Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Albanca
Alban dili (gjuha shqipe) — Hind-Avropa dilləri ailəsinə aiddir. Balkan yarımadasında, Kosovo, İtaliya və Yunanıstan ərazisində yayılmışdır. Alban dili iki əsas dialektə bölünür: cənub (tosk) və şimal (qek). Alban dilinin fonoloji sistemi 7 sait və 29 samit fonemdən ibarətdir. Qrammatik quruluşuna görə sintetik-flektiv dillərə aiddir. Sintaktik baxımdan sərbəst söz sırası üstünlük təşkil edir.
Alkanna
Alkanna (lat. Alkanna) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinə aid bitki cinsi. 40-a yaxın növü məlumdur. Suriya, İraq və İranda çox yayılmışdır. Azərbərbaycanda 2 növü var: Şərq alkannası və Boyaq alkannası. Boyaq alkannasının kökündən qələvilərə və ammonyaka həssas olan qonur bənövşəyi boyaq maddəsi alınır. Alkanna köklərinin spirt tinkturası (alkanin) mikroskop işlərində yağı təyin etmək üçün reaktiv kimi, bəzən də yeyinti məhsullarını, yun və ipəyi boyamaq üçün işlədilir. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Şərq alkannası (Alkanna orientalis (L.) Boiss.) Boyaq alkannası; Həvəgüvə (Alkanna tinctoria (L.) Tausch) === Digər növləri === Alkanna amana Rech. f. Alkanna areolata Boiss.
Almanca
Alman dili (alm. Deutsch, tələffüs olunur: [ˈdɔʏtʃ]; deutsche Sprache) — almanların, avstriyalıların, lixtenşteynlilərin, eləcə də isveçrəlilərin çoxunun dili, Almaniyanın, Avstriyanın, Lixtenşteynin rəsmi dili, İsveçrənin, Lüksemburqun və Belçikanın rəsmi dillərindən biri. Çin, ərəb, hindi, ingilis, ispan, benqal, portuqal, rus və yapon dillərindən sonra dünyada ən çox yayılmış dildir. Bu dil Avropa Birliyinin rəsmi və işçi dillərindən biridir. Alman dili hind-avropa dilləri ailəsinin german dilləri qrupuna daxildir. Latın əlifbası əsasında yaranan yazısına umlautlu üç sait (ä, ö, ü) və esset (ß) liqaturası əlavə edilib.
Aloanda
Aloanda - Türkiyə Respublikası Muğla əyalətində yerləşən Likiya şəhəri. Fəthiyə rayonundan 24 km uzaqlıqda yerləşir. Kocaçay vadisində, Kabaağac kəndinin şimal-qərbində yerləşir. Hisarcık yüksəkliyi adlanan yüksəkliyin ətəklərində yerləşir. Şəhər və onun əhalisi haqqında dəqiq məlumatlar yoxdur. Tarixi qədim olan Aloanda ilə bağlı sadəcə Bizans dövründən qalma bir neçə kəsmə daşdan hazırlanmış qala divarları qalmışdır. Şəhər haqqında əldə edilmiş məlumatlar Likiya birliyi ilə bağlı aparılan araşdırmaların nəticəsində əldə olunmuşdur.
Atlanta
Atlanta — ABŞ-də şəhər. Corciya ştatının inzibati mərkəzi. Nəqliyyat qovşağı. == Tarixi == Atlanta şəhəri 1837-ci ildə yaranıb. 1845-ci ildən əvvəl şəhər — Terminus adlanırdı. Zəncilərin azadlığı uğrunda mərkəzi şəhər olmuşdur. == Şəhərdə keçirilmiş beynəlxalq tədbirlər == 1996 Yay Olimpiya Oyunları keçirilmişdir. Bu Olimpiyadada Azərbaycanı 21 nəfər idmançı təmsil etmişdir. Onlardan Namiq Abdullayev Olimpiyadanın gümüş medalını qazanmışdır.
Almanya
Almaniya (alm. Deutschland‎ [ˈdɔʏtʃlant]) və ya rəsmi adı ilə Almaniya Federativ Respublikası (alm. Bundesrepublik Deutschland‎) — Mərkəzi və Qərbi Avropada yerləşən federativ parlament respublikası. Şimaldan Baltik və Şimal dənizləri, cənubdan Alp dağları, Boden gölü və Yuxarı Reynlə əhatə olunmuşdur. Ölkə şimaldan Danimarka, şərqdən Polşa və Çex Respublikası, cənubdan Avstriya və İsveçrə, cənub-qərbdən Fransa, qərbdən Lüksemburq, Belçika və Niderlandla həmsərhəddir. Əhalisi təxminən 83 milyondur ki, bu da Avropanın ən böyük (Rusiyadan sonra) əhalisidir. Almaniya həm də ABŞ-dən sonra dünyada ikinci ən çox mühacirət edilən ölkədir. Almaniya ərazisinə 16 federal torpaq daxildir, ümumi sahəsi 357,386 kvadrat kilometr təşkil edir və mülayim mövsümi iqlimə sahibdir. Almaniya dünyada ABŞ-dən sonra ən çox miqrant qəbul edən ikinci ölkədir 83 milyon nəfərlik əhalisi ilə Avropada Rusiyadan sonra ikinci, Avropa İttifaqına üzv ölkələr arasında isə ilk yerdədir. Almaniya yüksək səviyyədə desentralizasiyalaşmış ölkədir.
Ablana
Ablana — Azərbaycan ərazisində mövcud olmuş qədim şəhər. Yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Kürün şimal qollarından biri ilə Alban çayı arasında yerləşdiyi qeyd edilmişdir. Yeri müəyyən olunmamışdır.
Alanya
Alanya (1935-ci ilə kimi Əlaiyyə, osm. علائیه, türk. Alâiye) — Antalya ilinin ilçəsi. Antalyanın mərkəzindən 135 km. aralıda yerləşir. == Coğrafya == === Əhalisi === Əhali sayı: 94.022 (2008).
Albana
Albana — Azərbaycanda, qədim dövrlərdə mövcud olmuş şəhər. Yunan coğrafiyaşünası Ptolemey "Coğrafi təlimnamə" əsərində Albananın Kas çayı mənsəbində olduğunu göstərmişdir. Bir sıra alimlər buranı Qax rayonundakı Torpaqqala, Rusiyadakı Dərbənd və Zərdab rayonundakı Əlvənd kəndi ilə eyniləşdirirlər. Albananın Bakı yaxınlığında olması da güman ediliir. Lakin Quba rayonundakı indiki Alpan kəndinin Albana olması ehtimalı alimlər arasında daha inandırıcı qəbul edilmişdir.
Aldama
Aldama (lat. Aldama) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Atlama
Atlama — Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də isti günlərdə toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda susuzluğu ardan qaldırmaq üçün içilir. == Tərkibi == Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: qatıq – 400 q, su – 600 q, duz – zövqə uyğun, göyərti, xiyar == Hazırlanma qaydası == Atlama qatıqdan hazırlanan ayrana oxşar sərinləşdirici içkidir. Atlamanı qoyun və inək qatığından çoxlu miqdarda hazırlamaq üçün tuluğa qatıq və su töküb cavan oğlanın tərkinə bağlayırlar. Oğlan ata minir (atlanır) və atı otərəfə bu tərfə çalır. Bu zaman tuluq çalxalanır və qatıq suda yaxşı həll olur. Çox güman ki, içkinin adı da buradan götürülmüşdür. Atlamaya bir qədər duz vurduqdan sonra içilir. Ayranı əvəz etdiyindən atlamaya qatıq ayranı da deyilir. Müasir dövrdə atlamanı elektrik mikserində kokteyl kimi hazırlamaq daha əlverişlidir. Atlamadan doğramac hazırlamaq üçün də istifadə edilir.
Alana
Alana — nazlı, armud və s.-dən hazırlanan çərəz. Əsasən, Azərbaycanın Naxçıvan bölgəsinin Ordubad rayonu ərazisində geniş yayılmışdır. == Hazırlanması == Onu, adətən, şaftalının nazlı növündən və armudun əndiryani və şəkəri növündən hazırlayırlar. Alananı hazırlamaq üçün ilk əvvəl lazım olan meyvələr dərilir. Meyvənin qabığı soyulub 5-6 gün günəş şüası altında qurudulduqdan sonra saplaq tərəfdən dairəvi kəsilir və içərisi oyulur. Yenidən gün düşən yerə bir gün saxladıqdan sonra hazırlanmış içlik meyvənin içərisinə doldurulur. İçliyi hazırlamaq üçün cəviz ləpəsini iri gözlü ət maşınında çəkərək 1:1 nisbətində şəkər tozu əlavə edilir. Alananın tamı daha yaxşı olsun deyə ona 1-2 çimdik vanil əlavə edirlər. Elə ki, içlik qurudulmuş meyvənin içərisinə dolduruldu, onda əvvəlcədən hazırlanmış xırda meyvə qapaqlarını alananın yuxarı hissəsinə qoyaraq sap keçirilmiş təbənə ilə deşərək sapa düzülür. Təxminən 20-30 alana bir sapa düzülərək düyünlənir və üzərinə tənzif keçirilərək münasib bir yerdən asılır.
Allan
Allan — ad. Allan Fakir — Pakistanın xalq mahnılarının ifaçısı. Allan Lalin — Honduras futbolçusu Allan Kanningem — Böyük Britaniya botaniki.
Adam Lallana
Adam Devid Lallana (ing. Adam David Lallana; 10 may 1988, Sant Albans, Hartfordşir) — hücuma meyilli yarımmüdafiəçi mövqeyində oynayan İngiltərə futbolçusu. Hazırda İngiltərə Premyer Liqasında çıxış edən "Brayton" klubunun ve İngiltərə milli komandasının oyunçususur. Lallana həvəskar karyerasına "Bornmut" klubunda başlamışdır, 2000-ci ildə isə "Sauthempton" klubuna transfer olundu və oranın akademiyasını bitirərək 2006-cı ildə peşəkar karyerasına başladı. "Bormut"da qısamüddətlik icarə müqaviləsi bitəndən sonra "Sauthempton"a geri döndü və klubla iki uğurlu il ardınca Birinci Liqadan Premyer Liqaya yüksəldi və 2012-ci ildə kapitan sarğısını daşımağa başladı. 2 mövsüm ərzində yüksək liqada göstərdiyi oyuna görə o, milli komandadan da dəvət aldı. 2014-cü ilin iyul ayında onun "Liverpul" klubuna 25 milyon funt dəyərində transfer baş tutdu. O, 2018 UEFA Çempionlar Liqası finalında oyuna çıxmış və növbəti mövsüm kuboku başı üzərinə qaldıran heyyətin bir hissəsi olmuşdur. O, klubla həmçinin 2019-20 İngiltərə Premyer Liqasının çempionluğu qazanmışdır. Milli karyerası 2013-cü ildə başlayan Lallana İngiltərə yığmasında 34 oyuna 3 qol vura bilmişdir və ölkəsinin 2014 FİFA Dünya Kuboku və UEFA Avro 2016 yarışlarında təmsil etmişdir.
Albanca Vikipediya
Albanca Vikipediya — Vikipediyanın alban dilində olan bölməsidir. Bu günə gədər 93.813 məqalə yaradılıb.
Alkanna orientalis
Şərq alkannası (lat. Alkanna orientalis) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin alkanna cinsinə aid bitki növü.
Alkanna tinctoria
Boyaq alkannası (lat. Alkanna tinctoria) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin alkanna cinsinə aid bitki növü.
Almanca Vikipediya
Almanca Vikipediya (alm. Deutschsprachige Wikipedia‎) — Vikipediyanın Alman dilində olan bölməsidir. Bu günə gədər 2.842.329 məqalə yaradılıb.
Almanya tarixi
Almaniya tarixi (alm. Geschichte Deuchlands‎) — Almaniyanın tarixi. == Alman xalqının formalaşması == Alman xalqının etnik olaraq formalaşmasının Skandinav bürünc əsrində, təxminən e.ə 1700-cü illərdə baş verdiyi güman edilir. Eramızdan əvvəl 1-ci əsrdə German tayfaları Cənubi Skandinaviya və Şimali Almaniyadan tədricən cənuba, şərqə və qərbə doğru yayılmağa başladılar. Bu prosesdə onlar baltik, irandilli, slavyan və yunan xalqları ilə təmasda olmağa başladılar. Roma imperiyasındakı alimlərin tədqiqatlarına rəğmən, german tayfalarının ilkin dövrlərdəki fəaliyyəti haqda müasir elmə çox az şey məlumdur. İmperator Avqustun dövründə Roma İmperiyası Germaniyaya (romalılar Reyn çayı ilə Ural dağları arasındakı əraziləri belə adlandırırdı) hücum etdi. Roma qoşunlarına tanınmış sərkərdə Publiy Kvintiliy Var başçılıq edirdi. Eramızın 9-cu ilində Tevtoburq meşəsindəki döyüşdə Varın başçılıq etdiyi 3 Roma legionu german tayfaları tərəfindən məğlub edildi. Beləliklə, müasir Almaniya ərazisindəki xalqlar Roma imperiyası tərəfindən işğal olunmaq təhlükəsindən azad oldu.
Alovlanma promotorları
Alovlanma promotorları (alovlanmanı təşviq edən) yanacaq kamerasında dizel yanacaqlarının alovlanmasını yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur. Alovlanma promotorları zəif alovlanma qabiliyyəti olan yüksək səviyyədə aromatikləşdirilmiş orta distillə fraksiyalarına, həmçinin naften əsaslı neftlərdən və qaz kondensatlarından əldə edilmiş dizel yanacaqlarına əlavə edilir. == Ümuni məlumat == Qeyd edək ki, benzinin oktan ədədinin artırılması çox vaxt arzuolunan haldırsa, əmtəə dizel yanacağının setan ədədinin (SƏ) artırılmasına çox ehtiyatla yanaşmaq lazımdır. SƏ-nin optimal göstəricisindən bu və ya digər tərəfə kənarlaşma mühərriyin iş rejiminin pozulmasına səbəb olur. Alovlanma promotorlarının təsiri mühərriyin növündən, iş rejimindən və SƏ-dən asılıdır. Yanacağın SƏ nə qədər yüksək olsa alovlanma bir o qədər tez baş verir və alovlanmanın gecikmə müddəti (AGM) bir o qədər az olur. AGM-nin müəyyən optimal müddəti saxlanılmalıdır. SƏ çox yüksəkdirsə, bu müddət bir o qədər azdır və yanacaq qarışığının hazırlanmasına az vaxt ayrılır. Nəticədə, yanacaq tərkibində yeni yanacaq porsiyalarına oksigenin verilməsini çətinləşdirən yanma məhsulları olan artıq yanan qarışığa püskürdülür. Buna görə də, yanacaq tam yana bilmir və işlənmiş qazların tərkibində çoxlu natamam yanma məhsulları olur, bu da mühərriyin səmərəliliyini azaldır.
Atlanta (Corciya)
Atlanta — ABŞ-də şəhər. Corciya ştatının inzibati mərkəzi. Nəqliyyat qovşağı. == Tarixi == Atlanta şəhəri 1837-ci ildə yaranıb. 1845-ci ildən əvvəl şəhər — Terminus adlanırdı. Zəncilərin azadlığı uğrunda mərkəzi şəhər olmuşdur. == Şəhərdə keçirilmiş beynəlxalq tədbirlər == 1996 Yay Olimpiya Oyunları keçirilmişdir. Bu Olimpiyadada Azərbaycanı 21 nəfər idmançı təmsil etmişdir. Onlardan Namiq Abdullayev Olimpiyadanın gümüş medalını qazanmışdır.
Atlanta Hawks
Atlanta Hoks — Corciya ştatının Boston Atlanta şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransında mübarizə aparır.
Atlanta Hoks
Atlanta Hoks — Corciya ştatının Boston Atlanta şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransında mübarizə aparır.
Paylanma (iqtisadiyyat)
Paylanma (ing. distribution), iqtisadiyyatda — maddi sərvətin iqtisadi münasibətlər subyektləri arasında bölünməsi. İlkin bölüşdürmə ümumiyyətlə əmək bölgüsü nəzərə alınmaqla maddi sərvət yaratmaq prosesində mülkiyyət hüquqlarının reallaşması əsasında baş verir. Yenidən bölüşdürülmə vergi, xeyriyyəçilik, sosial təminat, kommunal xidmətlər, torpaq münasibətləri, pul siyasəti, müsadirə, ailə hüququ kimi sosial mexanizmlər vasitəsi ilə pul və ya digər müavinətlərin bir şəxsdən digərinə ötürülməsi zamanı baş verir. Bu termin ümumiyyətlə fərdlər arasında deyil, bütövlükdə iqtisadiyyatda paylanmaya aiddir. == Paylanma ehtiyacı == Paylanma ehtiyacı əmək bölgüsü — cəmiyyətin inkişafı prosesində əmək fəaliyyətinin keyfiyyətcə fərqlənməsi, müxtəlif növlərinin təcrid olunmasına və qarşılıqlı təsirinə səbəb olur. Əməyin vasitələrini və əşyalarını əvvəlcədən iştirakçılar arasında paylamaq üçün əmək "bölmək"; yalnız bundan sonra istehsalata başlamaq olar: İstehsal tapşırığı (istehsal dövrü başa çatdıqdan) sonra, ayrı-ayrı təcrid olunmuş əməyin nəticələri işçilər arasında bölüşdürülməlidir. Hər biri fərdi istehlakından qat-qat çox olan bir şey istehsal etdi; bununla birlikdə istehlak etdiyi qidanın əsas hissəsini onun özü yox, başqaları istehsal edirdi. Beləliklə, bu dövrdə daha bir paylama proseduru tələb olunur, lakin bu dəfə “paylanmanın” məqsədi hazır məhsul, əməyin nəticəsidir. == Paylama nisbətləri == == Paylanma nəzəriyyələri == Gəlirin paylanması müəyyən bir iqtisadiyyatda müşahidə olunan məlum müşahidələrin təsvir edilməsi üçün istifadə edilə bilər.
Saxlanma itkisi
Dayaq və ya saxlanma itkisi — mayelər dinamikasında, bir maye içərisində hərəkət edən cismə təsir edən daşıma qüvvəsinin - hücum bucağının (AOA) kritik qiyməti keçməsinə görə - azalması və ya yox olması nəticəsində cismin maye içərisində özünü saxlaya bilməməsidir. Cismin özünü saxlaya bilməməsinin müxtəlif səbəbləri mövcuddur. Ən əsas olan iki səbəb aşağıdakılardır: Daşıyıcı səth üzərində tələb olunan maye sürətinin əldə edilməsinin mümkün olmaması; Nəzarət və ya daşıma səthləri üzərində meydana çıxan axıntı ayrılığı. == Aviavasitələrdə == Aviavasitələrdə dayaq kritik hücum bucağının aşıldığı hər vəziyyətdə “sürətdən müstəqil olaraq” reallaşır. Yəni dayaq bu bucağın keçildiyi bütün sürətlərdə reallaşır.Saxlanma itkisinə bütün qanad məruz qala biləcəyi kimi, nəzarət səthlərinin olduğu qanad hissələri də qala bilər. Hər ikisi də nəzarət itkisinə, dolayı yolla saxlanma itkisinə səbəb olacaqdır. Məsələn, ox bucağı verilmiş qanadlarda qanad ucunda olan nəzarət səthləri, təyyarədən və qanadın hamısından daha əvvəl saxlanma itkisinə uğrayır. Buna görə də, daşınma mərkəzi ağırlıq mərkəzinin qabağına keçir və bu da pozitiv yunuslama momenti meydana gətirir. Yəni təyyarə, burnunu qaldırma meylinə girir. Artıq nəzarət səthləri üzərində hakimiyyət zəiflədiyinə görə, saxlanma qabiliyyəti belə bir vəziyyətdə qəzaya səbəb ola bilər.