Azərbaycanın su anbarları
Azərbaycanın su anbarları — Azərbaycan Respublikasında mövcud olan su anbarları.
Respublika ərazisinin çox hissəsini quraqlıq iqlim təşkil edir. Buna görə də quraq iqlim bölgələrində suvarma əkinçiliyi sahələrini genişləndirmək, üzüm və meyvə bağlarını su ilə təmin etmək məqsədilə bir çox kiçik və böyük su hovuzları (su anbarları, su qovşağı, sututarlar) yaradılmışdır. Yayda yağıntıların miqdarı kənd təsərrüfatı bitkilərinin suya olan təlbatını təmin etməyən Lənkəran-Astara zonası kimi il ərzində bol yağıntı alan sahələrdə belə suvarmanı təmin etmək məqsədilə bir sıra rayon və kənd su anbarları tikilmişdir. Respublika ərazisində 140-dan çox su anbarı var və bu su anbarlarından yalnız 61-nin həcmi 1 mln. m3-dən çoxdur. Su anbarlarının ümümi tam həcmi 21,5 km3 təşkil edir. Su anbarları həm çayın məcrasında (məcra su anbarları) həm də ondan kənarda (məcradan kənar su anbarları) yaradılıb. Su anbarlarının əksəriyyəti fəsillik nizamlanır və suvarma üçün istifadə olunurlar. Kür, Araz və Tərtər çaylarında yaradılmış su anbarları və SES-lər – Şəmkir, Mingəçevir, Yenikənd, Varvara, Araz və Sərsəng kompleks təyinatlı su təsərrüfatı obyektləridir və energetika, suvarma, su təchizatı və s.