Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Unqa
Unqa adası (ing. Unqa, aleut. Uĝnaasaqax) — ABŞ-nin Alyaska ştatı ərazisində yerləşən ada. Yerli əhalisi aleutlar olmuşdur. Hal-hazırda adada yaşayış yoxdur. Alyaska yarımadasıının cənub-qərb ucunda yerləşən Şumaqin adalarının ən böyüyüdür. Sahəsi 442,188 km²-dir buda onu ABŞ-nin 35-ci ən böyük adası edir. İrkutsk taciri İvan Beçevin tərəfindən təşkil edilən 1760-1762-ci illərdə balıq ovu ekspedisiyasının üzvləri tərəfindən kəşf edilmişdir. 1827-ci ildə rus səyyatı İvan Kruzenşternin hesabatında qeyd edilir. Yepiskop İnnokenti “Unalaşkinski departamentinin adaları haqqında qeydlər” əsərində adanı bu adla qeyd etmişdir.
Unqava yarımadası
Uqnava yarımadası (ing. Ungava Peninsula, fr. Péninsule d'Ungava) — Labrador yarımadasının şimal hissəsində yerləşir. Yarımadanın qərb sahillərini Hudzon körfəzi, şimalını Hudzon boğazı və şərq sahillərini isə Unqava körfəzi yuyur. Yarımadanın və Kvebek vilayətinin ən uçqar nöqtəsi Volsterholm burnudur. Sahəsi 250 000 km² təşkil edir. Ərazi Tundra iqlim tipinə xas təbiətə malikdir. Burada çoxlu çaylar və buzlu göllər vardır 1950-ci ildə ərazidə dərinliyi 415 m, diametri 3,4 km olan meteorid məşhəlli göl aşkarlanmışdır. Onun ərazisi Faydalı qazıntılarla zəngindir. Buna misal kimi: azbest, nikel, Uran (element), mis, Dəmir filizi.
Inga unica
Inga unica (lat. Inga unica) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Aniva
Aniva (rus. Ани́ва) ya da Rutaka (yap. 留多加) — Rusiya Federasiyasında yerləşən şəhər. Saxalin vilayətinin tərkibinə daxildir.
Dunqa
Dunqa Tam adı Carlos Caetano Bledorn Verri (31 oktyabr 1963, İjui[d], Riu-Qrandi-du-Sul) — Braziliyalı keçmiş futbolçu. == Həyatı == 31 oktyabr 1963-cü ildə anadan olub.
Eniva
Eniva (yap. 恵庭市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın İşikari sabprefekturada yerləşən şəhər.
Jungia
Jungia (lat. Jungia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Jungia auriculata Steud. Jungia amplistipula Cerrate Jungia axillaris (Lag. ex DC.) Spreng. Jungia bogotensis Hieron. Jungia brachyphylla Cuatrec. Jungia calyculata Cuatrec. Jungia coarctata Hieron. Jungia colombiana Cuatrec.
Təqva
Təqva - (ərəbcə: التقوى‎) "viqayə" sözündəndir, pəhriz saxlama, yəni günahları tərk etmək anlamındadır. Təqva - vəqayə maddəsindən olaraq, ziyan qarşısında nəyinsə hifz edilməsi deməkdir. Təqva - ruh və nəfsin hifz edilməsi deməkdir. Sonralar qorxuya da təqva deməyə başladılar və şəri dildə günah və haramdan çəkinməkdir və onun kamalı bəzi şübhələri, mubahatları da tərk etməkdir. İmam Əli (ə) təqva haqqında buyurur: "Günahlar - üsyankar at kimidir və günahkarlar da ona minirlər və yüyənləri qırılar, onlar cəhənnəmə yıxılarlar. Ancaq təqva - aram at kimidir və sahibi ona minəndə, onun idarəsini ələ keçirərək, behiştə tərəf çaparlar". Başqa yerdə o Həzrət (ə) yenə buyurur: "Bilin, ey Allahın bəndələri, təqva - möhkəm və məğlub olmayan bir qaladır. Ancaq günahlar davamsız hasar kimidir və ona sığınmış insanları ziyandan qorumur və o, amanda deyildir. Bilin ki, ancaq təqva vasitəsilə günahdan qorunmaq olar". Başqa yerdə yenə o Həzrət buyurur: "Təqva - düzlüyün kilidi, Qiyamətin ehtiyatı və hər cür köləlikdən azad olmaq və hər bir günahdan nicat tapmaqdır".
Uniya
Uniya (lat. unio – birlik, təşkilat) — dövlətlər arasında ittifaqın, birliyin növü. == Haqqında == Uniyanın personal və real növləri mövcuddur. Personal uniyada iki və daha çox monarxiya quruluşlu dövlətlərin bir dövlətin tərkibində birləşir, lakin hər biri özünün hakimiyyət və idarəetmə orqanlarını saxlayır. Məsələn, Millətlər Birliyinin üzvü olan 54 ölkədən 15-i şəxsi uniya münasibəti vəziyyətindədir, yəni Böyük Britaniya və və Şimali İrlandiya krallıqlarına birləşmişlər və özlərinin monarxları yoxdur. (Avstraliya, Yeni Zelandiya, Kanada, Barbadas, Yamayka və b.) İngilis kraliçası eyni zamanda bu ölkələrin hər birinin kraliçasıdır. Lakin həmin ölkələrdə onun funksiyasını əsasən hər bir ölkənin hökuməti tərəfindən namizədliyi təqdim olunmuş və kraliça tərəfindən təsdiqlənmiş general-qubernator yerinə yetirir. Real uniya öz dövlət başçısı, öz pul sistemi, birləşmiş ordusu və digər xarici siyasəti həyata keçirən vacib dövlət orqanları olan monarxiya quruluşlu dövlətlərin daha sıx birliyidir. == İstinadlar == == Əlavə ədəbiyyat == Alberto Alesina and Enrico Spolaore. 2003.
Unxia
Xanqva
Xanqva (한과)- Koreyanın buğda, un, şəkər tozundan, yotdan hazırlanmış milli şirniyyatı. Yot özü xanqvanın çeşidi hesab edilir. == Etimologiya == Xanqva sözü özündə iki kökü birləşdirir: Xан (한) və и qva (과). Belə ki, qva şirni mənasında tərcümə edilir.
Üngüd
Üngud — Germinin Bəxşlərindəndir.
Ünvan
Poçt ünvanı, ünvan — şəxsin yaşadığı və ya müəssisə və ya idarənin yerləşdiyi yer. Coğrafi mənada — Yer səthində nəyinsə yerləşmə koordinatları.
Inga
İnqa (lat. Inga) — paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Neva
Neva (rus. Нева) — Rusiya Federasiyasının Leninqrad vilayətində çay. Çayın uzunluğu 74 km., hövzəsinin sahəsi 281 min km²-dir (Ladoqa, Oneqa gölləri və s. hövzələri ilə birlikdə). Ladoqa gölündən başlanır. Baltik dənizinin Fin körfəzinə tökülür. Aşağı axınında əmələ gətirdiyi deltadakı adalarda və Nevayanı ovalıqda Sankt-Peterburq şəhəri yerləşir. Fin körfəzi və Nevanın aşağı axınında cənub-qərb və qərb küləkləri vasitəsilə suyun qovulması nəticəsində çayın səviyyəsi qalxaraq bəzən Sankt-Peterburqda daşqınlara səbəb olur. Nevanın yuxarı axınında buz yığınlarına səbəb olan suiçi (dərinlik) buzların intensiv surətdə yaranması xarakterikdir. Çay dekabrdan mayadək donmuş olur.
Nuqa
Nuqa - Şəkər və bal, yumurta ağı, badam, qoz, fıstıq və fındıqdan edilən və müxtəlif dadlar, darçın, vanil kimi ədviyyatlar əlavə olunan bir konfet növüdür.Cənubi Avropada, nuqa böyük ölçüdə Milad mövsümü ilə əlaqəlidir.Təbrizin əhəmiyyətli şiniyatlarındandır.
Urva
Urva — Azərbaycan Respublikasının Qusar rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Urva oyk., sadə. Dağətəyi düzənlikdədir. Urba variantında da qeydə alınmışdır. Kənd bir qrup ləzgi ailəsinin məskunlaşması nəticəsində yaranmış və oradakı Urva pirinin adı ilə adlanmışdır. Tədqiqatçılara görə, oykonim uran dillərindəki ur av sözündən olub, “qala” deməkdir. Lakin bu coğrafi adı Uroba variantında “yüksəklikdə, təpədə olan oba”, “obanın məskunlaşdığı yer, dayanacaq” kimi də izah etmək olar. Türk dillərində ur komponentinin “şiş, çıxıntı”, “dayanacaq” mənalan da vardır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 2381 nəfər əhali yaşayır.
İnqa
İnqa (lat. Inga) — paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Ənqa
Ənqa (ərəb. الْعَنْقَاء‎ əl-ʿənqaʾ) — əfsanəyə görə, Qaf dağında yaşayan mifik bir quş.
Aniva burnu
Aniva — Saxalin adasında, Tonino-Aniva yarımadasının cənub-şərqində mövcud olan və insan üçün əlçatmaq ərazidə yerləşən burun. 1939-ci ildə burun yaxınlığında yerləşən qayada mayak inşa edilmişdir. Burun öz adını Aniva körfəzindən almışdır.
Aniva körfəzi
Aniva körfəzi — Oxot dənizidnə, Saxalin adasının cənubunda, Krilon yarımadası ilə Tonino-Aniv yarımadası arasında yerləşən körfəz. Cənubdan Laperuza boğazına geniş şəkildə açılır. İnzibati baxımdan Rusiya Federasiyasının Saxalin vilayəti ərazisinə daxildir. Körfəz salinində Aniva və Korkasov şəhərləri yerləşir. == Tarixi == 1918-ci ildən Rusiyada xarici qüvvələrin təsiri güçlənir. Bu zamandan etibarən Körfəz Korkasov adını alır. == Toponim == Böyük ehtimal ki, körfəzin adı aynu dili ilə əlaqədardır. Aynu dilində olan «an» və «iva» sözlərinbin birləşməsindən ibarətdir. Birinci söz təcümədə «mövcud olan», ikinci söz isə «dağ silsiləsi, qaya, zirvə» mənasını verir. Ümumi məna isə mövcud dağ, silsilə arasında yerləşən anlamınındadır == Coğrafiyası == Körfəzin uzunluğu 104 km, eni 90 km, ən dərin yeri isə 93 metrdir.
Aniva çimərliyi
Aniva çimərliyi — Saxalin vilayətinin cənubunda, Aniva rayonu, Aniva şəhəri sahilində yerləşən çimərlik. Qumlu sahil zolağı Aniva körfəzindən Losos buxtasına, Susya çayı mənsəbindən Baçimskaya daşlarına qədər 33 km məsafədə uzanır. Cənubi Saxalin şəhərindən 40 km aralıdadır. Çimərlik Saxalində və bütün Oxot dənizi sahillərində ən məşhur çimərlikdir. Çimərliyin önündə dayanacaq vardır. Burada biotualetlər, uzanmaq üçün taxtçalar, geyinib-soyunma yerləri vardır. kafe belə fəaliyyət göstərir. Bura avtovağzaldan gəlmək olar. Burada çimmək olduqca təhlükəsizdir. Belə ki, güçlü dalğalar və axınlar nadir halda müşahidə edilir.
Anqra Manyu
Əhrimən və ya Anqra Manyu — Zərdüştilikdə şər tanrısı, şər və zülmət mənbəyi. Avestada Anhra-Manyu, qədim İran dilində Ahra-Manyu, şər başlanğıcının ifadəçisi və ya rəmzi. "Avesta"da və qədim fars kitabələrində qeyd olunan Anhra Manyu hərfi mənada "pisniyyətli və ya xəbis ruh" deməkdir. Anqra Manyu zərdüştlikdə şər, zülmət və ölüm tanrısı, Hörmüzdün əkiz qardaşı və rəqibidir. Anqra Manyu bütün pis şeyləri yaratmışdır: cadugərlik, xəstəliklər, qocalıq, ölüm, zəhərli sürünənlər və həşəratlar; ilk insan Qaya Martanı (orta əsr eposunda Kəyumərs) məhv etmişdir. Ona tabe olan tanrıları — divlərin vasitəsilə fəaliyyət göstərirdi. Mitraizmin bəzi cərəyanlarında Anqra Manyu baş allah hesab olunurdu. Orta əsrlərdə Anqra Manyu Ahriman (Ahreman, Əhrimən) adlanırdı.
Baxo-Nueva
Baxo-Nueva (isp. Bajo Nuevo, ing. Petrel Islands, Fırtınaquşu adası) — Karib dənizində yaşayışı olmayan rif. Bura bir neçə elə də böyük olmayan ada və rif daxildir. Ərazisi bütünlüklə otla örtülmüşdür. Rif 26 km uzunluğa (16 mil), 9 km (5,6 mil) enə malikdir. Rifə bir çox dövlətlər ərazi iddiasındadır (Kolumbiya, Nikaraqua, Yamayka, ABŞ). Ərazi iddialarının böyük hissəsi dənizdəki iqtisadi zonanı artırmaq məqsədi güdür. Bununla belə hazırda əraziyə Kolumbiya nəzarət edir. == Mənbə == Website with a map of San Andrés and Providencia, Serranilla Bank, Bajo Nuevo Bank and Rosalind Bank Arxivləşdirilib 2017-09-02 at the Wayback Machine Aerial picture of Bajo Nuevo Bank — the website is related to San Andrés and Providencia.
Dayya-Nueva
Dayya-Nueva (isp. Daya Nueva) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 7,10 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 1938 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 18 km uzaqlıqda yerləşir.