HERMETİZM

[yun. Hermes – magiyanın hamisi hesab olu-nan qədim yunan ticarət və gəlir alla-hı] – ellinizm mərhələsində və son aitik dövrdə təşəkkül tapmış dini-fəlsəfi təlim.
HERMENEVTİKA
HERUSTİKA
OBASTAN VİKİ
Hermetizm
Hermetizm — ellinizm dövründə yaranmış və yayılmış mistik dini-fəlsəfi təlim. Neoplatonizm cərəyanı olmasa da, onun yaranmasına təkan verən təlimlərdən biri idi. Bir çox yeni-platonçu filosofların astrologiya, mistika, teurgiya(tanrıların rəğbətini qazanmaq üçün onların iradəsinə təsir etmək sənətidir), cadugərliyə meylləri də Hermetizmdən qaynaqlanırdı. == Tanrı Hermes == Bu təlimin adı Misir tanrısı Totla bağlıdır. Yunanlar ona Hermes və ya Üç Kərə Ulu Hermes (yun. Ἑρμῆς ὁ Τρισμέγιστος, lat. Hermes Trismegistus) deyirdilər. Mistik mətnə görə, bu ad dünyanın mistik yönlərini özündə ifadə edir. Romada Hermes Merkurius tanrısı ilə eyniləşdirilməsinə görə, ona Ulu Merkurius (lat. Mercurius ter Maximus) deyirdilər.