Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağırlıq qüvvəsi
Cazibə qüvvəsi, qravitasiya qüvvəsi, çəkim qüvvəsi və ya sadəcə cazibə, çəkim (lat. gravitas—"ağırlıq") — kütləyə malik maddi obyektlərin bir-birini cəzb etməsini bildirən təbii fenomen və fizikada təbiətin dörd fundamental qüvvələrindən biridir (başqalar güclü, elektromaqnit, zəif qüvvələr olmaqla). Cazibənin qarşılıqlı təsiri cazibə sahəsi vasitasilə yayılır və zəif olduğundan elementar zərrəcik fizikasında nəzərə alınmır. Yerin cazibə qüvvəsi nəticəsində cisimlər Yer tərəfindən cəzb edilir. Bu qüvvə həm də Yerin və başqa planetlərin trayektoriyasını təyin edir və bununla astronomiyada böyük rol oynayır. Müasir fizika cazibəyə Ümumi Nisbilik Nəzəriyyəsi çərçivəsində yanaşır, yəni fəza-zamanın əyriliyi kimi. Nyutonun nəzəriyyəsi cazibəni qüvvə kimi hesab edir və Nyutonun Ümumdünya Cazibə Qanunu asan olduğundan bir çox hesablamalarda təqribi qiymətləri tapmaq üçün istifadə olunur. == Yaranmasına dair == Qədim hind müəllifləri sərbəst düşməni artıq cismin kütləsi ilə mütənasib olan və yerin mərkəzinə yönəlmiş qüvvə ilə izah etmişlər. Aristotel yeri bütün cismləri özünə cəlb edən cism kimi təsvir etmişdir. Fars astronomu Məhəmməd ibn Musa IX əsrdə fəza cismlərinin hərkətini casibə qüvvəsi ilə izah etmişdir.
Süni ağırlıq
Süni ağırlıq (kosmosda) — kosmik gəmi heyəti üçün Yerdəkinə yaxın həyat şəraitinin yaradılmasını təmin edən süni ağırlıq. Uzunmüddətli kosmik uçuşlar üçün böyük əhəmiyyətə malikdir. Qısamüddətli süni ağırlıq gəminin kütlə mərkəzinə təcil verən reaktiv mühərriklər vasitəsilə yaradılır; uzunmüddətli süni ağırlıq üçün kosmik gəmi (və ya onun tərkib hissələri) öz oxlarından birinin ətrafında fırladılır. Bir-birinə trosla birləşdirilmiş iki kosmik gəmidə süni ağırlıq yaratmaq üçün onlar ümumi kütlə mərkəzi ətrafında fırlandırılmalıdır. Bu halda birləşdiriçi tros uzunluğunun dəyişdirilməsi yolu ilə süni ağırlığı tənzim etmək olur.
Atanasio Aqirre
Atanasio Aqirre (isp. Atanasio de la Cruz Aguirre Aguado 2 iyun 1801 - 28 sentyabr 1875) - Uruqvay dövlət xadimi, Prezident vəzifəsinin icra edən şəxs 1864-1865. Onun ilk siyasi çıxışları 1825-1828-ci illərdə azadlıq hərəkatı dönəmində olur. 1833-1838-ci illərdə isə o, hərbi komisar vəzifəsini icra edir. 1852-ci ildə Böyük müharibədən sonra deputat seçildikdən sonra 1861-ci ildə isə Senata seçilir. 1 mart 1864-ci il prezidentlik səlahiyyətlərinin bitməsi ilə əlaqədar Bernardo Prudensio Berronu əvəz edir. Onun bir illik hakimiyyəti dönəmində ölkədə vətəndaş müharibəsinin girdabına yuvarlanır. == Hakimiyyətdən uzaqlaşdırılması == Uruqvay Kolorado Partiyasının rəhbəri Venansio Flores Braziliya İmperiyasının və Argentina prezidenti Bartolome Mitreın dəstəyi ilə Aqirreyə qarşı çıxır.Aqirre 1864-ci ilin mayında Braziliyanın tələblərini rədd edir. 1864-ci ilin dekabrında Aqirre 1851-ci ildə Braziliya ilə imzalanmış Dostluq və Yardımlaşma haqqındakı müqavilədən rəsmi qaydada imtina edir. Üstəlik III Napoleonun yanına səfir yollayır.