1. Gizli, yaxud gizlədilmiş və ya itmiş bir şeyi tapmağa, üzə çıxarmağa çalışmaq, aramaq. Kitabı nə qədər axtardımsa, tapa bilmədim. Yerə düşmüş iynəni axtarmaq. – Axtaran tapar. ( Ata. sözü ).
// Görməyə, tapmağa çalışmaq.
// Aramaq, tapmağa çalışmaq.
2. Əldə etməyə çalışmaq. İş axtarmaq. Özünə otaq axtarmaq. Öz haqqını axtarmaq.
// Arzu etmək, bir şeyin olmasına, əmələ gəlməsinə, baş verməsinə çalışmaq. Dava-dalaş axtarmaq.
3. Yoxlamaq, araşdırmaq, müayinə etmək, təftiş etmək. Ciblərini axtarmaq. Stolun yeşiklərini axtarmaq.
4. Ummaq, gözləmək. Onda nə ədəb axtarırsan. Bizdə elə şeylər axtarma.
5. məc. Həddindən artıq fikir vermək. Böyük işlərə fikir vermir, amma xırda şeyləri axtarır.