1. Qəbul (etmə), bəyənmə, qiymətləndirmə, alqışlama; dəyərini, əhəmiyyətini anlama.
□ Təqdir etmək – qəbul etmək, bəyənmək, qiymətləndirmək, alqışlamaq.
2. klas. Qismət, nəsib, tale (bəzən “təqdiriqəza” şəklində). [Kərəm:] Bizə belə imiş təqdirin işi; Axıtdı gözümdən qan ilə yaşı. “Əsli və Kərəm”.
3.
…təqdirdə – şərt bildirir; …halda, əgər… Gəldiyi təqdirdə (əgər gəlsə, gələrsə).
□ Əks təqdirdə – əks halda, belə olmadıqda.
O təqdirdə – elə olduqda (olsa), o halda.