AĞLATMAQ

f.
1. Ağlamağa məcbur etmək, birinin ağlamasına səbəb olmaq. Uşağı ağlatmaq.
[Laçın] iki-üç yaş özündən böyük oğlanları təklikdə döyüb ağlatmağı da bacarırdı. M.Hüseyn.

2. məc. Çox təsir etmək, son dərəcə mütəəssir etmək.
Ağlatmayır insanları; LeyliMəcnun dastanları. S.Vurğun.

AĞLATMA
AĞLAYAN

Digər lüğətlərdə