Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aştarak
Əştərək, Aştarak — Ermənistan Respublikasında şəhər. İrəvan şəhərindən Şimal-Qərbdə, Abaran (dəyişdirilmiş adı Kasax) çayı sahilində, İrəvan-Gümrü şosse yolunun üstündə yerləşir. 1963-cü ildən respublika tabeli şəhərdir. Əştərək rayonunun mərkəzidir. == Tarix == IV əsrlərdə Arşakilərin, VIII-X əsrlərdə ərəblərin, IX-XI əsrlərdə Şirak hakimiyyətinin tabeliyində Pəhləvilərin hökmranlığı altında olmuş, XI-XVI əsrlərdə Səlcuq türklərinin tabeliyində, XVI-XIX əsrlərdə İrəvan xanlığına tabe olan Karbibasar mahalının tərkibində olmuşdur. 1828-ci ildə rus işğalından sonra İrəvan quberniyasının İrəvan qəzasının, sonra Eçmiədzin qəzasının tabeliyinə keçmişdir. İndi Ermənistan adlanan ərazidə sovet hökuməti qurulandan sonra 1929-cu illərdə rayonlaşdırma inzibati-ərazi bölgüsü yaradıldı. Əştərək 9 sentyabr 1930-cu ildə yaradılan rayonun adı oldu. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Əştərək kimi, 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Karbi nahiyyəsinin tərkibində Aştarak, Qafqazın 5 verstlik xəritəsində Əştərək (Aştarak) kimi qeyd edilmişdir. Danışıq dilində Həştərək formasında işlədilir.
Axtarma-Paşalı
Axtarma-Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonu ərazisində yerləşən palçıq vulkanı. == Haqqında == Vulkan palçığı 18 hektar sahəni örtüb, ümumi həcmi 220 min kub metrdir. Tullanan məhsulun orta qalınlığı 1 metr 20 sm-dir. Vulkan nəticəsində ərazidə çoxlu çat əmələ gəlib. Çatlardan biri çox böyükdür. Təxminən 2 km-dən artıq məsafəyə uzanıb. Çatın dərinliyi 2 metrə, eni 30 sm-dən 80 sm-ə qədər çatır. Çat həm şimal-qərb, həm cənub-şərq istiqamətində vulkandan keçir. Hazırda vulkan sakitləşib. Adətən palçıq vulkanları püskürəndə alov müşahidə olunur.
Con Karmak
Con Karmak (ing. John D. Carmack; d. 20 avqust 1970, Kanzas, Missuri, ABŞ) — Amerika proqramçısı; O, First-person shooter (FPS) - Birinci şəxs atıcı janrında "Wolfenstein 3D", "DOOM", "Quake" kimi kompüter oyunlarının təqdimatı ilə məşhurdur. "Id Software" və "Armadillo Aerospace" şirkətlərinin həmtəsisçisi olaraq da tanınır. == Həyatı == Con Karmak 20 avqust 1970-ci ildə Missuri ştatının Kanzas şəhərində dünyaya gəlib. O, kiçik yaşlarından kompüter texnologiyaları ilə maraqlanıb. Devid Kaşner "Masters Of Doom" kitabında onun uşaqlıq dövrünü belə təsvir edir: "Karmak 14 yaşında olarkən bir neçə həmyaşıdına "Apple II" kompüterlərinin oğurluğu üçün dərsdən sonra məktəbə daxil olmağa kömək edir, amma bu zaman səssiz siqnalizasiya işə düşür. Con həbs edilir və psixoloq konsultasiyasına göndərilir və nəticədə çətin tərbiyə olunan uşaqlar üçün olan mərkəzdə 1 illik məhkum edilir". Sonradan Con iki semestr ərzində Missuri Universitetində oxuyur, sonra müstəqil proqramçı karyerasına başlayır. Tezliklə Con Karmak ehtiyac duyulan mütəxəssis oldu.
Axtarma-Paşalı palçıq vulkanı
Axtarma-Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonu ərazisində yerləşən palçıq vulkanı. == Haqqında == Vulkan palçığı 18 hektar sahəni örtüb, ümumi həcmi 220 min kub metrdir. Tullanan məhsulun orta qalınlığı 1 metr 20 sm-dir. Vulkan nəticəsində ərazidə çoxlu çat əmələ gəlib. Çatlardan biri çox böyükdür. Təxminən 2 km-dən artıq məsafəyə uzanıb. Çatın dərinliyi 2 metrə, eni 30 sm-dən 80 sm-ə qədər çatır. Çat həm şimal-qərb, həm cənub-şərq istiqamətində vulkandan keçir. Hazırda vulkan sakitləşib. Adətən palçıq vulkanları püskürəndə alov müşahidə olunur.
Paşalı Axtarma palçıq vulkanı
Paşalı Axtarması palçıq vulkanı -respublikamızda olan ən iri palçıq vulkanlarından biridir. == Ümumi məlumat == Bu palçıq vulkanında Osmanbozdağ palçıq vulkanı kimi antiklinalın Böyük hərəmi, Kiçik hərəmi və Qalamədin kəsişdiyi düyündə yerləşir. Bu vulkan relyefdə Ləngəbiz silsiləsinin bir qədər alçalmış gədik hissəsinə uyğun gəlir. Şirvan düzündən 300 m, Pirsaatçayın dərəsindən isə 140 m ucalır. Vulkanın krateri dairəvi formaya yaxın olub vallarla haşiyələnmişdir. Bu valların nisbi yüksəkliyi 5-10 m-ə çatır. Paşalı Axtarması palçıq vulkanı da respublikamızın ən iri və uca (299,5m) palçıq vulkanından biri olduğundan o da aşağı Bakı dövründən başlayaraq dəniz altından azad olmağa başlamışdır. Bu palçıq vulkanı zirvəsi səviyyəsində, ondan cənuba və şimala doğru Ləngəbiz silsiləsinin qərb yamacında aşağı Bakı yaşlı dəniz terrasları intişar tapmışdır.
Torpaqlı Axtarma (palçıq vulkanı)
Torpaqlı Axtarma — Abşeronda palçıq vulkanı.Eninə Qaradağ qırışığının orta hissəsində ən böyük nisbi yüksəkliyə malikdir. Vulkan başqa Qaradağ vulkanları içərisində brekçiyalarından təşkil olunmuş bəndvari silsilə şəklində uçanır. Onun qərb yamacı Pilpilə palçıq vulkanına dovru az-çox meyl edir, şərq yamacında isə alçaq silsilələr müşahidə edilir. Vulkan hüdudlarında qaz, su və palçıq ayıran bir neçə qrifon mövcuddur. Pilpilə palçıq vulkanına doüru yatan yamacdakı qrifonlardan aç miqdarda qaç və palçıq ayırır.