Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qazıxanlı
Qazıxanlı — Kəlbəcər rayonunun Tirkeşəvənd kənd inzibati ərazi dairəsində kənd. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Qazıxanlı - Kəlbəcər rayonunda dağətəyi ərazidədir. Bu yaşayış məntəqəsini XIX əsrdə indiki Laçın rayonu ərazisində mövcud olmuş Qazıxanlı kəndindən köçmüş əhali salmışdır. Laçın rayonunun Zerti kəndi yaxınlığında Qazıxanlı yeri adlı köhnə kənd yeri də mövcuddur. Qazıxanlı nəsil adıdır. Qızılbaş tayfalarından sayılan təkəli tayfasının əmirlərindən biri Çərkəs Həsənin oğlu Qazı xan olmuşdur. Atası Urmi (Urmiya) hakimi idi və Div Sultanın əmri ilə öldürülmüşdü. Qazı xan Hüseyn xandan sonra Herat hakimi və Bəhram Mirzənin lələsi oldu, sonralar Ruma getdi. Sultan Süleyman İraq hakimiyyətini ona əta etdi və 947-ci ildə (8.I. 1540 - 26.