Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aldatmaq
Aldatma və ya sədaqətsizlik — evli ya da romantik və cinsi bir əlaqə içərisindəki tərəflərdən birinin yoldaşının xəbəri və ya razılığı olmadan bir başqa adam ilə əlaqəyə girməsi. Aldatma yalnız romantik səviyyədə, yalnız cinsi əlaqə səviyyəsində və ya həm romantik həm cinsi əlaqə şəklində ola bilər. Aldatmanın tərifi mədəniyyətdən mədəniyyətə və ya cütlər arasındakı razılaşmalara görə fərqlilik göstərə bilər. Romantik aldatma; adamın romantizm, zaman və maraqları kimi romantik qaynaqlarını əlaqə xaricindəki bir kimsəyə yönəltməsidir. Yeni əlaqənin ölçüsü üz-üzə görüşmə ilə internet, məktub və ya telefon vasitəsilə uzaqdan görüşmə arasında dəyişə bilər. İslam mədəniyyətində evli olmayan iki adamın cinsi əlaqəyə girməsi zina olaraq adlandırılar. Ancaq zinanın reallaşması üçün tərəflərdən birinin yoldaşını aldadır olması lazım deyil. İslamda zina haramdır.
Ağyataq
Ağyataq (Kəlbəcər) — Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Ağyataq (dağ) — Kicik Qafqazda, Kəlbəcər rayonunun Kilsəli kəndi ərazisində dağ.
Ağyataq (Kəlbəcər)
Ağyataq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Abdullauşağı kənd inzibati ərazi dairəsində kənd.Kənd adını eyniadlı civə yatağı olan dağdan almışdır.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələrii tərəfindən işğal edilib. Kənd Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Azərbaycana qaytarılıb. == Tarixi == Kəndin yerləşdiyi ərazi ağ rəngli torpaqdan ibarətdir və bu torpaqda bitən otun yağlılığı çox yüksəkdir. Bu əraziyə bəzən də "Yağ yataq" deyirlər. Kəndin ərazisində "Ağ yataq" adlanan mineral filiz yatağı sahəsi də var. Kəndin adı buradan götürülmüşdür. == Yaylaqlar == Qaraqayanın boynu yurd, Hacıalılar yurdu, Kəlgönnənən yurd, Eyvanın başı yurd, Ağdaşlar yurdu, Sarltopal yurdu, Qaçaydüşən yurd, Dincdərə yurdu, Qazax Alının yurdu. == Bulaqlar == Novlu bulaq, Ağdaşların bulağı, Salehin bulağı, Kərttənkələzli bulaq, Bənövşəli bulaq, Ağ bulaq, Yağlı bulaq, Portport bulaq, Göy bulaq, İsmayılın bulağı. == Məşhur yerlər == Ayıçiləsi, Kəklikli qaya, Dana güneyi, Xımılı, Sarıqaya, Buzovuçan, Qaraquşun qayası, Darlar, Körpüdaş, Göbələk daş, Çalaçökək, Buğa vurulan, Məhəmmədin çöpü, Kəvənliyin dərəsi, İlanlı qaya, Topağac, Sarıyoxuş, Məmmədvəlinin dam yeri, Sarıtopal, Qulu bəy kümbəzi.
Ağyataq (dağ)
Ağyataq — Azərbaycan Respublikası Kəlbəcər rayonunun Kilsəli kəndi ərazisində, Kicik Qafqazda dağ. Hündürlüyü 2389 m. Oronim ağ (rəng) və yataq (burada faydalı material çıxarılan yer) sözlərindən düzəlib. Ağyataqda civə yatağı var. Ağyataq civə yatağı Moz çayı ilə Kilsəli kəndi arasındadır. Dağın adı da buradan götürülmüşdür.
Anamaq (Mərənd)
Anamaq (fars. انامق‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,494 nəfər yaşayır (389 ailə).
Ağyataq civə yatağı
Ağyataq civə yatağı – Azərbaycan Respublikası Kəlbəcər rayonu ərazisində faydalı qazıntı yatağı. Moz çayının (Tutğun çayının sol qolu) sol sahilində Zülfüqarlı silsiləsinin yamacındadır. Tektonik cəhətdən Sarıbaba sinklinoriumu ilə Kəlbəcər törəmə muldasının təmasında antiklinal struktura uyğun gəlir. Əsasən Üst Təbaşir, qismən də Alt Təbaşir yaşlı çökmə və vulkanogen çökmə süxurlardan təşkil olunmuşdur. Süxur kompleksi müxtəlif yaşlı və tərkibli intruzivlərlə və diorit-porfirit, andezit, andezit-dasit daykaları ilə kəsilmişdir. Yataq sahəsində ən cavan süxurlar Miopliosen yaşlı dasit tuflarıdır. Filizləşmə başlıca olaraq tektonik çatlar boyu süxurların parçalanması nəticəsində əmələ gəlmiş tektonik brekçiyalarla əlaqədardır. Ağyataq civə yatağında üç sütunvarı formaya malik filiz kütləsi məlumdur. Filizləşmə möhtəvi-damarcıq tiplidir və listvenitlərdə, Santon argillitlərinin tektonik brekçiyalarında qeyd olunur. Filizlərin mineraloji tərkibi sadədir, əsas filiz mineralı kinovardır.
Ağyataq mineral boya təzahürü
== Yerləşməsi == Kilisəli və Moz çaylarının arasında Zülfüqarlı sahəsində yerləşir. == Haqqında == Burada alt senon vulkanogen–çökmə əmələgəlmələri geniş inkişaf tapıb. Bu oksidləşmə zonası listvenitlərlə, serpentinitlərlə, qırmızı-qonur rəngli argillitlərlə və tektonik brekçiyalarla bağlıdır. Zona şimal-şərq istiqamətində 2 km. uzununa, 300–350 m. eninə uzanır. == Proqnoz resursları == Proqnoz ehtiyatları təxminən 124,5 min. tondur.
Agnatha
Çənəsizlər (lat. Agnatha) — heyvanlar aləminin xordalılar tipinin onurğalılar yarımtipinə aid heyvan infratipi. == Xarakteristikası == Çənəsizlərə həm qazıntı halında tapılan, həm də müasir onurğalılar aiddir. Bu heyvanların xordası bütün ömur boyu qalaraq bədənə dayaq durur. Çənəsizlərin çox az nümayəndələrində fəqərələr əmələ gəlməyə başlayır. Kəllə qutusu qığırdaqdandır. O, beyni altdan və yanlardan əhatə edir. Bəzi qazıntı nümayəndələrində bu qutu qismən sümükləşmişdir. Kəllə skeletinin visseral hissəsi qəlsəmə qövslərindən ibarət olub qəlsəməətrafı toru əmələ gətirir. Bəzi qazıntı formalar nəzərə alınmazsa bu tor beyin qutusu ilə əlaqədar olmur.