Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alqışlar, alqışlar... (film, 1985)
Alqışlar, alqışlar... — rejissor Viktor Buturlinin 1984-cü ildə çəkdiyi film. Əsas rolları Lüdmila Qurçenko və Oleq Tabakov ifa edirlər. == Məzmun == Valeriya Qonçorava estrada artistidir. Bir gün əlinə bir ssenari keçir. O, filmdə çəkilmək üçün daima rejissoru izləyir və sonda rejissor onu kinoprob etmək qərarına gəlir. Problarda aktrisanın istedadı üzə çıxdıqca rejissor baş rolun ifaçısını tapdığını zənn edir. Lakin əksinə Valeriya bu problarda başa düşür ki, dramatik rol onluq deyil.
"Alqışlar ən böyük mükafatımdır". Əli Zeynalov (film)
"Alqışlar ən böyük mükafatımdır". Əli Zeynalov — qısametrajlı, sənədli televiziya filmi. Rejissor Salar Aslanov tərəfindən çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycan xalq artisti, görkəmli aktyor Əli Zeynalov haqqındadır. == Məzmun == Film Azərbaycan xalq artisti, aktyor, Əli Zeynalovun həyat və yaradıcılığından bəhs edir.
Beynəlxalq Kitab Bağışlama Günü
Beynəlxalq Kitab Bağışlama Günü — 14 fevral 2012-ci ildə ABŞ-də məşhur Delightful Children’s Books uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoor tərəfindən yaradılıb. == Tarixi == 2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zellandiyaya qədər fərqli ölkələrdən olan bloqqerlər birlikdə hərəkət edərək insanları həmin günü “Uşaqlara Kitab Vermə Günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral Dövlətlərarası Kitab Bağışlama Günü olaraq qeyd olunmağa başlayıb. Mövcud olduğu ildən bu təşəbbüs bütün dünyada dəstək qazanır və indi də yeni iştirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, bloqqerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb. == Haqqında == Uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. Dünya əhalisi fevralın 14-nü Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd edir. Uşaqlarda ömür boyu oxumağa sevgi aşılamaq və ehtiyacı olan uşaqların kitab əldə etməsini təmin etmək üçün çalışan Kitab Bağışlama Günü könüllüləri dəyərli kitablarını gənc oxucularla bölüşməyə çağırır.