"Böyük Vətən müharibəsi iştirakçılarının xatirə kompleksi"[1] — Azərbaycanın Şuşa şəhərində, Xəlil Məmmədov küçəsində yerləşən abidə. İkinci Dünya müharibəsinin iştirakçılarına həsr olunmuşdur. Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra pis vəziyyətə düşmüşdür. 2020-ci ilin noyabrında kompleks ərazisi şəhər ilə birlikdə işğaldan azad edilmişdir. Kompleksin bərpa edilməsi planlaşdırılır.
Böyük Vətən müharibəsi iştirakçılarının xatirə kompleksi | |
---|---|
Ölkə | |
Memarlıq üslubu | brutalizm |
Həsr olunub | İkinci Dünya müharibəsinin iştirakçıları |
Vikianbarda əlaqəli mediafayllar |
"Böyük Vətən müharibəsi iştirakçılarının xatirə kompleksi" SSRİ hakimiyyəti dövründə salınmışdır və İkinci Dünya müharibəsinin iştirakçılarına həsr olunmuşdur. Kompleksin tərkibində sovet əsgərlərinin barelyefləri, park və "Analar heykəli" daxildir. Şuşa şəhəri 1992-ci ilin mayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir və bu zaman kompleks vandalizmə məruz qalmışdır. Kompleksdə olan əsgərlərin barelyefləri güllələnmiş, "Analar heykəli" vandalizmə uğramış, əbədi məşəl söndürülmüşdür.
2020-ci ilin noyabrında kompleks ərazisi şəhər ilə birlikdə işğaldan azad edilmişdir. Kompleksin bərpa edilməsi planlaşdırılır. 2021-ci ilin aprel ayında Şuşa şəhərinin sakinləri rus sülhməramlıları ilə birlikdə 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına monumental kompleksin elementlərinin təmizlənməsi və rənglənməsi, eləcə də bitişik ərazinin nizamlanması işlərini aparmışdılar.[2]