is. 1. Ağır şeyin halı (yüngüllük ziddi). Yükün ağırlığı. Daşın ağırlığı.
2. Ağır şey, yük. Ağırlıq qaldırmaq. Ağırlıq qaldıran idmançı.
– Qəssab bilmədi ki, bu xalqın nədən; Özü ağırlıqda qəm yükü vardır… B.Vahabzadə.
3. “
Ağır”dan
mücər. Cəzanın ağırlığı. Cinayətin ağırlığı. Həyatın ağırlığı. İtkinin ağırlığı. Vəziyyətin ağırlığı. Yaranın ağırlığı. Zərbənin ağırlığı.
4. məc. Dərd, qəm, ələm, iztirab.
[Nina və Mahrunun] bir-birini qucaqlamasından o qədər xoş bir təsir aldım ki, bir anlıq bütün ağırlıqları unutdum. M.S.Ordubadi.
[Balaş:] Gülüşcan, mən böyük ağırlıq içindəyəm, hər günüm bir cəhənnəm əzabıdır. C.Cabbarlı.
Ürəkdə həvəs cuş edəndə gözdən axan yaşla ürəkdəki ağırlıq rəf olunur. S.M.Qənizadə.
5. Vüqar, təmkin, ciddilik.
[Südabənin] tərpənişində bir ağırlıq, bütün vücudunda bir müvazinət gözə çarpırdı. M.İbrahimov.
6. Ağırlıq hissi, təzyiq hissi. Başımda bir ağırlıq hiss edirəm.
– Vahid, mənə çoxdan bu can ağırlıq edirdi; Ey kaş, onu da yarə verib, yüngül olaydım. Ə.Vahid.
7. məc. Qayğı, əziyyət, zəhmət. Ağırlıq üstünə düşdü.
◊ Ağırlıq mərkəzi – bir şeyin məğzi, mahiyyəti, əsli, ən əsas cəhəti.
Ağırlıq satmaq – naz eləmək, özünü ağır göstərməyə çalışmaq, təşəxxüs satmaq.
Dindirərsən dinməz, ağırlıq satar. M.P.Vaqif.