Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bendik
Bendik (erm. Բենդիկ) — Ermənistan Respublikasının Loru mərzində kənd. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən Şamlıq şəhəri və Axtala kəndi ilə birlikdə "Şamlıq bələdiyyəsi"ni (erm. Շամլուղի քաղաքային համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən şəhərin (de–yuri) daimi əhalisi 101 nəfərdir.
Abnik
Abnik — Rəvan əyalətinin nahiyələrindən biri. == Toponimik izah == Abnik 1590-cı ildə Rəvan əyalətinin nahiyələrindən birinin adı. Orta əsrlərdə Sürməli (bax) mahalının və Sürməli qəzasının qədim adıdır. (Kitabi-Dədə Qorqud eposunun III boyunda Evnik kimidir). XVI əsrə aid hadisələrlə əlaqədar olaraq Anadolunun şərqində Pasin (Basin) yaxınlığında Avnik qalasının adı çəkilir. Qədim türk mənşəli Aban tayfasının adındandır. Avan və Qafan. == Həmçinin bax == Dağlıq Qarabağ Qərbi Azərbaycan == Ədəbiyyat == Budaqov B. Ə. Azərbaycan toponimlərinin problemləri. "Azərbaycan onomastikası probleminə dair". Bakı, 1986.
Bedik
Bədik - türk və tatar xalq inacında əyləncə cini. Türk mifologiyasında ən maraqlı hekayəyə sahib olan varlıqlardan biridir. İlk başlarda pis bir ruh olduğu halda, insanlara və heyvanlara zərər verdiyi üçün evlərdən qovulmaq istənmişdir. Bunun üçün onun şərəfinə mərasimlər təşkil edilmiş və mərasimlər yavaş-yavaş əyləncəli bir hal alınca Bedik də əylənməyə başlamışdır. Mərasimlərdə ondan getməsi xahiş edilir, bunun üçün qafiyəli dualar oxunur. Hətta söz anlamazsa təhdid və təhqirə müraciət edilər. Sırtıq, əsbləri oynadan bir varlıq olduğundan danışılmışdır. == Etimoloji == (Bed/Bet) kökündən törəmişdir. Üz və görünüş mənalarını ehtiva edər. Qədim türkcə "Bedük" sözcüyü böyük mənasını verər.
Bədik
Bədik - türk və tatar xalq inacında əyləncə cini. Türk mifologiyasında ən maraqlı hekayəyə sahib olan varlıqlardan biridir. İlk başlarda pis bir ruh olduğu halda, insanlara və heyvanlara zərər verdiyi üçün evlərdən qovulmaq istənmişdir. Bunun üçün onun şərəfinə mərasimlər təşkil edilmiş və mərasimlər yavaş-yavaş əyləncəli bir hal alınca Bedik də əylənməyə başlamışdır. Mərasimlərdə ondan getməsi xahiş edilir, bunun üçün qafiyəli dualar oxunur. Hətta söz anlamazsa təhdid və təhqirə müraciət edilər. Sırtıq, əsbləri oynadan bir varlıq olduğundan danışılmışdır. == Etimoloji == (Bed/Bet) kökündən törəmişdir. Üz və görünüş mənalarını ehtiva edər. Qədim türkcə "Bedük" sözcüyü böyük mənasını verər.
Mirça Rednik
Mirça Rednik rum. Mircea Rednic — Rumıniyalı futbol mütəxəssisi == Həyatı == Mirça Rednik 1962-ci il aprelin 9-da Rumuniyanın Hunedoara bölgəsində anadan olub. == Futbolçu karyerası == 21 illik (1979-2000, 555 oyun, 32 qol) futbol karyerası boyu müdafiəçi mövqeyində çıxış edən Rednik vətənində Buxarestin "Dinamo", "Rapid", Türkiyədə "Bursaspor", Belçikada "Standard" kimi klublarda oynayıb. O, bu müddətdə Rumıniyada 3 dəfə ölkə çempionluğu, 4 dəfə ölkə kuboku, 1 dəfə Superkubok, 1 dəfə isə Belçikada ölkə kubokunu qazanıb. Rednik Rumıniya yığmasında çıxış etdiyi 10 ildə (1981-1991) 83 oyuna 2 qol vurub. == Məşqçilik karyerası == Məşqçilik karyerasına 2000-ci ildə "Rapid"də başlayan Rednik 3 müxtəlif vaxtda (2002, 2002-2003, 2007-08) onu çalışdırıb. O, vətənində "Bakeu" (2001), "Universitatya" (2004-05), "Vasluy" (2005), "Dinamo" klubuna (2006-07, 2008-09) da rəhbərlik edib. Rednikin ölkə xaricində məşqçilik fəaliyyəti Səudiyyə Ərəbistanın "Əl-Nəsr" (2004), Rusiyanın "Alaniya" klubu (2009) ilə bağlı olub. Son iş yeri Rusiya çempionatının birinci divizionunda Vladiqafqaz təmsilçisində olan rumıniyalı çəmi üç ay (avqustdan noyabra kimi) işləyib. Rednik məşqçi kimi hərəyə iki dəfə Rumıniya çempionluğu və kuboku, üç dəfə ölkə Superkubokunu, habelə Dəməşq Beynəlxalq Kubokunu qazanıb.
Zeynul Abedin
Zeynul Abedin (benq. জয়নুল আবেদিন) — Banqladeş rəssamı. Onun əsas əsərləri xalq həyatı mövzularına həsr olunub, onlardan ən məşhuru "1943 -cü ildə Benqaliyada aclıq" qrafik seriyasıdır. == Gənclik və təhsil == Zeynul Abedin 29 dekabr 1914-cü ildə Şərqi Benqaliyada yerləşən Maymansinqhdə anadan olmuşdur. Atası Təmizuddin Əhməd polis müfəttişi, anası isə evdar qadın idi. O, demək olar ki, bütün uşaqlığını Brahmaputra çayının yaxınlığında keçirmişdir. Daha sonra Brahmaputra çayı onun bir çox rəsmlərində əks olunmuş və həyatı boyu əsas ilham mənbəyinə çevrilmişdir. 1933-cü ildə Zeynul Abedin Kəlkətə Dövlət İncəsənət Məktəbinə daxil olmuşdur. Abeninin Brahmaputra çayına həsr etdiyi bir sıra akvarellər 1938 -ci ildə Bütün Hindistan Sərgisində Qubernator Qızıl medalını qazanmışdır. Beləliklə, Zeynul Abedinin özünəməxsus üslubu yaranmışdır.
Benik Ovçiyan
Beniamin (Benik) Ohanesoviç Ovçiyan (28 noyabr 1918, Əxlətyan, Zəngəzur qəzası – 25 avqust 2005, Xankəndi) — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1973). == Həyatı == 28 noyabr 1918-ci ildə anadan olmuşdur. 1939-cu ildə Bakı Teatr Texnikumunu bitirmiş, həmin ildən Bakı erməni teatrında işləmişdir. 1947-ci ildən Xankəndi Dövlət Dram Teatrının aktyoru olmuşdur.Bır sıra filmlərdə rol almış, 2005-ci ildə vəfat etmişdir.
Demyan Bednıy adaları
Demyan Bednıy adaları — Şimal Torpağının qərb hissəsində (Rusiya) yerləşın adalar qrupu. Adalar Şimal Buzlu okeana daxil olan Kara dənizi suları ilə əhatələnir. İnzibati cəhətdən isə Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Adalar qrupunun tərkibinə 8 ada və ən azı beş adacıq daxildir. Onlar cənub-şərqdən şimal qərbə doğru 10 km məsafədə uzanır. Qrupun şərq nöqtəsini təşkil edən ada Komsomoles adasından Posadoçnaya çayının mənsəbindən 5 km şimalda yerləşir. Tərkibi (qərbdən şərqə): Kolobok — oval formaya malik və şimalında kiçik körfəzi olan ada. Ada 650 m uzunluğa malikdir. Şimal — elədə böyük olmayan qayadan ibatət olan ada. 800 metr uzunluğa malikdir.
Sədnik Paşa Pirsultanlı
Sədnik Paşa Pirsultanlı (Paşayev Sədnik Xəlil oğlu; 20 may 1929, Qazaxyolçular, Dəstəfur rayonu – 26 avqust 2013, Gəncə) — Şair, filologiya elmlər doktoru, professor, 1988-ci ilin dekabr ayının 30-da "Əmək veteranı", 1992-ci ilin may ayının 4-də Əməkdar Mədəniyyət işçisi, 2007-ci ilin yanvar ayında Qabaqcıl Təhsil işçisi, Türkiyə cumhuriyyəti Kültür Bakanlığının "Teşekkür belgesi"- laureatı == Həyatı == Sədnik Xəlil oğlu 20 may 1929-cu il tarixdə Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qazaxyolçular kəndində anadan olub. 1946-cı il "Daşkəsən" qəzeti, "Zəfər bayramı" adlı ilk şeiri çap olunub. Natamam orta təhsilini Qazaxyolçular kəndində, orta təhsilini Dəstəfur internat məktəbində alıb. 1950-ci ildə H.B.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) birinci kursuna qəbul olunub, 1954-cü ildə Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirib. 2004-cü ildən AYB-nin üzvüdür. 1955-ci ildən 1970-ci ilə qədər "Yeni Daşkəsən" (Daşkəsən), "Mübariz" (Goranboy) və "Yenilik" (Kəlbəcər) rayon qəzetlərində redaktor, "Kirovabad kommunisti" qəzetinin məsul katibi işləyib. 1970-ci ilin oktyabr ayında H.B.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutuna müsabiqə yolu ilə müəllim qəbul olunub, baş müəllim, dosent, professor vəzifələrində işləyib. Gəncə Dövlət Universitetinin professoru idi. 26 avqust 2013-cü ildə Gəncədə ürək tutmasından dünyasını dəyişib. == Fəaliyyəti == 1993-cü ildən Ankarada keçirilən "İpək yolu uluslararası xalq ədəbiyyatı simpoziumu"nda və Nevşəhərdə keçirilən "Hacı Veli Bektaşi" törənində məruzəçi kimi çıxış edib.
Şinzo Abenin qətli
Şinzo Abe sui-qəsdi — 8 iyul 2022-ci ildə Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin Nara prefekturasının Nara şəhərindəki Yamato-Saydayci stansiyasının yaxınlığında yerli vaxt ilə saat 11:30 ( UTC+9 ) radələrində seçki kampaniyası zamanı çıxış edərkən iki dəfə atəş açılmaqla sui-qəsdə məruz qalması nəticəsində o, ağır yaralanmış və ölmüşdür. == Atəş açılması == 8 iyul 2022-ci ildə Şinzo Abe 10 iyul bazar gününə təyin edilmiş yuxarı palataya seçkilər ərəfəsində yenidən seçilmək üçün namizəd olan Liberal Demokrat Partiyasının namizədi, Şura üzvü Keyi Sato adından çıxış edirdi. Abe əldə düzəldilmiş qoşalüləli ov tüfəngi ilə arxadan iki dəfə vurulmuş və yıxılmışdır.Abe vurulduqdan dərhal sonra şüurlu və ünsiyyətcil idi. O, sinə yarası ilə təcili vertolyotla yerli xəstəxanaya aparılıb və Kaşiharadakı Nara Tibb Universiteti Xəstəxanasına çatanda həyati əlamətlərinin olmadığı bildirildi. Abenin huşsuz olduğu və ürəyinin dayandığı bildirilmişdir; bu ifadə tez-tez Yaponiyada koroner tərəfindən ölümün rəsmi təsdiqindən əvvəl istifadə olunur. YST saat 14:45-də keçirilən mətbuat konfransında Baş nazir Fumio Kişida Abenin kritik vəziyyətdə olduğunu və "həkimlərin bu anda əllərindən gələni etdiklərini" söylədi. Şinzo Abe beş saat sonra ölmüşdür. == Şübhəli şəxs == Nara şəhərindən olan 41 yaşlı kişi Tetsuya Yamaqami (山上徹也), 2002-2005-ci illərdə Dəniz Özünümüdafiə Qüvvələrinin keçmiş üzvü, Nara Prefekturasının Polisi tərəfindən qətlə cəhddə şübhəli bilinərək həbs edilmiş və Nara Qərbi Polis İdarəsinə köçürülmüşdür. Yamaqami müstəntiqlərə deyib ki, "o keçmiş baş nazirdən narazı idi və onu öldürmək niyyətində idi." == Sonrası == Baş nazirin ofisində böhranın idarə edilməsi mərkəzi yaradılıb. Seçki kampaniyası üçün Yamaqata prefekturasında olan baş nazir Fumio Kişida Tokioya qayıtmaq üçün qalan cədvəlini ləğv etdi.
Əli Abedi Şahrudi
Əli Abedi Şahrudi (fars. علی عابدی شاهرودی‎; d. 1949, Şahrud şəhərində) — İranlı mütəfəkkir və filosof. Sədrəddin Şirazi fəlsəfəsinin görkəmli nümayəndəsi == Həyatı == Əli Abedi Şahrudi 1949-cu ildə İranın Şahrud əyalətində dünyaya göz açmışdır. == Təhsili == O yaşadığı bölgədə dini dərslərlə yanaşı dünyəvi elmlərə də uşaqlıqdan maraq göstərmişdir. Sonra Məşhəd şəhərinə gedərək təhsilini davam etdirmiş və daha sonra Qum elmi mərkəzinə yollanmışdır.
Şimal adası (Demyan Bednıy adaları)
Şimal adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Demyan Bednıy adalarının şimalında yerləşir. Öz adınıda yerləşdiyi mövqeyi ilə əlaqədar almışdır. Komsomoles adasının 12,3 km şimal-qərbdə yerləşir. 550 m qərbdə Kolobok adası, 1 km-dən bir az artıq məsafədə Çervyak və Utyonok adaları yerləşir. Adalar su altı qumlu sayla bir-birinə birləşmişdir. == Təsviri == Ada uzunsov formaya malikdir. Uzunluğu 700 metrdir. Qərbində kiçik göl vardır.