Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Amoralizm
Amoralizm — mövcud moral tələblərə əməl etməmək, bir sözlə, əxlaqsızlıq, pozğunluq etmək deməkdir. "Amoralizm" Azərbaycan dilinə hərfi tərcümədə "əxlaqsızlıq" kimi səslənir. Bizim gündəlik danışıq dilimizdə işlənən "əxlaqsız" sözü amoralist mənasındadır.
Moralizm
Moralizm - 19-cu əsrdə yaranan və cəmiyyəti bir sıra əxlaqi prinsiplər, adətən ənənəvi davranışlar, həmçinin, "ədalət, azadlıq və bərabərlik" şüarı ilə ruhlandırmağa çalışan fəlsəfi cərəyan. Ailə birliyi və cinsi əxlaq kimi şəxsi məsələlər də daxil olmaqla, temperans hərəkatı kimi ictimai məsələlərlə əlaqəli olaraq Şimali Amerika və ingilis mədəniyyətinə təsir etdi. == Tarixi == Moralizmin köklərini araşdıran sosioloq Malkolm Votersə görə "moralizm orta-sinif protestantlar ilə protestant qruplar arasındakı bərabərləkçi, antiillektual evangelist qruplar arasındakı mübahisədən yaranmışdır".19-cu əsrdə abolisionizm və temperans moralizmin "əkiz sütunları"-na çevrilmişdir. Bu "əkiz sütunlar" ABŞ-dəki həm protestant, həm də katolik kilsəsində məşhurlaşmışdı. Kvakerlər kimi bəzi xristian məzhəblər tərəfindən önə çəkilən moralizm abolisionizmə dəstək kimi təzahür etdi.Moralizm qadınlara seçki hüququnun verilməsi, antiabort hərəkatlarının fəlsəfi əsasına çevrilmişdi.
Muralizm
Monumental boyakarlıq və ya muralizm — memarlıqla bağlı olan, lakin müstəqil ideya məzmunu və bədii ifadə vasitələrinə malik iri boyakarlıq əsərləri. Monumental boyakarlığa süjetli pannolar, mozaika və ya freskalardan ibarət divar rəsmləri daxildir. == Tarixi == Monumental boyakarlıq Qədim Misir, Çin, Hindistan, Yunanıstan və Roma incəsənətində mühüm yer tutmuşdur. Bizans və Qədim Rus incəsənətində təsviri sənətin ən geniş yayılmış növü monumental boyakarlıq olmuşdur. Monumental boyakarlığın çiçəklənmə dövrü XIV–XVI əsrlərə təsadüf edir. İtaliyada Renessans dövrünün görkəmli rəssamlarının (Cotto, Rafael, Leonardo da Vinçi, Mikelancelo, Veronoze və b.) yaradıcılığında özünün yüksək inkişaf səviyyəsinə çatmışdı. Monumental boyakarlıq orta əsrlərdə Şərq ölkələrində də geniş yayılmışdı (Hindistanda Acanta, Orta Asiyada Pəncikənd və s.). Kapitalizm dövründə, xüsusilə XIX–XX əsrin əvvəllərində monumental boyakarlıq tənəzzülə uğramışdır. Müasir dövrdə monumental boyakarlıq Avropanın və Latın Amerikasının bir çox ölkəsində (xüsusilə Meksikada Dieqo Rivera, Xose Klemente Orosko, Xose David Alfaro Sikeyros və başqalarının yaradıcılığında) geniş yayılmışdır. == Azərbaycanda == İslam dininin məhdudlaşdırıcı təsirinə baxmayaraq, Azərbaycanda da monumental boyakarlıq əsərləri yaradılmışdı (Şəki xanları sarayının divar rəsmləri və s.).