∫(sec x ∙ tan x + sec2x) dx periodu edilir.
Selcan xatun
Selcan xatun — «Kitabi-Dədə Qorqud» əsərində Qanturalın nişanlısı. == Məzmunu == Sarı tonlu Selcan xatun. 6-cı boyda işlədilmişdir. Qanturalın nişanlısıdır. "Sarı tonlu" ləqəbi "Selcan xatun"un həddindən artıq gözəl olduğunu göstərir. Selcan Xatunun "gözəllər sərvəri", "incə tonlu" epitetləri də onun gözəlliyinə işarədir. B.Abdullayev göstərir ki, "Selcan qədim türk dilindəki "sel" və fars dilindəki "can" sözlərindən düzəlib, "can dincliyi, qərb sakitliyi" deməkdir. N.Məmmədov isə "Selcan"ın "işıqlı sima", "parlaq vücud" mənasında olduğunu göstərir. «Qanlı Qoca oğlu Qanturalı» boyunda qanturalın sevdiyi Selcan Xatun Sarı libaslda təsvir olunur. Qanturalı Sarı donlu qızın eşqi ilə bir «hu»!
Serkan Çayoğlu
Serkan Çayoğlu (31 may 1987, Almaniya Federativ Respublikası) — türk model və aktyor. == Həyatı == Serkan Çayoğlu təhsilini Almaniyada universitetin İqtisadiyyat bölməsində tamamlamışdır. Əvvəllər modellik etməyi düşünsə də, bir müddət sonra aktyorluğa yönəlmiş və Ümid Çıraq, Dolunay Soysərt kimi adlardan peşəkar aktyorluq təhsili almışdır. İlk olaraq 2012-ci ildə "Kuzey-Güney" teserialının mövsüm finalında Mərvə Boluğurun İtaliyadan gələn yoldaşını canlandırmış, sonra "Zeytun təpəsi" teleserialında oynamışdır. Handə Yenərin "Ya Ya Ya" klipinə də çəkilmişdir. 2014-cü ildə başlayan "Gilas mövsümü" teleserialında Ayaz Dinçər rolunu canlandırmışdır. Teleserial 2015-ci ildə başa çatmışdır. Aktyor daha sonra "Həyatımın eşqi" teleserialında Dəmir Cərrahoğlu rolunu oynamışdır.
Seykan tuneli
Seykan tuneli — Yaponiyanın Honşu və Hokkaydo adalarını birləşdirən dünyanın ən uzun dəmir yolu tuneli. Uzunluğu 53,85 km olan tunelin 23,3 kilometrlik hissəsi dənizin altından keçir. Tunel ən dərin yerində dəniz səviyyəsindən 240 metr aşağıda, dəniz yatağından isə 100 metr dərinlikdə yerləşir.Hazırda dünyanın ən böyük və ən dərin dəmir yol keçidi olan Seykan liderliyi İsveçrənin Qotard baza tunelinin 2016-2017-ci illərə nəzərdə tutulan açılışına qədər qoruya biləcək. Tunelin tikintisinə 1955-ci ildə 5 sərnişin bərəsinin tufanlı havada batması və 1430 sərnişinin həlak olmasından sonra qərar verilib. 9 il davam edən layihələndirmə işlərindən sonra, tunelin tikintisi 1964-cü ildə başlayaraq 1988-ci ildə başa çatmış və o dövrün qiymətləri ilə 538,4 milyard yenə (3,6 milyard ABŞ dolları) başa gəlmişdir. Tunelin açılışı 13 mart 1988-ci ildə baş tutmuş və həmin il tunel 3,1 milyon sərnişinə xidmət etsə də, 1999-cu ildə sərnişinlərin sayı 1,7 milyon olmuşdur. == İstinadlar == == Xarici keçidlər == The Seikan Tunnel — Aomori Prefekturasının Rəhbərliyi.
Səkinə Axundzadə
Səkinə xanım Mirzə Heybət qızı Axundzadə (1865–1927), ilk qadın dramaturq, yazıçı Mirzə Heybət Axundzadənin qızı. Səkinə xanım Azərbaycanın ilk qadın müəllimlərindəndir. Yazıçılıqla, o cümlədən dramaturgiya ilə də məşğul olmuşdu. == Həyatı == Səkinə xanım 1865-ci ildə Qubada anadan olmuş və ibtidai təhsilini orada almışdır. Atası Mirzə Heybət "Fəda" təxəllüslü ilə şeirlər yazırdı və A.A.Bakıxanovun təşkil etdiyi "Gülüstan" ədəbi məclisinin üvzü idi. 1900-cu ildə ailəsi ilə birlikdə Bakıya köçən Səkinə xanım Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbində şəriət və ədəbiyyat dərslərini tədris etmişdir. Bakıda və Qubada xalqın maariflənməsi yolunda böyük işlər görmüş, qız məktəblərinin açılmasına, təhsil alan şagirdlərə müntəzəm olaraq maddi yardım göstərmişdi. == Yaradıcılığı == Səkinə Mirzə Heybət qızı Axundzadə teatr həvəskarları ilə yaradıcılıq əlaqələri saxlamışdı. "Elmin bəhrəsi" pyesini və "Gəlin və qayınana" komediyasını yazıb. Milli folklorumuz əsasında "Əbülfəz və Rəna" hekayəsini qələmə almış, bu əsər əsasında isə eyniadlı opera librettosu işləmişdi.
Səkinə Zairova
Səkinə Zairova (d. 16 may 1996; Bakı, Azərbaycan) — Azərbaycanı təmsil edən cüdoçu. Səkinə Zairova 2015-ci ildə Azərbaycanı I Avropa Oyunlarında təmsil etdi. == Həyatı == Səkinə Zairova 16 may 1996-cı ildə Bakı şəhərində anadan olub. == Karyerası == Səkinə Zairova birinci ciddi uğurunu 2012-ci ildə qazandı. Zairova Azərbaycan Çempionatının gümüş medalının sahibi oldu. Səkinə Zairova 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatıldı. O, 52 kiloqram çəki dərəcəsində 1/16 final mərhələsində İsrailli Roni Şvartz ilə üz-üzə gəldi və 000:100 hesabı ilə məğlub olaraq mübarizəni dayandırdı.
Səkinə İmanova
Səkinə İmanova Dadaş qızı (1908–1975) — Sosialist Əməyi Qəhrəmanı (1948). == Həyatı == İmanova Səkinə Dadaş qızı 12 avqust 1908-ci ildə indiki Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuşdur. 1948-ci ildə Sosialist Əməyi qəhrəmanı adına layiq görülmüşdür. 1944-cü ildən Sovet İttifaqı Komunist Partiyasının üzvü, 1932–1956-cı illərdə Telman adına kolxozda manqa başçısı işləmişdir. 1947-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 12 avqust 1975-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində dünyasını dəyişmişdir.
Səkinə İsmayılova
Səkinə Qulu qızı İsmayılova — müğənni, muğam ifaçısı, Azərbaycan Respublikasının xalq artisti. (1992), "Şöhrət" ordenli (2016). == Həyatı == Səkinə Qulu qızı İsmayılova 24 fevral 1956-cı ildə anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbinin muğam sinfini (1974), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib (1990). Əməkdar artist (1989), xalq artisti (1992) Səkinə İsmayılova muğamı qavalla ifa edən ilk qadın xanəndədir. Opera və Balet teatrının səhnəsində əksər muğam operalarında aparıcı partiyaları – Leyli "Leyli və Məcnun", Əsli "Əsli və Kərəm", Gülbahar "Gəlin qayası", Şahsənəm "Aşıq Qərib" və s. ifa etmiş və etməkdədir. Xalq mahnıları və muğamların əvəzədilməz ifaçısı olan Səkinə İsmayılova Azərbaycan muğam sənətini dünyanın bir çox ölkələrində — İran, Türkiyə, İraq, Səudiyyə Ərəbistanı, Vyetnam, Yaponiya, Hindistan, Avstriya, Almaniya, Hollandiya, İsveç, Fransa, Norveç, Danimarka, Macarıstan, Lüksemburq, ABŞ və s. dəfələrlə yüksək səviyyədə təmsil etmişdir. Səkinə İsmayılova ilk dəfə olaraq qadınlardan ibarət muğam üçlüyü yaradaraq bu kiçik kollektivlə son illərdə bir sıra xarici ölkələrdə çıxış etmişdir.
Səkinə Əliyeva
Səkinə Abbas qızı Əliyeva (15 aprel 1925, Naxçıvan – 6 oktyabr 2010, Bakı) — dövlət xadimi və siyasətçisi. O, Naxçıvan MSSR maarif naziri, Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin katibi, Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Sədri vəzifələrində çalışmışdır.Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının SSRİ-dən ayrılması haqqında fövqəladə sessiyanın çağırılmasına nail olmuş və onun imzalamışdır. == Həyatı == Səkinə Abbas qızı Əliyeva 1925-ci ilin aprel ayının 15-də Naxçıvan şəhərində fəhlə ailəsində anadan olmuşdur. Atasının adı Abbas, anasının adı isə Almaz olmuşdur. === Təhsili === 1945-ci ildə Naxçıvan Müəllimlər İnistitutunda təhsilini başa vurmuşdur. Bundan 1951–1958-ci illərdə sonra isə Azərbaycan Dövlət Universitetində Filologiya fakültəsində təhsil almışdır. Buradakı təhsilini başa vurduqdan sonra bir müddət Babək rayonunun Qahab kəndində müəllim kimi işləmişdir. Səkinə Əliyeva həmçinin, Ali Partiya Məktəbini də bitirmişdir. == Fəaliyyəti == 1945-ci ildə ÜİK(b)P üzvlüyünə qəbul edilmişdir. 1945-ci ildən 1951-ci ilə qədər Statistika Komitəsində çalışmış və burada Sovet sistemini öyrənmişdir.
Səlman Farsi
Salman Farsi (ərəb. سلمان الفارسي‎, fars. سلمان فارسی‎; 568, Kazeroun, Sasanilər İmperiyası – 657, Ktesifon) — Məhəmməd peyğəmbərin səhabəsi, Dörd sadiq səhabədən biri. Səlman Farsi İslamın çiçəkləndiyi dövrdə böyük xidmətləri ilə Peyğəmbərin (s) ən yaxın adamlarından oldu və onun vəfatından sonra da bu yolda mətinliklə dayana bildi. Peyğəmbər Səlmanın həqiqət axtarışında olmasını yüksək qiymətləndirərək demişdir: "Əgər din Sürəyyada da (bürc) olmuş olsaydı, Səlman ona yol tapardı.” Səlmanın zöhd və təqvası hamı tərəfindən qəbul olunmuş bir həqiqətdir. O, ibadət və cihadda nümunə sayılır, elm və imanda öndə gedirdi. Onun təvazökarlığı və sadəliyi, Əhli-beytə (ə) iman və ixlası, həqiqət yolunda dözümü, vilayət xəttində sabitliyi, xüzu və xüşusu, ədalət və kamalı, bir sözlə bütün xüsusiyyətləri yaşadığı dövrün azğınlıqları içində həqiqət axtaranlar üçün bir nümunə idi. Səlman müsəlmanlıq iftixarına nail oldu və Peyğəmbər (s) vasitəsi ilə azadlığa çıxdı. O, bir müddət Mədain şəhərinin hakimi oldu. Həyatının heç bir dönəmində haqq yolda büdrəmədi.