Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aerofobiya
Aerofobiya — hər hansı bir hava vasitəsində uçmaqdan yaranan patoloji qorxudur. Bir insan təyyarələrdən qorxursa, başqa bir termin var - "aviafobiya". Amma gündəlik həyatda biz hələ də “aerofobiya” sözünü daha tez-tez istifadə edirik, çünki əksər hallarda biz başqa uçuş vasitələrindən istifadə etmirik, lakin təyyarə ilə ölkənin başqa bölgəsinə, hətta Yer kürəsinə qədər məsafə qət etməli oluruq. == Haqqında == Get-gedə aviosərnişinlər uçmaqdan daha çox qorxurlar. Bu, müxtəlif səbəblərdəndir. Leyden Universitetinin Niderland psixoloqu Lukas Van Qerven təyyarənin bortuna qalxmağa qorxan 5 min insanın davranışını tədqiq edib. Onun nəticələri belədir: Kişilər bu nəqliyyat vasitəsini idarə edə etmədiklərinə görə qorxurlar, deməli nəsə düz olmayanda situasiyaya nəzarət edə bilmirlər. Qadınlar isə gözlənilməz və nəzarət olunmaz emosiyalar yaradan situasiyalar, qəzalardan qorxurlar. Beləliklə, qadın və kişilər həm də qorxu zonalarına görə fərqlənirlər. Uçuş qorxusunun özü bizim dövrümüzdə kütləvi xarakter daşıyır : Van Qervenin tədqiqatlarının nəticələrini dərc edən La Stampa qəzetinin dəlillərinə görə bu hissi bizim müasirlərimizin 40%-i keçirir.
Aerologiya
Aerologiya (yun. Aer – hava, logos - elm) — atmosferin yuxarı qatlarında havanın vəziyyətini öyrənən elm. Atmosferin yuxarı qatları — təyyarə, şar, zond, raket, süni peyk, kosmik hava gəmisi vasitəsilə qaldırılan, özüyazan və göstəricilərini radio ilə yerə verən cihazlar vasitəsi ilə öyrənilir.