AĞIRLIQ

сущ.
1. тяжесть:
1) тяжёлый вес. Yükün ağırlığı altında под тяжестью груза
2) груз. Ağırlıq qaldırmaq поднять тяжесть, ağırlıq mərkəzi центр тяжести, ağırlıq qüvvəsi сила тяжести
3) физическое ощущение тяжести. Zərbənin ağırlığı тяжесть удара, cəzanın ağırlığı тяжесть наказания, itkinin ağırlığı тяжесть утраты, vəziyyətin ağırlığı тяжесть положения
4) тяжеловесность, грузность
2. трудность. Əsas ağırlıq основная трудность; yolun ağırlığı трудность дороги, məsələnin ağırlığı трудность задачи
3. бремя. Nəyin ağırlığı altında под бременем чего
4. важность, солидность, степенность
5. грузило. Tilova ağırlıq bağlamaq привязать к крючку грузило
6. диал. крупные и тяжёлые вещи, оставляемые в селе на время кочёвки
◊ öz ağırlığı qədər pul qoymaq nəyə дорого заплатить за что , дорого обходиться, обойтись кому, слишком дорого дать за что ; ağırlığı üzərinə götürmək брать, взять заботы на себя, принимать, принять на себя труд, нести бремя чего
AĞIRLI-YÜNGÜLLÜ
AĞIRLIQÇI
OBASTAN VİKİ
Ağırlıq qüvvəsi
Cazibə qüvvəsi, qravitasiya qüvvəsi, çəkim qüvvəsi və ya sadəcə cazibə, çəkim (lat. gravitas—"ağırlıq") — kütləyə malik maddi obyektlərin bir-birini cəzb etməsini bildirən təbii fenomen və fizikada təbiətin dörd fundamental qüvvələrindən biridir (başqalar güclü, elektromaqnit, zəif qüvvələr olmaqla). Cazibənin qarşılıqlı təsiri cazibə sahəsi vasitasilə yayılır və zəif olduğundan elementar zərrəcik fizikasında nəzərə alınmır. Yerin cazibə qüvvəsi nəticəsində cisimlər Yer tərəfindən cəzb edilir. Bu qüvvə həm də Yerin və başqa planetlərin trayektoriyasını təyin edir və bununla astronomiyada böyük rol oynayır. Müasir fizika cazibəyə Ümumi Nisbilik Nəzəriyyəsi çərçivəsində yanaşır, yəni fəza-zamanın əyriliyi kimi. Nyutonun nəzəriyyəsi cazibəni qüvvə kimi hesab edir və Nyutonun Ümumdünya Cazibə Qanunu asan olduğundan bir çox hesablamalarda təqribi qiymətləri tapmaq üçün istifadə olunur. == Yaranmasına dair == Qədim hind müəllifləri sərbəst düşməni artıq cismin kütləsi ilə mütənasib olan və yerin mərkəzinə yönəlmiş qüvvə ilə izah etmişlər. Aristotel yeri bütün cismləri özünə cəlb edən cism kimi təsvir etmişdir. Fars astronomu Məhəmməd ibn Musa IX əsrdə fəza cismlərinin hərkətini casibə qüvvəsi ilə izah etmişdir.
Süni ağırlıq
Süni ağırlıq (kosmosda) — kosmik gəmi heyəti üçün Yerdəkinə yaxın həyat şəraitinin yaradılmasını təmin edən süni ağırlıq. Uzunmüddətli kosmik uçuşlar üçün böyük əhəmiyyətə malikdir. Qısamüddətli süni ağırlıq gəminin kütlə mərkəzinə təcil verən reaktiv mühərriklər vasitəsilə yaradılır; uzunmüddətli süni ağırlıq üçün kosmik gəmi (və ya onun tərkib hissələri) öz oxlarından birinin ətrafında fırladılır. Bir-birinə trosla birləşdirilmiş iki kosmik gəmidə süni ağırlıq yaratmaq üçün onlar ümumi kütlə mərkəzi ətrafında fırlandırılmalıdır. Bu halda birləşdiriçi tros uzunluğunun dəyişdirilməsi yolu ilə süni ağırlığı tənzim etmək olur.

Digər lüğətlərdə