Qazıxanlı

QazıxanlıKəlbəcər rayonunun Tirkeşəvənd kənd inzibati ərazi dairəsində kənd.[1] Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.

Qazıxanlı
39°58′10″ şm. e. 46°16′55″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Qazıxanlı xəritədə
Qazıxanlı
Qazıxanlı

Qazıxanlı - Kəlbəcər rayonunda dağətəyi ərazidədir. Bu yaşayış məntəqəsini XIX əsrdə indiki Laçın rayonu ərazisində mövcud olmuş Qazıxanlı kəndindən köçmüş əhali salmışdır. Laçın rayonunun Zerti kəndi yaxınlığında Qazıxanlı yeri adlı köhnə kənd yeri də mövcuddur. Qazıxanlı nəsil adıdır. Qızılbaş tayfalarından sayılan təkəli tayfasının əmirlərindən biri Çərkəs Həsənin oğlu Qazı xan olmuşdur. Atası Urmi (Urmiya) hakimi idi və Div Sultanın əmri ilə öldürülmüşdü. Qazı xan Hüseyn xandan sonra Herat hakimi və Bəhram Mirzənin lələsi oldu, sonralar Ruma getdi. Sultan Süleyman İraq hakimiyyətini ona əta etdi və 947-ci ildə (8.I. 1540 - 26. IV. 1541) beş min nəfərlə o diyardan qaçıb Şah I Təhmasibin hüzuruna gəldi və Şirvanın Bakı, SalyanMahmudabad şəhərlərinin hakimi oldu və Alxas Mirzənin təhriki, Şah I Təhmasibin fərmanı ilə öldürüldü. Qazı xan Təkəli 1534-cü ildə Osmanlı hökmdarı Sultan Süleymanın Azərbaycana birinci yürüşü zamanı şaha xəyanət edib Osmanlıların tərəfinə keçmişdi. Qazı xan 1540-cı ildə Bakıya hücum edib çətinliklə şəhəri tutmuş, əhalinin bir hissəsini qılıncdan keçirmişdi. Mülahizələrə görə, Qazıxanlı etnonimi Qazı xanın adı ilə bağlıdır.Kənd əhalisi Oğuzların Salur boyuna mənsubdur.[2]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Azərbaycan toponimiyasının ensiklopedik lüğəti. II cild. Bakı, 2007.