Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aldama
Aldama (lat. Aldama) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Özünü aldatma
Özünü aldatma — həqiqətə uyğun olmayan düşüncələrin aşılanması prosesidir; aldanan bir prosesə inam. Bu psixoloji fenomen bir insanın psixoloji müdafiə forması kimi bilinir. Sübutlara və məntiqi arqumentlərə qarşı olmağın aktuallığını, əhəmiyyətini və ya dəyərini rədd etmək və ya səmərələşdirmək prosesidir. Özünü aldatma heç bir məlumatı ortaya qoymamaq üçün həqiqətə inandırmağı (və ya həqiqətin olmamasını) ehtiva edir. == Konsepsiyanın dəyişkənliyi == "Özünü aldatma" termini bir sıra humanitar fənlərdə geniş istifadə olunur, yəni psixologiya və psixoanaliz, ədəbiyyat, fəlsəfə, epistemologiya, sosiologiya və s. Onun şərhləri hər sahənin kontekstindən asılı olaraq dəyişir. === Psixoanalizdə === Klinik praktikada, "özünü aldatma" ifadəsinin əvəzinə, bir qayda olaraq, onun ən yaxın ekvivalentləri istifadə olunur: "repressiya" və "xəyali düşüncə". Məşhur amerikalı psixoanalist və psixoterapevt Roy Şefer "Psixoanaliz üçün yeni bir dil" adlı əsərində xoşagəlməz və ya utanc verici təcrübələrdən (kəşflərdən) "şüursuz qorunma" yolu kimi aldatma vərdişini təsvir edir. === Ədəbiyyat və fəlsəfədə === Özünü aldatma fenomeni ən məşhur Sorn Kyerkeqor, Martin Haydeqqer və Jan Pol Sartr olan bir sıra ekzistensial filosofların əsərlərində öz əksini tapmışdır. Sonuncuların əsərlərində özünü aldatma ("pis iman") mərkəzi yer tutur və orijinal olmayan varlığın əsas forması kimi qiymətləndirilir.
Albanca
Alban dili (gjuha shqipe) — Hind-Avropa dilləri ailəsinə aiddir. Balkan yarımadasında, Kosovo, İtaliya və Yunanıstan ərazisində yayılmışdır. Alban dili iki əsas dialektə bölünür: cənub (tosk) və şimal (qek). Alban dilinin fonoloji sistemi 7 sait və 29 samit fonemdən ibarətdir. Qrammatik quruluşuna görə sintetik-flektiv dillərə aiddir. Sintaktik baxımdan sərbəst söz sırası üstünlük təşkil edir.
Aldabra
Aldabra — dünyada ikinci ən böyük mərcan atolludur. Hind okeanındakı Seyşel adalarının Xarici adalarının bir hissəsi olan Aldabra adalarında, Mae adasındakı paytaxt Viktoriyadan 1,120 kilometr (700 mil) cənub-qərbdə yerləşir. == Tarix == Aldabranın tarixi adı, ərəb dənizçilər tərəfindən "atollun sərt, günəş bişmiş mühiti" mənasını verən Əl-Hadra və ya Əl-Xadra (bir neçə variant mövcuddur) idi və bu ad 16-cı əsrin Portuqaliya xəritələrinə daxil edilmişdir. Onlar Hind okeanını isə Bəhr-əl zany adlandırmışdılar. Ada 1511-ci ildə Portuqal naviqatorları tərəfindən ziyarət edilmişdir. Adalar artıq ona adaını verən farslara və ərəblərə məlum idi. 18-ci əsrin ortalarında Atoll, Aldabra nəhəng tısbağalarının tutulması üçün ekspedisiyaların edildiyi Fransanın Reyunyon koloniyasının asılılığı altına düşdü. Aldabra üzərində yerüstü şirin su mənbələri olmadığından, tədqiqatçıların (1742-ci ildən əvvəl hər hansı bir tədqiqatçının səfərinə dair heç bir sübut yoxdur) maraqları atollda yaşamaq deyil, yalnız tısbağa və balıq növlərini istismar etmək idi.1810-cu ildə Mavritaniya, Reyunyon, Seyşel adaları və digər adalarla birlikdə Aldabra da Böyük Britaniyanın ixtiyarına keçdi. Reyunyon daha sonra Fransaya qaytarıldı və Mavritaniya, Seyşel adalarının qalanı ilə birlikdə Aldabranın sahibi oldu. Ərazidəki əvvəlki sakinlər Seyşel adalarından gələn mühacirlər idi.
Aldatmaq
Aldatma və ya sədaqətsizlik — evli ya da romantik və cinsi bir əlaqə içərisindəki tərəflərdən birinin yoldaşının xəbəri və ya razılığı olmadan bir başqa adam ilə əlaqəyə girməsi. Aldatma yalnız romantik səviyyədə, yalnız cinsi əlaqə səviyyəsində və ya həm romantik həm cinsi əlaqə şəklində ola bilər. Aldatmanın tərifi mədəniyyətdən mədəniyyətə və ya cütlər arasındakı razılaşmalara görə fərqlilik göstərə bilər. Romantik aldatma; adamın romantizm, zaman və maraqları kimi romantik qaynaqlarını əlaqə xaricindəki bir kimsəyə yönəltməsidir. Yeni əlaqənin ölçüsü üz-üzə görüşmə ilə internet, məktub və ya telefon vasitəsilə uzaqdan görüşmə arasında dəyişə bilər. İslam mədəniyyətində evli olmayan iki adamın cinsi əlaqəyə girməsi zina olaraq adlandırılar. Ancaq zinanın reallaşması üçün tərəflərdən birinin yoldaşını aldadır olması lazım deyil. İslamda zina haramdır.
Alkanna
Alkanna (lat. Alkanna) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinə aid bitki cinsi. 40-a yaxın növü məlumdur. Suriya, İraq və İranda çox yayılmışdır. Azərbərbaycanda 2 növü var: Şərq alkannası və Boyaq alkannası. Boyaq alkannasının kökündən qələvilərə və ammonyaka həssas olan qonur bənövşəyi boyaq maddəsi alınır. Alkanna köklərinin spirt tinkturası (alkanin) mikroskop işlərində yağı təyin etmək üçün reaktiv kimi, bəzən də yeyinti məhsullarını, yun və ipəyi boyamaq üçün işlədilir. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Şərq alkannası (Alkanna orientalis (L.) Boiss.) Boyaq alkannası; Həvəgüvə (Alkanna tinctoria (L.) Tausch) === Digər növləri === Alkanna amana Rech. f. Alkanna areolata Boiss.
Almanca
Alman dili (alm. Deutsch, tələffüs olunur: [ˈdɔʏtʃ]; deutsche Sprache) — almanların, avstriyalıların, lixtenşteynlilərin, eləcə də isveçrəlilərin çoxunun dili, Almaniyanın, Avstriyanın, Lixtenşteynin rəsmi dili, İsveçrənin, Lüksemburqun və Belçikanın rəsmi dillərindən biri. Çin, ərəb, hindi, ingilis, ispan, benqal, portuqal, rus və yapon dillərindən sonra dünyada ən çox yayılmış dildir. Bu dil Avropa Birliyinin rəsmi və işçi dillərindən biridir. Alman dili hind-avropa dilləri ailəsinin german dilləri qrupuna daxildir. Latın əlifbası əsasında yaranan yazısına umlautlu üç sait (ä, ö, ü) və esset (ß) liqaturası əlavə edilib.
Aloanda
Aloanda - Türkiyə Respublikası Muğla əyalətində yerləşən Likiya şəhəri. Fəthiyə rayonundan 24 km uzaqlıqda yerləşir. Kocaçay vadisində, Kabaağac kəndinin şimal-qərbində yerləşir. Hisarcık yüksəkliyi adlanan yüksəkliyin ətəklərində yerləşir. Şəhər və onun əhalisi haqqında dəqiq məlumatlar yoxdur. Tarixi qədim olan Aloanda ilə bağlı sadəcə Bizans dövründən qalma bir neçə kəsmə daşdan hazırlanmış qala divarları qalmışdır. Şəhər haqqında əldə edilmiş məlumatlar Likiya birliyi ilə bağlı aparılan araşdırmaların nəticəsində əldə olunmuşdur.
Almanya
Almaniya (alm. Deutschland‎ [ˈdɔʏtʃlant]) və ya rəsmi adı ilə Almaniya Federativ Respublikası (alm. Bundesrepublik Deutschland‎) — Mərkəzi və Qərbi Avropada yerləşən federativ parlament respublikası. Şimaldan Baltik və Şimal dənizləri, cənubdan Alp dağları, Boden gölü və Yuxarı Reynlə əhatə olunmuşdur. Ölkə şimaldan Danimarka, şərqdən Polşa və Çex Respublikası, cənubdan Avstriya və İsveçrə, cənub-qərbdən Fransa, qərbdən Lüksemburq, Belçika və Niderlandla həmsərhəddir. Əhalisi təxminən 83 milyondur ki, bu da Avropanın ən böyük (Rusiyadan sonra) əhalisidir. Almaniya həm də ABŞ-dən sonra dünyada ikinci ən çox mühacirət edilən ölkədir. Almaniya ərazisinə 16 federal torpaq daxildir, ümumi sahəsi 357,386 kvadrat kilometr təşkil edir və mülayim mövsümi iqlimə sahibdir. Almaniya dünyada ABŞ-dən sonra ən çox miqrant qəbul edən ikinci ölkədir 83 milyon nəfərlik əhalisi ilə Avropada Rusiyadan sonra ikinci, Avropa İttifaqına üzv ölkələr arasında isə ilk yerdədir. Almaniya yüksək səviyyədə desentralizasiyalaşmış ölkədir.
Alanya
Alanya (1935-ci ilə kimi Əlaiyyə, osm. علائیه, türk. Alâiye) — Antalya ilinin ilçəsi. Antalyanın mərkəzindən 135 km. aralıda yerləşir. == Coğrafya == === Əhalisi === Əhali sayı: 94.022 (2008).
Albana
Albana — Azərbaycanda, qədim dövrlərdə mövcud olmuş şəhər. Yunan coğrafiyaşünası Ptolemey "Coğrafi təlimnamə" əsərində Albananın Kas çayı mənsəbində olduğunu göstərmişdir. Bir sıra alimlər buranı Qax rayonundakı Torpaqqala, Rusiyadakı Dərbənd və Zərdab rayonundakı Əlvənd kəndi ilə eyniləşdirirlər. Albananın Bakı yaxınlığında olması da güman ediliir. Lakin Quba rayonundakı indiki Alpan kəndinin Albana olması ehtimalı alimlər arasında daha inandırıcı qəbul edilmişdir.
Aldina
Vachellia (lat. Vachellia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Acacia subg. Acacia Vassal, nom. illeg. Acaciopsis Britton & Rose Aldina E.Mey. Bahamia Britton & Rose Delaportea Gagnepain Farnesia Gasparrini Feracacia Britton & Rose Fishlockia Britton & Rose Gumifera Raf. Lucaya Britton & Rose Myrmecodendron Britton & Rose Nimiria Craib Pithecodendron Speg. Poponax Raf. Protoacacia Mill.
Adana
Adana — Türkiyənin ili və ən çox əhalisi olan VI şəhəri. 2018-ci ilin məlumatlarına görə 2.220.125 əhalisi vardır. İlin sahəsi 13.844 km²-dir. İldə hər km² 160 nəfər düşməkdədir. Bu sayı ən çox Seyhan ilində 1787 nəfərdir. 01.02.2018 məlumatlarına görə 4-ü ilçəsi (Seyhan, Yüreğir, Çukurova, Sarıçam) olmaqla ümumi 15 ilçəsi və bələdiyyəsi vardır. Bu yerlərdə 831 məhəllə vardır. Türkiyədəki VI böyük metropoliya sahə olub, ölkənin irəlidə gedən ticarət və mədəniyyət mərkəzidir. Mədən ehtiyatlarına görə IV bölgə olan Adana xrom, dəmir, manqan, qurğuşun və sink yataqları baxımından əhəmiyyət daşımaqdadır. Adananın mərkəzi Mərsin, Adana, Osmaniyyə və Hatay illərini əhatə edən coğrafi, iqtisadi və mədəni məzrkəz bölgə olan Çukurovanın mərkəzində yerləşir.
Alana
Alana — nazlı, armud və s.-dən hazırlanan çərəz. Əsasən, Azərbaycanın Naxçıvan bölgəsinin Ordubad rayonu ərazisində geniş yayılmışdır. == Hazırlanması == Onu, adətən, şaftalının nazlı növündən və armudun əndiryani və şəkəri növündən hazırlayırlar. Alananı hazırlamaq üçün ilk əvvəl lazım olan meyvələr dərilir. Meyvənin qabığı soyulub 5-6 gün günəş şüası altında qurudulduqdan sonra saplaq tərəfdən dairəvi kəsilir və içərisi oyulur. Yenidən gün düşən yerə bir gün saxladıqdan sonra hazırlanmış içlik meyvənin içərisinə doldurulur. İçliyi hazırlamaq üçün cəviz ləpəsini iri gözlü ət maşınında çəkərək 1:1 nisbətində şəkər tozu əlavə edilir. Alananın tamı daha yaxşı olsun deyə ona 1-2 çimdik vanil əlavə edirlər. Elə ki, içlik qurudulmuş meyvənin içərisinə dolduruldu, onda əvvəlcədən hazırlanmış xırda meyvə qapaqlarını alananın yuxarı hissəsinə qoyaraq sap keçirilmiş təbənə ilə deşərək sapa düzülür. Təxminən 20-30 alana bir sapa düzülərək düyünlənir və üzərinə tənzif keçirilərək münasib bir yerdən asılır.
Aldan
Aldan çayı — Rusiyada çay. Aldan (şəhər) Rusiyada şəhər.
Albanca Vikipediya
Albanca Vikipediya — Vikipediyanın alban dilində olan bölməsidir. Bu günə gədər 93.813 məqalə yaradılıb.
Aldanmış kəvakib
Aldanmış kəvakib ("Hekayəti-Yusif şah") — Mirzə Fətəli Axundovun 1857-ci ildə yazdığı əsər. Yazıçı bu əsərlə Azərbaycan ədəbiyyatında realist nəsrin banisi olmaqla yanaşı, həm də milli ədəbiyyatımızda povest janrının əsasını qoyur. Povestdə Avropa maarifçilərinin "dünyanı sağlam aqil idarə edir" konsepsiyasından çıxış edən müəllif, İran feodal üsul-idarəsinin ictimai nöqsanlarını, ölkənin ali feodal dövlət başçılarını kəskin satira atəşinə tutur və maarifçi, humanist hakim ideyasını qızğın təbliğ edir. Odur ki, "Aldanmış kəvakib" povesti dünya maarifçi nəsrinin orijinal, parlaq nümunələrindən biri kimi dəyərləndirilir. Axundzadə bu əsərində fanatikliyi, nadanlığı tənqid etməklə yanaşı, rüşvətxorluğu, özbaşınalığı, haqsızlığı da ifşa edir. Yazıçı XV əsrdə yaşamış İran tarixiçi İskəndər bəy Munşinin əl yazmaları əsasında bu povesti yazıb, amma o İran hökümdarı Nəsrəddin şahı tənqid etmək üçün, müasir həyatla əsəri əlaqələndirib, amma povestdə şah obrazında I Şah Abbas göstərilib. == Qısa məzmun == Povest ardıcıl inkişaf edən süjet xəttinə və aydın kompozisiyaya malikdir və o, başlanğıcdan, bağlamadan və iki hissədən ibarətdir. Povestin başlanğıcı cəmi iki sətirdə yazılıb. Artıq 7 ildiki Şah Abbas ölkəni idarə edir. Novruz bayramından cəmi 3 gün sonra baş münəccim xəbər verir ki, novruzdan 15 gün keçmiş ulduzların toqquşacağı və bu toqquşma zamanı şaha xətər toxunacağını deyir.
Aldanmış ulduzlar
Aldanmış kəvakib ("Hekayəti-Yusif şah") — Mirzə Fətəli Axundovun 1857-ci ildə yazdığı əsər. Yazıçı bu əsərlə Azərbaycan ədəbiyyatında realist nəsrin banisi olmaqla yanaşı, həm də milli ədəbiyyatımızda povest janrının əsasını qoyur. Povestdə Avropa maarifçilərinin "dünyanı sağlam aqil idarə edir" konsepsiyasından çıxış edən müəllif, İran feodal üsul-idarəsinin ictimai nöqsanlarını, ölkənin ali feodal dövlət başçılarını kəskin satira atəşinə tutur və maarifçi, humanist hakim ideyasını qızğın təbliğ edir. Odur ki, "Aldanmış kəvakib" povesti dünya maarifçi nəsrinin orijinal, parlaq nümunələrindən biri kimi dəyərləndirilir. Axundzadə bu əsərində fanatikliyi, nadanlığı tənqid etməklə yanaşı, rüşvətxorluğu, özbaşınalığı, haqsızlığı da ifşa edir. Yazıçı XV əsrdə yaşamış İran tarixiçi İskəndər bəy Munşinin əl yazmaları əsasında bu povesti yazıb, amma o İran hökümdarı Nəsrəddin şahı tənqid etmək üçün, müasir həyatla əsəri əlaqələndirib, amma povestdə şah obrazında I Şah Abbas göstərilib. == Qısa məzmun == Povest ardıcıl inkişaf edən süjet xəttinə və aydın kompozisiyaya malikdir və o, başlanğıcdan, bağlamadan və iki hissədən ibarətdir. Povestin başlanğıcı cəmi iki sətirdə yazılıb. Artıq 7 ildiki Şah Abbas ölkəni idarə edir. Novruz bayramından cəmi 3 gün sonra baş münəccim xəbər verir ki, novruzdan 15 gün keçmiş ulduzların toqquşacağı və bu toqquşma zamanı şaha xətər toxunacağını deyir.
Alkanna orientalis
Şərq alkannası (lat. Alkanna orientalis) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin alkanna cinsinə aid bitki növü.
Alkanna tinctoria
Boyaq alkannası (lat. Alkanna tinctoria) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin alkanna cinsinə aid bitki növü.
Almanca Vikipediya
Almanca Vikipediya (alm. Deutschsprachige Wikipedia‎) — Vikipediyanın Alman dilində olan bölməsidir. Bu günə gədər 2.842.329 məqalə yaradılıb.
Almanya tarixi
Almaniya tarixi (alm. Geschichte Deuchlands‎) — Almaniyanın tarixi. == Alman xalqının formalaşması == Alman xalqının etnik olaraq formalaşmasının Skandinav bürünc əsrində, təxminən e.ə 1700-cü illərdə baş verdiyi güman edilir. Eramızdan əvvəl 1-ci əsrdə German tayfaları Cənubi Skandinaviya və Şimali Almaniyadan tədricən cənuba, şərqə və qərbə doğru yayılmağa başladılar. Bu prosesdə onlar baltik, irandilli, slavyan və yunan xalqları ilə təmasda olmağa başladılar. Roma imperiyasındakı alimlərin tədqiqatlarına rəğmən, german tayfalarının ilkin dövrlərdəki fəaliyyəti haqda müasir elmə çox az şey məlumdur. İmperator Avqustun dövründə Roma İmperiyası Germaniyaya (romalılar Reyn çayı ilə Ural dağları arasındakı əraziləri belə adlandırırdı) hücum etdi. Roma qoşunlarına tanınmış sərkərdə Publiy Kvintiliy Var başçılıq edirdi. Eramızın 9-cu ilində Tevtoburq meşəsindəki döyüşdə Varın başçılıq etdiyi 3 Roma legionu german tayfaları tərəfindən məğlub edildi. Beləliklə, müasir Almaniya ərazisindəki xalqlar Roma imperiyası tərəfindən işğal olunmaq təhlükəsindən azad oldu.
Zoe Saldana
Zoe Saldana (ing. Zoe Yadira Zaldana Nazario, 19 iyun 1978) — ABŞ aktrisası. == Həyatı == Zoe Saldana Amerika Birləşmiş Ştatlarının Nyu-Cersi ştatında anadan olmuşdur.Anası Puerto-Riko, atası Dominikan Respublikasındandır. Uşaq vaxtı ingilis və ispanca öyrənmişdir. O, 9 yaşında atasını avtomobil qəzasında itirmişdir. Atası vəfat etdikdən sonra, anası hər iki qızı ilə birlikdə Dominikan Respublikasına geri dönmüşdür. Dominikan Respublikasında ən yaxşı rəqs məktəblərinə gedərək, balet dərsləri almışdır. ABŞa geri qayıdaraq liseydə teatr kurslarına yazılır və aktyorluq kursuna gedir. Dərsləri ilə yanaşı 1990-cı ilin ortalarında Burger Kingdə kassir kimi işləyir. == Kariyerası == İlk dəfə 1999-cu ildə "Law & Order" serialına çəkilir.
Mateus Saldanya
Alanya qalası
Alanya qalası — Antalyanın ilçəsi Alanyanın simvollarından biri olan qala. Dəniz səviyyəsindən 250 metrə qədər yüksələn yarımada üzərində yerləşir. Qala divarlarının uzunluğu 6.5 km-ə qədərdir. Kandeleri adı ilə də tanınan Alanya yarımadasındakı yaşayış, Helenistik dövrə qədər birlikdə günümüzə gələn tarixi abidə XIII əsr Səlcuqi əsəridir. Qala 1221-ci ildə şəhəri alıb yenidən inşa etdirən Səlcuqlu Sultanı I Əlaəddin Keyqubad tərəfindən tikdirilmişdir. Qalanın 83 qülləsi və 140 bürcü var. Orta əsrlərdə qala divarların içində yerləşmiş şəhərin su ehtiyacı təmin etmək üçün 1200-ə yaxın sarnıç tikilmişdir. sarnıçların bir hissəsi günümüzdə də istifadə edilir. Qala divarları planlı bir şəkildə Ehmedek, İçqal, Adam atacağı, Cilvarda burnu üstü, Ərəb övliyası bürcü və Əsəd bürcünü enərək Topxanə və Tərsanəni keçib Qızılqüllədə tamamlanacaq şəkildə inşa edilmişdir. Alanya qalası Anadolunu bəzəyən yüzlərlə qaladan bu günə qədər qalan, ən yaxşı qorunmuş orta əsr qalalarından biridir.