Azərbaycanın su anbarları

Azərbaycanın su anbarları Azərbaycan Respublikasında mövcud olan su anbarları.

Respublika ərazisinin çox hissəsini quraqlıq iqlim təşkil edir. Buna görə də quraq iqlim bölgələrində suvarma əkinçiliyi sahələrini genişləndirmək, üzüm və meyvə bağlarını su ilə təmin etmək məqsədilə bir çox kiçik və böyük su hovuzları (su anbarları, su qovşağı, sututarlar) yaradılmışdır. Yayda yağıntıların miqdarı kənd təsərrüfatı bitkilərinin suya olan təlbatını təmin etməyən Lənkəran-Astara zonası kimi il ərzində bol yağıntı alan sahələrdə belə suvarmanı təmin etmək məqsədilə bir sıra rayon və kənd su anbarları tikilmişdir. Respublika ərazisində 140-dan çox su anbarı var və bu su anbarlarından yalnız 61-nin həcmi 1 mln. m3-dən çoxdur. Su anbarlarının ümümi tam həcmi 21,5 km3 təşkil edir. Su anbarları həm çayın məcrasında (məcra su anbarları) həm də ondan kənarda (məcradan kənar su anbarları) yaradılıb. Su anbarlarının əksəriyyəti fəsillik nizamlanır və suvarma üçün istifadə olunurlar. Kür, Araz və Tərtər çaylarında yaradılmış su anbarları və SES-lər – Şəmkir, Mingəçevir, Yenikənd, Varvara, Araz və Sərsəng kompleks təyinatlı su təsərrüfatı obyektləridir və energetika, suvarma, su təchizatı və s. üçün istifadə olunurlar.

Respublikanın ən iri Mingəçevir su anbarı 1953-cü ildə istismara verilib, çoxillik tənzimləmə rejimində işləyir, Kür çayının axımı onun aşağı axınında tamamilə tənzimlənib və subasma hallarının qarşısı alınıb. Su anbarlarının yaradılması su ehtiyatı və enerjisindən səmərəli istifadə üçün görülən əsas tədbirlərdəndir. Böyük su anbarları ("Mingəçevir", "Şəmkir", "Araz su qovşağı", "Sərsəng") kompleks əhəmiyyətə malik olduğu halda, digər su anbarlarının əksəriyyəti irriqasiya məqsədilə tikilmişdir.

Su anbarı Sahəsi, km² Həcmi, km³
1. Mingəçevir su anbarı 605 15.730
2. Şəmkir su anbarı 116 2.680
3. Yenikənd su anbarı 23.2 1.580
4. Araz su anbarı 145 1.254
5. Sərsəng su anbarı 14.2 0.565
6. Taxtakörpü su anbarı 8.71 0.270
7. Ceyranbatan su anbarı 13.9 0.186
8. Ağstafa su anbarı 6.3 0.120
9. Varvara su anbarı 22.5 0.060
10. Xanbulançay su anbarı 24.6 0.052
11. Xaçınçay su anbarı 1.76 0.023
12. Qız Qalası su anbarı
13. Zoğalavaçay su anbarı 0,46 0,0034
14. Xudafərin su anbarı
15. Suqovuşan su anbarı 580

Tikilən su anbarları

[redaktə | mənbəni redaktə et]

2023-cü ilin aprelində İlham Əliyev "Yengicə su anbarının tikintisi haqqında" sərəncam imzalayıb.[1]

  1. "В Габалинском районе будет построено водохранилище Енгидже - Распоряжение Президента Ильхама Алиева" (rus). news.day.az. 2023-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-05.