Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hold It Against Me
Hold It Against Me - amerikalı pop müğənnisi Britni Spirsin 7-ci studiya albomunun çıxış mahnısı. == Haqqında == iTunes siyahılarında 19 ölkədə 1 nömrəli sinqldır. Mahnı Femme Fatale albomunun çıxış musiqisidir. Billboard Hot 100 və Canadian Hot 100 siyahılarına mahnı ilk çıxdığı həftədən qatılmışdır. Mahnı Britninin Canada siyahısında olan "Gimme More", "Womanizer" və "3" sinqllarından sonra 4-cü #1 sinql olmuşdur. Britni Spirs "Hold It Against Me" sinqlının uğurundan sonra yeni albomunun adını açıqladı. Albomun adı "Femme Fatale" olacaq. Britni Twitter vasitəsilə "Sexy and strong, dangerous yet mysterious, cool yet confident." sözləriylə heyranlarını marağa salıb. Bunlar mahnının sözləri ola bilərmi? Britni deyir: Mən son 2 ildə ruhumu və ürəyimi bu alboma qoymuşam.
Me Against the World
Me Against the World, Tupak Şakurun üçüncü studiya albomu.
Fall Again
Fall Again — Maykl Cekson tərəfindən The Ultimate Collection albomunda ifa edilmiş mahnı. Maykl Cekson mahnıya müraciət edən ikinci ifaçıdır. Belə ki, mahnı hələ 2002-ci ildə ABŞ müğənnisi Glen Levis tərəfindən ifa edilmişdir. Hətta ilk ifaçısının səsləndirməsində mahnı 2002-ci ildə çəkilən Maid in Manhattan filmində də soundtrack olaraq istfadə edilmişdir. Mahnı albomda satışa çıxarılmazdan əvvəl çox böyük sürətlə internetdə yayılır. Buna səbəb isə mahnının uzun illərdən bəri Maykl Ceksonun səsləndirdiyi ilk yeni mahnı olması idi. Lakin mahnının həqiqətən də Maykl Cekson tərəfindən ifa edilməsinə dair şübhələr də var idi. Belə ki, mətbuatda Michhaelın başqa bir ifaçı tərəfindən oxunmuş mahnın təkrar ifa etməsi məsələsinin inandırıcı görünməməsinə dair yazılar nəşr edilmişdi. Lakin "Fall Again" mahnısının 2004-cü ildə satışa çıxarılmış "The Ultimate Collection" albomuna daxil edilməsi bütün bu şübhələrə son qoymuşdu. Daha sonra satışa çıxarılan və yalnız demo versiyalı mahnıların yer aldığı "Reload" adlı alboma isə mahnı, Maykl Cekson və Glen Levisin birgə ifasında daxil edildi.
Again (Yui mahnısı)
"Again" (アゲイン, Agein, azərb. "Yenə"‎) — Yaponiya pop-rok müğənnisi və mahnı yazıçısı Yuinin 13-cü, 2008-ci ilin noyabrından sonra isə ilk sinqlı. "Again" Studioseven Recordings səsyazma studiyası tərəfindən 3 iyun 2009-cu ildə iki formatda — CD və CD+DVD formatlarında yayımlanmışdır. Sinql Oricon Weekly Single Chart-ının 4-cü bir nömrəli sinqlı olmuşdur. Sinql 2009-cu ildə ilk həftəsində ən çox satılan sinql olmuşdur, əvvəlki rekord isə Ayumi Hamasakinin "Rule/Sparkle" (95.000 nüsxə) olmuşdur. == Arxaplan == 25 mart 2009-cu ildə Yui öz rəsmi veb-saytında yenidən musiqi həyatına geri qayıtdığını açıqlamışdır. Bir başqa veb-saytda isə onun "Again" adlı yeni mahnı üzərində işlədiyi bildirilmişdir. "Again" mahnısı daha sonra "Fullmetal Alchemist: Brotherhood" anime serialının 1-14-cü seriyalarında açılış mahnısı kimi istifadə olunmuşdur. == Mahnı siyahısı == Daimi nəşr Bütün mahnılar Yui tərəfindən yazılmış və bəstələnmişdir.
I'll Never Love Again
I'll Never Love Again (azərb. Mən bir daha sevməyəcəm‎) — Ledi Qaqa tərəfindən ifa edilmiş və "Ulduz doğuldu" albomuna daxil olan mahnıdır. Film versiyası ilə yanaşı mahnının geniş versiyası da yayımlanmışdır. Qaqa mahnını, Natali Hembi, Hillari Lindsi və Aaron Reytierlə birlikdə yazmışdır. Mahnının prodüsserliyini isə Qaqa və Benyamin Rays etmişdir. Mahnı tənqidçilər tərəfindən müsbət qarşılanmışdır. == Ərəfə və yazılması == Qaqanın "I'll Never Love Again" mahnısını ifa etdiyi "Ulduz doğuldu" filminin son səhnəsinin çəkilməsinə hazırlıqlar aparıldığı zaman, müğənniyə gələn zəngdə onun uşaqlıq dostu Sonya Daremdə dördüncü mərhələli xərçəng xəstəliyi aşkarlandığı xəbər verilir. Qaqa təcili olaraq çəkiliş meydanını tərk edir və dostu ilə görüşə tələsir, lakin, çatdığı zaman aydın olur ki, on dəqiqə gecikib və dostu artıq vəfat edib. Daremin həyat yoldaşı Qaqadan xahiş edir ki, vaxtını itirmədən çəkilişlərə davam etsin. Ledi Qaqa deyir ki, "Sonya mənə faciəvi hədiyyə etdi və mahnını Cekson üçün ifa etsəm də, rəfiqəmi nəzərdə tutmuşdum." Bredli Kuper Qaqanın itkisini başa düşərək ona dəstək olsa da, müğənni çəkilişləri tamamlamaqda israr etmişdir: "Beləcə o səhnəyə qalxdı və "I'll Never Love Again" mahnısını ifa etdi."Film versiyası ilə yanaşı mahnının geniş versiyası da təqdim edilmişdir.
Ağadost
Çatqıran, Ağadost — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Abovyan, Kotayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-şərqdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə "müsəlmanların yaşadığı Çatqıran", Qafqazın 5 verstlik xəritəsində Cadqran, erməni mənbələrində həm də Çatıqran kimi qeyd edilmişdir. 1728-ci ilə aid mənbədə Qırxbulaq nahiyəsində "Müsəlmanların yaşadığı Çatqıran kəndi" ifadəsi vardır 1945-ci ildə kənd ermənicə Qeqaşen adlandırılmışdır. Yerli tələffüz forması Cadqırandır. 1590-cı ilə aid mənbədə də Cadqıran kimidir. 1590-cı ilə aid mənbədə Cadqıran kəndinin həm də Ağadost adlandığı göstərilir. 1727-ci ilə aid türkcə mənbədə Çatkıran kimi qeyd olunmuşdur == Toponimi == Toponim türk dilində "dağ beli, dağın çıxıntısı, qayalı yüksəklik, iki dərəni birləşdirən yer, yarğanh, dərəli sıra dağlar", "iki çay arasında yer> mənasında işlənən çat sözü ilə türk dilində (əslən monqol dilinə mənsubdur) "çəpər, hasar", "düşərgə", "heyvanlar üçün ağıl", "yaşayış yeri", "alaçıq" mənasında işlənən kuren (>quran >qıran >qran) sözündən əmələ gəlib, "qayalıqda, iki dərənin, iki çayın arasında olan yaşayış yeri, kənd" mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Razdan, 21. X.1967-ci il fərmanı ilə yenidən dəyişdirilib Gexaşen qoyulmuşdur.
Aqonist davranış
Aqonist davranış (yunan. agonistikos — mübarizə qabiliyyəti) — mürəkkəb hərəkət kompleksi olub, eyni növə malik müxtəlif fərdlər arasındakı münaqişə zamanı müşahidə olunur. Məsələn, rəqibin üzərinə edilən hücum, özünü müdafiə, təhlükədən qaçmaq, təqib etmək, özünü və özünə tabe etdirmə hərəkətləri və s. == Ədəbiyyat == 1. Axundov M. A., Mehrəliyev Ə. Ə., Əliyev A. R., Muradova E. Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Aqnist diyarı
== Ərazisi == Aqnist diyarının ərazisi 285,0 Km2-dır. Aqnist diyarına 1 şəhər və 3 volost daxildir.
Qainat şəhristanı
Qainat şəhristanı və ya Qain şəhristanı — İranın Cənubi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Qain şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 137,357 nəfər və 35,783 ailədən ibarət idi.