Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anastas
Anastas — kişi adı. Anastas Mikoyan — SSRİ dövlət xadimi, siyasət. Anastas Yovanoviç — serb fotoqrafı və müəllifi. Katolikos Anastas — Albaniyanın XXII katolikosu. Katolikos II Anastas — Albanların LXV katolikosu.
Anataz
Anataz — mineral, TiO2 == Haqqında == Anataz - tetraedrik. Krisralları dipiramidal, lövhəvari və prizmatik. Ayrılma {001} və {011} üzrə mükəmməl. Rəngi qonur, qara. Parıltısı almazı. Sərtliyi 5-6. Xüsusi çəkisi 3,9. Tək-tək dənələr şəklində peqmatit və şistlərdə, alp tipli damarlarda, səpintilərdə və boksitlərdə rast gəlir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Avatar
Avatar aşağıdakı mənalarda işlənə bilər: Avatara — induizmdə müəyyən missiya ilə maddi dünyaya enmiş tanrının adı. == Filmlər == Avatar — 1916-cı il istehsalı olan italyan səssiz filmi. Avatar: Aanq haqqında əfsanə — Nickelodeon telekanalında nümayiş olunan cizgi serialı. Korra əfsanəsi — Nickelodeon telekanalında nümayiş olunan cizgi serialı. Avatar — 2009-cu il istehsalı olan ABŞ fantastika filmi.
Nahar
Nahar — günorta yeməyi. Nahar (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Nahar (Mazandaran) — Mazandaranda kənd.
Anastas Mikoyan
Anastas İvanoviç Mikoyan (erm. Անաստաս Միկոյան, 13 (25) noyabr 1895, Sanahin, Borçalı qəzası – 21 oktyabr 1978[…], Moskva) — SSRİ dövlət xadimi, siyasət adamı, ASSR rəhbəri.
Katolikos Anastas
Katolikos Anastas — Albaniyanın XXII katolikosu.
Tanatar (Xaybulla)
Tanatar kəndi (başq. Таңатар) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Erqən kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Tanatar kəndinin milli tərkibi: başqırdlar 93 % Məsafələr: rayon mərkəzindən (Akyar): 13 km., kənd sovetliyindən (Yeni Erqən): 4 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 71 km. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Anastas Yovanoviç
Anastas Yovanoviç (serb. Анастас Јовановић; 1817[…], Vratsa[d] – 1 noyabr 1899, Belqrad) — serb fotoqrafı və müəllifi. == Bioqrafiya == Anastas Yovanoviç 1817-ci ildə Vratsada bolqar tacir ailəsində anadan olub. Uşaqlıqdan Belqrada köçmək istəyirdi. 1826-cı ildə anası ilə birlikdə Belqrada köçür. 1832-ci ildə Belqradda Dövlət mətbəəsində işləməyə başlayır. Sonralar Vyanaya getmək üçün təqaüd almağa çalışır, amma alınmır. O, Vyanaya yalnız orada işə düzələn tanışının köməkliyi ilə yola düşə bilir. Vyanada Yovanoviç litoqrafiya ilə maraqlanır, sonra 1840-cı illərdə ilk dəfə dagerreotipi görür və fotoqrafiya ilə ciddi məşğul olmaq qərarına gəlir. Anastas Yovanoviç kamera almağı bacarır və o, bu fəaliyyətlə maraqlanan ilk serb olur.
Anabar buxtası
Anabar buxtası — Laptevlər dənizinə daxil olan Anabar körfəzinın cənubunda yerləşir. Anabar çayının mənsəbini təşkil edir. Buxtanın uzunluğu 24 km-dən, eni isə 5–7 km arasında dəyişir.
Anabar gölü
Anabar — Nauru adasının şimalında yerləşən göllər qrupu. Anabar və İyuv dairələrinə daxildir. Onlar arasında ən irisinin su səthinin sahəsi 10 min m² təşkil edir. Burada süni şəkildə balıq yetişdirilir. == Mənbə == Nauru döllərində balıqçılıq haqqında qanun.
Anabar körfəzi
Anabar körfəzi — Laptevlər dənizinin cənub-qərbində yerləşir. Norvik yarımadası ilə materik arasında yerləşir. Cənub hissəsini Anabar buxtası təşkil edir. Materikin daxilinə 67 km daxil olur. Eni 76 km, dərinliyi 17 metrdir. Buxtanın sahil əraziləri tundra bitkiləri ilə örtülüdür. Oktyabrdan iyula qədər səthi buzla örtülüdür. Körfəzə Pesçanaya, Xarıyalax, Samaskaskaya, Mus-Xaya çayları tökülür. Şərq sahilləri hamardır. Şərq sahilləri isə sıldırımlıdır və hündürlük 50 metrdir Arktika araşdırmaçısı Eduard Toll Anabar körfəzində 1893-cü ildə araşdırma işləri aparmışdır İnzibati cəhətdən Rusiyanın Yakutiya Respublikası ərazisinə daxildir.
Anabar ulusu
Anabar ulusu (saxa Анаабыр улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Saskılax kəndidir. == Coğrafiyası == Anabar ulusu Saxa Respublikasının şimal-qərbində, şimal enliyinin 71° ilə 76° arasında yerləşir. Ulus 55.6 min km² geniş bir ərazini tutur və respublikanın Bulun və Olenok ulusları, həmçinin Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ilə həmsərhəddir. Böyük çayları: Anabar, Uele. Böyük gölləri: Ulaxan-Kyuel, Baqanıtta-Kyuel, Sappiya. == Tarix == 10 dekabr 1930-cu ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti Yakutiya Muxtar Sovet Sosialist Respublikasının tərkibində şimaldakı kiçik etnik qrupların məskunlaşdığı ərazidə, Anabar milli (Evenk) bölgəsinin (regional mərkəz Uca) qurulması qərarı alır. Qərarı Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin sədri M. İ. Kalinin imzalayır. Anabar ulusu hələ də bir milli mahal statusunu qoruyub saxlayır. 1 yanvar 2003-cü ildən etibarən Anabar ulusunda inzibati islahat aparılır.
Anabar çayı
Anabar, yuxarı axarlarda Bolşaya Kuonamka (saxa Анаабыр) — ada Rusiyanın Yakutiya Respublikasının şimal-qərqində yerləşir. == Coğrafiyası == Çay Laptevlər dənizinə tökülür. Çayın uzunluğu 939 km, hövzəsinin sahəsi 100 000 km² təşkil edir. Hövzəsində çoxlu sayda göl vardır. Çayın mənbəyi Anabar platosunda yerləşir. Şimali Sibir düzənliyə çıxan Anabar çayının yatağı genişlənir. Aşağı axarlarda sol sahilə yaxın Dumastay-Tyubyuleqe qolu ayrılır ki, onların asşrasında isə Sinnqes-Arı və Istakan-Arıta adaları yerləşir. Çay mənsəbdə uzun dayaz estuari əmələ gətirir. Anabar estuarisi sonda Anabar körfəzinə keçir. == Hidrologiya == Çay əsasən yağış və qar suları ilə qidalanır.
Analar Günü
Analar Günü — anaların şərəfinə keçirilən beynəlxalq bayramdır. Həmin gün Beynəlxalq Qadınlar Günündən fərqli olaraq, anaları və hamilə qadınları təbrik etmək qəbul olunub. Bir çox ölkələrdə bu gün müxtəlif günlərə təsadüf edilir. Ümumiyyətlə, dünyada "Analar Günü" may ayının ikinci bazar günü qeyd edilir. İngiltərədə XVII əsrdən XIX əsrədək "Anaların Bazar Günü" adlı bayram qeyd olunurdu. Anaların təbrik edilməsinə həsr edilmiş bu bayram Böyük pəhriz adlanan dini bayramın dördüncü bazar günündə keçirilirdi. ABŞ-də "Analar Günü" ilk dəfə 1872-ci ildə məşhur ingiltere pasifisti Culiya Uord Houv tərəfindən dəstəklənmişdir. C. Uordun qənaətinə görə, həmin gün anaların Yer kürəsində sülh naminə mübarizədə birliyi günüdür. Lakin onun bu konsepsiyası nə ABŞ-də, nə də digər ölkələrdə öz təsdiqini tapmamışdır. 1907-ci ildə ABŞ-nin Filadelfiya ştatından olan Anna Carvis anaların təbrik olunması təşəbbüsü ilə çıxış etmişdir.
Avatar (rəsm)
Avatar — vizual gap (CHAT), yaxud virtual reallıq proqramlarında istifadəçini təmsil edən kiçik rəsm. Ölçüləri müxtəlif olur, ancaq 100x100, 50x50, 120x120 piksel ölçülü avatarlar daha geniş yayılıb. Hind mifologiyasına görə, avatarlar tanrıların yerüzünə endikləri zaman büründükləri şəkillərdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 996 s.
Katolikos II Anastas
Katolikos II Anastas - Albanların LXV katolikosu. == Katolikosluğu == Katolikos III Matteosdan sonra taxta çıxmışdır. Hakimiyyət illəri dəqiq deyil Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Göydələndə nahar
Göydələndə nahar ("eninə qoyulmuş tir üzərində nahar edən Nyu-York fəhlələri") — ABŞ-nin Nyu-York şəhərində, Manhettendə Rokfeller mərkəzi 30-da yerləşən RCA Buildingin tikintisi zamanı çəkilmiş məşhur ağ-qara foto. == Qısa xülasə == Foto Nyu-york şəhəri küçələri üzərində 256 metr (840 fut) hündürlükdə tirin üstündə ayaqlarını salladaraq oturub nahar yeməyi edən on bir adamı təsvir edir. Foto 1932-ci il sentyabrın 20-i RCA Buildingin 69-cu mərtəbəsində tikintinin son aylarında çəkilmişdir. Arxivçilərin sözlərinə görə, foto əslində hazırlıqlı idi. Baxmayaraq ki, foto real polad işçilərinin şəklidir onlar inanırlar ki, an Rockefeller Center tərəfindən yeni gövdələni irəli çəkmək üçün təşkil olunmuşdur. Foto Oktyabrın 2-də Nyu-york Herald Tribunenın bazar günü foto əlavəsində yayımlanmışdı. == Müəllif == Əvvəllər müəllifliyi "naməlum" fotoqrafa aid edilən fotonun 2003-cü ildən təxminən 10 il ərzində müəllifliyi Carlz Ebbet Klayda və yanlış olaraq Levis Hine aid edilirdi) Corbis korporasiyası hal-hazırda fotonun müəllifinə naməlum fotoqraf statusu verib, lakin bir çox mənbələr fotonun müəllifinin Ebbet olması fikrində qalırlar.
Nahar (Əhər)
Nahar (fars. نهار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 289 nəfər yaşayır (57 ailə).
Analar (film, 1988)
Analar tammetrajlı televiziya tamaşası rejissor Tofiq Zeynalov tərəfindən 1988-ci ildə ekranlaşdırılmışdır. Tofiq Zeynalovnda istehsal edilmişdir. Xaraktercə iki bir-birinə tamamilə zidd olan analar filmin əsas mövzusudur. Əsas rolları Ətayə Əliyeva, Kübra Əliyeva, Bəsti Cəfərova və Ələkbər Hüseynov ifa edirlər. == Məzmun == Səmədlə (Ələkbər Hüseynov) Aynur (Bəsti Cəfərova) cütlüyü bir-birilərini sevərək evləniblər. Onların övlad payları bu xoşbəxtliyi ikiqat artırıb. Lakin günlərin bir günü Aynurla bağlı üzə çıxan bir həqiqət bu xoşbəxt ailə ocağının üzərinə su tökür. Məlum olur ki, Aynur kimsəsiz uşaqlar evindən götürülərək anası saydığı Sənəm (Ətayə Əliyeva) tərəfindən böyüdülüb. Bu xəbəri eşidən qayınanası Zərbuta (Kübra Əliyeva) bu evliliyin bitməsi üçün əlindən gələni edir. Bir tərəfdə yad uşağını öz doğma balası kimi böyüdən ana, digər tərəfdən öz doğma oğlunun ailəsini dağıdan ana.
Analar heykəli (Şuşa)
"Böyük Vətən müharibəsi iştirakçılarının xatirə kompleksi" — Azərbaycanın Şuşa şəhərində, Xəlil Məmmədov küçəsində yerləşən abidə. İkinci Dünya müharibəsinin iştirakçılarına həsr olunmuşdur. Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra pis vəziyyətə düşmüşdür. 2020-ci ilin noyabrında kompleks ərazisi şəhər ilə birlikdə işğaldan azad edilmişdir. Kompleksin bərpa edilməsi planlaşdırılır. == Tarixi == "Böyük Vətən müharibəsi iştirakçılarının xatirə kompleksi" SSRİ hakimiyyəti dövründə salınmışdır və İkinci Dünya müharibəsinin iştirakçılarına həsr olunmuşdur. Kompleksin tərkibində sovet əsgərlərinin barelyefləri, park və "Analar heykəli" daxildir. Şuşa şəhəri 1992-ci ilin mayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir və bu zaman kompleks vandalizmə məruz qalmışdır. Kompleksdə olan əsgərlərin barelyefləri güllələnmiş, "Analar heykəli" vandalizmə uğramış, əbədi məşəl söndürülmüşdür. 2020-ci ilin noyabrında kompleks ərazisi şəhər ilə birlikdə işğaldan azad edilmişdir.
Avatar (film, 2009)
Avatar və ya Ceyms Kemeronun Avatarı (ing. Avatar, ing. James Cameron's Avatar) — 2009-cu il ABŞ elmi-fantastik filmi. Film insanların və Na’vi adlı yadplanetlilərin qarşılıqlı əlaqələrini, xüsusilə insanların Na’vi aləminə xətərli müdaxiləsini təmsil edir. Filmin adı Pandora planetində tədqiqat aparan və baş qəhrəmanı ilə uzaqdan idarə olunan bir süni bədənlə (avatarla) bağlıdır (hinduizmdə avatarlar allahların təcəssümləridir). Pandoranın gözəl bitki və heyvan aləmində yaşayan Na’vilərin isə öz doğma dili var. Filmin və xüsusən Na’vi aləminin gerçək dünyayla bir neçə paralelləri var. "Avatar"ın premyerası 2009-cu il dekabrın 10-da Londonda baş vermişdir. Üç Oskar və bir Qızıl Qlobus mükafatını almış, kompüter qrafikasıyla zəngin "Avatar" dünyanın ən gəlirli (2 milyard dollardan çox) filmi olub. Filmin distribütori 20th Century Fox kinokompaniyasıdır.
Pramudya Ananta Tur
Pramudya Ananta Tur (indon.Pramoedya Ananta Toer; 6 fevral 1925 və ya 20 fevral 1925 – 30 aprel 2006 və ya 29 aprel 2006, Cakarta) — indoneziyalı yazıçı. “1945-ci il nəslinin” üzvü və fəal iştirakçılarından biri olmuşdur. Pramudya Ananta Tur 1925-ci ilde Yava adasının şimalında yerləşən Ducs şərqi Hndistanın şərqində yerləşən Blorədə anadan olub. o, ailənin birinci övladı olub. Onun atası Blorədə məktəb direktoru və müəllim kimi işləyib. Anası isə düyü yığınında işləyən qadın olub. Babası isə müsəlman olub və Məkkəyə gedib. O ilk avtobioqrafik əsərində də bunu qeyd edib. Həmçinin bu əsərindən onun əsl adının Pramudya Ananta Maostur olduğunu vurğulayır. Atasının kitaba marağı çox olduğundan, onun evdə böyük kitabxanasının olması səbəb olmuşdur.
Avatar: Suyun yolu
Avatar: Suyun yolu (ing. Avatar: The Way of Water) — rejissoru Ceyms Kemeron olan 2022-ci il ABŞ istehsalı elmi fantastika filmi. Film 2009-cu il istehsalı "Avatar" filminin davam filmidir. == Mövzu == Ceyk Salli və Neytiri ailə həyatı qurublar. Amma keçmiş mübarizə yenidən başlayır. Onlar bu səbəbdən evlərindən uzaqlaşıb, Pandoranın müxtəlif yerlərini kəşf edirlər.
Aşağı Anhar (Urmiya)
Aşağı Anhar (fars. انهر سفلی‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 765 nəfər yaşayır (147 ailə).
Yuxarı Anhar (Urmiya)
Yuxarı Anhar (fars. انهرعليا‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 785 nəfər yaşayır (222 ailə).