Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abiotik amillər
Abiotik amillər (yun. a- inkar, bios- həyat) — cansız təbiət amilləri. == Ümumi məlumat == Abiotik amillər canlı orqanizmlərə təsir göstərən qeyri-üzvi mühit şəraitinin məcmusu kimi başa düşülür. Bu amillər kimyəvi (atmosferin, dəniz sularının, şirin suların, torpağın və s-nin kimyəvi tərkibi), fiziki və ya iqlim (temperatur, atmosfer təzyiqi, hava kütləsinin qarışığı, külək, kosmik radiasiya, günəş radiasiyası və s.) amillərə bölünür. Abiotik amillərin canlı orqanizmlərin həyatında rolu çox böyükdür və bu təsiri ekologiya elmi öyrənir. Bu termin, əsasən, ekologiyada işlənir. İnsanın təsərrüfat fəaliyyəti torpağın strukturuna və tərkibinə, su rejiminə, biosferdə maddələr dövranına təsir göstərərək uzun təkamül ərzində orqanizmlərin adaptasiya olunmuş abiotik amillərini nəzərə çarpacaq dərəcədə dəyişə bilər.
Biotik faktorlar
Biotik faktorlar — orqanizmə ətraf mühitdən təsir edən canlı varlıqlar, yəni növdaxili və növlərarası əlaqələr. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Biotip
Biotip — populyasiyanın daxilində yaxın genetik qohumluğa görə birləşən fərdlərin müvəqqəti qrupu, belə qrupları bir və ya bir neçə gen fərqləndirir. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Biotit
Biotit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn == Növ müxtəliflikləri == Lepidomelan (eyni zamanda Fe2+ və Fe3+ ilə zəngin), manqanofillit (18 %-dək MnO), natro (~ 5 % Na2O) - və titanobiotitlər ( ~13 % TiO2), kalsiumlu ( ~14 % CaO) və ceziumlu ( ~3 % Cs2O) biotitlər, hendriksit (23 %-dək ZnO) və b. == Xassələri == Rəng – qara, tünd-qəhvəyi, tünd-qonur, tünd-yaşıl, nazik lövhəciklərdə tüstülü; Mineralın cizgisinin rəngi – ağ, boz, qəhvəyi; Parıltı – şüşə, ayrılma müstəvilərində – sədəfi; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,70-3,12; Sərtlik – 2,5-3; Ayrılma – {001} üzrə mükəmməl, {110} və {010} üzrə qeyri-mükəmməl; Sınıqlar – asanlıqla nazik elastik vərəqlərə ayrılır; Başqa xassələr – istiliyə davamlıdır; elektroizolyatordur; Morfologiya – kristallar: nadir hallarda; lövhə - və sütunvari, piramidal; İkiləşmə: mika qanunu üzrə; Mineral aqreqatları: pulcuq- və vərəqvari, sıx kütlələr, hərdənbir druzalar. == Mənşəyi və yayılması == Turş və orta intruziv süxurların süxur əmələgətirən mineralıdır. Mineralın vulkanogen əmələgəlmələri əsasən turş lavalarda müşahidə edilir. Biotitin iri yığınlarına peqmatitlərdə rast gəlinir: burada o, tez-tez çox iri (bəzən 7 m2) kristallar əmələ gətirir. Bəzi metamorfik süxurların–qneyslərin, kristallik şistlərin və roqoviklərin səciyyəvi mineralıdır. Birlikdə rast gəldiyi minerallar: kvars, çöl şpatları, nefelin, muskovit, qranat, kianit, jedrit, andaluzit, kordiyerit, hipersten və b. Mineralın tapıldığı yerlər: Skandinaviya; Qrenlandiya; İlmen və Vişnyovıye dağları (Rusiya) və b. Azərbaycanda turş və orta intruziv əmələgəlmələrdə, Konqur-Alangöz intruzivinin kontakt oreolunda və s.
Amniotik maye
Amniotik maye — Amniotik maye hamilə amniotların amniotik kisəsində olan qoruyucu bir mayedir. Bu maye böyüməkdə olan döl üçün yastıq rolunu oynayır, eyni zamanda ana ilə döl arasında qida, su və biokimyəvi maddələr mübadiləsini təşviq edir.İnsanlarda amniotik maye ümumiyyətlə su və ya maye (Latin Liquor amni) adlanır.[mənbə göstərin] == İnkişaf == Amniotik maye hamiləlik kisəsinin inkişafı ilə ortaya çıxır. Amniotik maye amniotik kisədə tapılır. Ana plazmasından istehsal olunur və osmotik və hidrostatik qüvvələrin təsiri altında membranlardan keçir. Fetal böyrəklər təxminən 16 həftə işləməyə başladıqda, fetal sidik maye istehsalını da artırır. Əvvəl, amniotik mayenin tamamilə fetal sidikdən ibarət olduğu düşünülürdü. Maye, dölün toxumaları və dərisindən sorulur. Hamiləliyin 22 ilə 25-ci həftəsindən sonra embrionun dərisinin keratinizasiyası baş verir. Bu proses təxminən 25-ci həftədə tamamlandıqda , maye hamiləliyin qalan hissəsi boyunca əsasən fetal bağırsaq tərəfindən əmilir. == Tərkibi == Əvvəlcə amniotik maye əsasən elektrolitlər olan sudur, lakin təxminən 12-14 həftəyə qədər mayenin tərkibində fetusun böyüməsini təmin edən zülallar, karbohidratlar, lipidlər, fosfolipidlər və sidik cövhəri də var.
Doqquz Bitik (kitab)
Doqquz Bitik — Firudin Ağası oğlu Cəlilovın 2014-cü ildə çap elədiyi bu əsər, Tarixi, fərqli bir baxış açısından ortaya qoymuş və türklərin mənşəsini araşdıraraq yeni bir idea yaratmışdır. Kitab 9 cilddə təlif olunmuş ki bunların üçü nəşr edilmişdir: 1- Azərbaycan türklərinin islamaqədər tarixi. Doqquz Bitik: Tarixi qaynaqlar. I Bitik. Bakı, Ağrıdağ, 2014. 367[1] 2- Azərbaycan türklərinin islamaqədər tarixi. Doqquz Bitik: Tarixi coğrafiya. II Bitik. Bakı Ağrıdağ 2014. 280 3- Azərbaycan türklərinin islamaqədər tarixi.