Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
I Əhsitan
I Axsitan (XII əsr, Şamaxı – 1196, Şamaxı) – Şirvanşahlar dövlətinin iyirmi birinci hökmdarı, Şirvanşah III Böyük Mənuçöhrün oğlu. == Adı == Axsitanın adının yazılışı və oxunuşu uzun müddət alimlər arasında mübahisələrə səbəb olmuşdur. Xaqani və Nizaminin əsərlərinin müxtəlif əlyazmalarında onun adı Axtsan, yaxud Axtşan, yaxud da Axsitan yazılmışdır. Bir sıra müəlliflər – Dorn, Xanıkov, Paxomov və başqaları onun adını müxtəlif cür oxmuşlar. Fars əlyazmalarında göstərilən üç variantdan biri – "Axstan" Axsitanın adı çəkilən sikkə və kitabələrdə rast gəlinən formaya uyğundur. Sonra, Hadi Həsənin fıkrincə, Xaqani poemasındakı Zeleman tərəfındən araşdırılan Axstan sözünün ölçüsü və adın "Kartlis tsxovreba"dakı oxunuş variantı -Axsartan – onun Axsatan kimi tələffüzünü daha düzgün hesab etməyə imkan verir. Paxomovun, Zelemanın və S. Aşurbəylinin fikrincə isə, Xaqani şerinin vəzninə əsaslanaraq, Axsitan kimi tələffüz etmək daha doğrudur. Dornun cədvəlində bu Şirvanşahın adı atasının adı ilə birləşdirilərək bir şəxs – Mənuçöhr Axsitan kimi verilmişdir. Axsitanın titullarına kitabələrdə və sikkələrdə, habelə Nizaminin "Leyli və Məcnun" poemasının altı bəndində rast gəlinir. Poemada Axsitanın adı aşağıdakı ləqəblərlə çəkilir: Cəlal əd-Dövlə və-d-Din Əbü-1-Müzəffər Məlik əl-Müəzzəm Axsitan ibn Mənuçöhr, Şirvanşah, Xaqan-i Kəbir, yaxud Əkbər.