Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Neoseiulus anonymus
Neoseiulus anonymus (lat. Neoseiulus anonymus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Senecio anonymus
Senecio anonymus (lat. Senecio anonymus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Anonymous (qrup)
Anonymous (azərb. Anonim‎) — müxtəlif siyasi hadisələrdə, adətən dövlət təşkilatlarına aid web saytlara hücumlar təşkil edərək etirazını bildirən aktivist və haktivist qrup. Konsepsiyası qurulduğu ilk vaxtlardan təyin olunmuş bir məqsədə doğru, koordinasiyalı bir şəkildə əsasən əyləncə meylli, hansısa bir ad istifadə etməyən "onlayn" kütlə tərəfindən qəbul edilmişdir. 2008-ci ildən etibarən, getdikcə əməkdaşlığa daha çox meyl etməyə başlayan beynəlxalq internet hücumları, öncədən təyin olunmuş etiraz aksiyaları və əsasən müəllif hüquqları ilə qorunan digər əsərlərin ticarətini həyata keçirən firmaların qeyri-qanuni yayımına qarşı kompaniyalara qarşı digər kiber hücumlar ilə xatırlanır. Hücumlar, özlərini "Anonim olaraq adlandıran şəxsiyyəti naməlum olan insanlar tərəfindən həyata keçirilir. == Fəaliyyətləri == Habbo hücumu: Virtual bir otel olaraq yaradılmış olan sosial şəbəkə Habbo Anonymousun tez-tez hədəf aldığı saytlardan biridir. Hal Turner hücumu: Hal Turnerin ifadəsinə görə 2006 Dekabr və 2007 Yanvar ayında özlərini Anonymous olaraq təqdim edən insanların hücumu nəticəsində minlərlə dollarlıq zərərə məruz qalmışdır. Chris Forcandın həbs olunması: 7 Dekabr 2007-ci ildə uşaqbazlıq ittihamıyla 53 yaşlı Chris Forcand, Global Television Networkun məlumatına görə Anonymous qrupunun fəaliyyəti nəticəsində tutulmuşdur. Plan Chanology: (20 Yanvar 2008) Scientology Kilisesinə qarşı bu aksiya nəticəsində qrup mətbuatda geniş şəkildə işıqlandırılmışdır. No Cussing Club (2009) İrandakı seçkilərə etiraz aksiyaları (2009) Avstraliyada internet senzurasına qarşı aksiyalar: Operation Didgeridie (2009), Operation Titstorm (2010) Operation Leakspin Zbabwe:Zimbabve hökumətinin web saytı Wikileaks sənədlərinə tətbiq olunan senzura səbəbiylə hücuma məruz qalmışdır.
Anonim
Anonim (yun. ανώνυμος - adsız, imzasız və ya biimza — müəllifinin adı bəlli olmayan, yaxud göstərilməyən əsər. İmzasız mətn kimi məktub, SMS, şikayət, məlumat ola bilər."Anonim" kimi həm imzasız və ya digər adla imzalanma götürülə bilər. Əsas motiv kimi imzalayan şəxsin qeyri-müəyyənliyi götürülür. Ədəbiyyatda anonim kimi imzası olmayan əsər götürülür. Ləqəb və şərti ad anonim hesab edilmir. Müəllif mürtəce qüvvələrin, senzuranın təqibindən qorunmaq məqsədilə, yaxud bu və ya başqa bir səbəbə görə öz müəllifliyini bildirmək istəmədikdə əsərlərini anonim – adsız, imzasız nəşr etdirməli olur. M. F. Axundzadə istibdad və fanatizm əleyhinə yazılmış "Kəmalüddövlə məktubları" adlı fəlsəfi əsərində müəllifliyini gizlətməyə məcbur olmuşdur. "Molla Nəsrəddin" jurnalında satirik yazıların və miniatürlərin çoxu imzasız dərc edilmişdir. Anonim əsərin müəllifinin müəyyənləşdirilməsi tarixi sənəd və məxəzlərin dərindən araşdırılmasını, əsərin dil və üslubunun müqayisəli təhlil olunmasını tələb edir.
Anonim şirkət
S.A. və ya SA, müəyyən ölkələrdə, çox vaxt rəsmi dil olaraq Roman dillərindən birinə sahib olan və mülki hüquqdan istifadə edən bir ictimai şirkət növünü müəyyənləşdirən termindir. Dilindən asılı olaraq, anonim şirkət, səhmdar cəmiyyət, anonim ortaqlıq, səhm şirkət, Böyük Britaniyanın Şirkətlər Haqqındakı Qanununa əsasən xalqa açıq ictimai şirkətə və Amerika Birləşmiş Ştatlarının Korporativ Qanununda göstərilmiş ictimai şirkət deməkdir. Tərəfdaşlıq və Məhdud Məsuliyyətli Cəmiyyətlərdən fərqlənir. Əvvəlcə səhmdarlar tam anonim ola bilər və səhmlərinə əlavə edilmiş kuponları verməklə divident əldə edə bilərlər. Başqa sözlə sənədi əlində saxlayan şəxsə divident ödənilir. Səhmlər özəl olaraq təhvil verilə bilər və buna görə şirkət rəhbərliyi səhmlərin kimə məxsus olduğunu bilməyə bilər.
Anonim əsərlər
Anonim əsərlər-Anonim əsərlər incəsənət və ya ədəbiyyat kimi anonim, açıqlanmayan və ya naməlum yaradıcısı və ya müəllifi olan əsərlərdir. Çox köhnə əsərlərə gəlincə, müəllifin adı sadəcə olaraq tarix və zaman içində itə bilər. Anonim əsərlərin yaranmasının bir sıra səbəbləri var. == Təsvir == ABŞ-də anonim əsər qanuni olaraq "nüsxələri və ya fonoqramları üzərində müəllif kimi heç bir fiziki şəxsin müəyyən edilmədiyi əsər" kimi müəyyən edilir.[1] == İzahatlar == Çox köhnə əsərlərdə müəllifin adı sadəcə olaraq tarix və zamanla itə bilər. Belə hallarda müəllifə tez-tez Anonim, Latın dilində "anonim" kimi istinad edilir. Digər hallarda isə yaradıcının adı bilərəkdən gizli saxlanılır. Müəllifin səbəbləri təqib qorxusundan tutmuş reputasiyasının qorunmasına qədər müxtəlif ola bilər. Hüquqi səbəblər də müəllifin özünü tanımasına mane ola bilər. Müəllif həmçinin əsərləri ilə məşhurlaşmamaq üçün anonim qalmaq istəyə bilər.
JonDo Anonim Proksi
JAP (JonDo Anonim Proksisi) — proqramının başlıca təyinatı internet istifadəçilərinin onlayn kimliyini ziyarət etdikləri saytlardan, internet xidmət provayderinizdən və internet bağlantını izləyən hər kəsdən gizlətməkdir. JAP bunu "Mixes" (Qarışıqlar) sistemindən istifadə etməklə reallaşdırır. Belə ki, istifadəçilərin məlumatları internetə çatmazdan öncə digər JAP istifadəçilərinin məlumatları ilə qarışdırılır. Əgər istifadəçi JAP anonimlik xidmətini aktivləşdiribsə və internetdən məlumat əldə etmək istəyirsə, həmin istifadəçinin sorğusu kodlaşdırılır, sonra isə çoxlu sayda qarışıqlardan ibarət "Mix Cascade" (Qarışıq şəlalə) adlı sistem vasitəsilə filtrasiya olunaraq həmin istifadəçinin internet bağlantısındakı kimlik məlumatları digər istifadəçilərin kimlik məlumatlarının müxtəlif hissələri ilə qarışdırır. Ən sonda isə istifadəçinin sorğusunun şifrəsini açaraq ona anonim olaraq istədiyi məlumatı əldə etməyə imkan verir.
JonDo Anonim Proksisi

Anonim Virtual Şəbəkə
VPN (ing. virtual private network) — iki kompüter arasında məlumatları virtual tunel vasitəsi ilə şifrələyərək ötürən əlaqə vasitəsidir. Azərbaycancaya "Virtual Şəxsi Şəbəkə" olaraq tərcümə olunur. == İşləmə Prinsipi == VPN bağlantısi üzərindən istifadəçilər təhlükəsiz şəkildə informasiyanın ötürülməsini həyata keçirə bilərlər. Buna səbəb ötürülən informasiyanın adi qaydadan fərqli olaraq şifrələnmiş halda göndərilməsidir. Yəni VPN qurulmuş iki nöqtə arasında bir nöqtədən digərinə informasiya göndərilərkən həmin paket şifrələnir və digər tərəfdə deşifrələnir və informasiya açıq şəkildə təqdim olunur. Məhz buna görə bu texnologiya təhlükəli zonalarda daha geniş istifadə olunur. Yəni qoşulmaya kimsə müdaxilə etsə, əldə edəcəyi məlumat şifrələnmiş olur, amma bu cür hallar davamlı təkrar olunmur, çünki əgər VPN server məlumat sızması müşahidə edərsə, həmin əlaqəni başqa yolla marşrutlayır. Bəzi hallarda VPN istifadəçiləri evlərində, ofislərində köhnə kabellər işlətdiklərindən məlumat transferində paketlərin itməsi baş verir ki, VPN serveri də bunu xaker hücumu olaraq başa düşür və davamlı olaraq VPN əlaqəsini regenerasiya edir. İki cür VPN bağlantısı mövcuddur: Remote access VPN Site-to-site VPNRemote access VPN əlaqələri — evdə, yolda və ya səfərdə olan istifadəçilərin internet vasitəsilə şəbəkə tərəfindən təmin edilən infrastrukturu istifadə edərək xüsusi şəbəkə üzərindəki bir serverə qoşulmalarına imkan yaradır.
Peterburqdan anonim adam
"Peterburqdan anonim adam" (rus. Инкогнито из Петербурга) — rejissor Leonid Qaydayın filmi. == Məzmun == Bu film Nikolay Qoqolun "Müfəttiş" pyesi əsasında çəkilmiş ekssentrik komediyadır. == Film haqqında == Film Nikolay Qoqolun "Müfəttiş" pyesinin sayca üçüncü ekranlaşdırılmasıdır.
Peterburqdan anonim adam (film, 1977)
"Peterburqdan anonim adam" (rus. Инкогнито из Петербурга) — rejissor Leonid Qaydayın filmi. == Məzmun == Bu film Nikolay Qoqolun "Müfəttiş" pyesi əsasında çəkilmiş ekssentrik komediyadır. == Film haqqında == Film Nikolay Qoqolun "Müfəttiş" pyesinin sayca üçüncü ekranlaşdırılmasıdır.
Moisey Xorenatsi anonim keşiş müəllifdir (kitab)
Moisey Xorenatsi anonim keşiş müəllifdir — Filologiya elmləri doktoru, professor, tarixçi, Cavidşunas alim Əjdər Tağıoğlu tərəfindən yazılmış elmi əsər. == Məzmun == Əjdər İsmayılov elmi əsərində kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək, erməni tarix ədəbiyyatı üçün mötəbər mənbə hesab edilən "erməni tarixinin atası” M.Xorenatsinin şəxsiyyətini təkzib etməklə, kilsədə üç türk dövlətinə (Biaini, Arme, Part) aid olan, lakin "erməniləşdirilmiş” mifoloji və filoloji ədəbiyyat əsasında tərtib edilmiş "Armeniya tarixi” əsərlərinin, habelə keşiş babalarının ənənələrini davam etdirən erməni tarixçilərinin mənsub olduqları xalqa yazdıqları "qədim tarix” kitablarının saxta və uydurma olduğunu elmi əsaslarla sübuta yetirir.
Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir (kitab)
Antonim
Antonim (yun. αντί όνομα) — leksik mənalarına görə bir-birinin əksi olan sözlərə deyilir. Antonim qarşılıqlar köklərinə görə fərqli olmalıdır. Əsl antonimlik müxtəlif köklü sözlərin əksliyi şəklində tazahür edən leksik antonimlərdir. Məsələn: ağ - qara, dost - düşmən, gülmək – ağlamaq, oturub-durmaq. Ağıllı va ağılsız kimi sözlər bir-birinə əks mənalar versələr də, kökləri eyni olduğundan onları antonim adlandırmaq olmaz. Antonim qarşılıqlar da, sinonimlər kimi, eyni nitq hissəsinə mənsub olur yaxud (hər ikisi isim), gediş-gəliş (isim), acı-şirin (sifət) ağlağan-güləyən (sifət), uzun-qısa (sifət), yuxarı-aşağı(zərf), gecə-gündüz (zərf), oturmaq- durmaq(feil), gülmək - ağlamaq(feil), açmaq-bağlamaq (feil), az-çox (say).Nəzərə almaq lazımdır ki, frazeoloji söz birləşmələrinin antonimi də ancaq özü kimi frazeoloji birləşmə olmalıdır. Məsələn: dilotu yemək - ağza su alıb oturmaq.
Anons
Anons – mətbuat, tele-radio kompaniyalar bizim üçün hazırladıqları əsas və maraqlı hadisələrin elanıdır. "İzləyin", "Bu günkü efirdə dinləyin", "Növbəti sayda oxuyacaqsınız" - bunlar anonsun müxtəlif formalarıdır. Anons Jurnallar gələcək sayda gedəcək ən maraqlı xəbərlərin xülasəsinə yer ayıra bilər. Qəzetlər də, heç də onlardan geri qalmır. Bir qayda olaraq anonslar qısa şəkildə verilir: tele-radiolarda anonslar təxminən 30 saniyə çəkir. Qısa bir vaxt ərzində böyük bacarıq və istedad tələb olunur ki, bizləri anonslarda gedən verilişlərə baxmağa inandıra bilsinlər.
Annoya adası
Annoya adası — Vesterolen arxipelaqına daxil olan ən qərbdə yerləşən ada. Ada Annoy kommunasına daxildir. Norveçin ən böyük 10 adası siyahısına daxildir. Sahəsi 490 km²-dir. Maksimal hündürlüyü 705 metrdir. Ada eyni adlı körpü ilə Hinnoya adasın birləşir. Əhalisi 6828 nəfərdir (2001).. 1962-ci ildə Annoya raket paliqonu inşa edilmişdir.
Aonyx capensis
Kap dırnaqsız samuru (lat. Aonyx capensis) — Dələkimilər fəsiləsinə daxil olan nəməli növü. == Xarici görünüş == Bədəninin uzunluğu 95 - 100 sm, quyruğu 55 sm təşkil edir. Barmaqları arasındakı pərdə balaca olmasına baxmayaraq yaxşı üzə və suya dala bilirlər. Onların dırnaqları olduqca qısa olur və ancaq arxa ətrafların ikinci və üçüncü barmaqlarında olur. xəzləri elə də sıx deyildir. Bu səbəbndən onlar elə də tez-tez ov obyektinə çevrilmirlər. == Yayılması == Cənubi Afrika, Efiopiya və Seneqalın lal axan sularında, sahillərdə, çay mənsəblərində yayılmışlar. == Həyat tərzi == Qida rasionunun əsasını yengəclər təşkil edir. Onlar asanlıqla yengəcin sərt olan qabığını qıra bilirlər.
Capsicum annum
Annam dağları
Çıonqşon dağları və ya silsiləsi (laos ພູຫລວງ, vyet. Dãy núi Trường Sơn) və ya Annam dağları (fr. Chaîne annamitique) — Hind-Çin yarımadasının şərqində, Vyetnam və Laosda yayla. Uzunluğu 1300 kilometr, hündürlüyü 2,711 metrədəkdir. Əsasən qranitlərdən və qədim çökmə süxurlardan ibarətdir. Şimalında əhəngdaşılardır (karst inkişaf etmişdir). Qərb və cənubunu bazalt lavasından ibarət geniş plato tutur. Şimal yamacları Cənubi Çin dənizinə dik, qərb yamacları Mekonq çayı dərəsinə pillələrlə düşür. Şimal yamaclarında rütubətli tropik və iynəyarpaqlı meşələr, qərb yamaclarında yarpağıtökülən nadir ağaclar və savanna tipli bitkilər yayılmışdır.
Annam (Fransa protektoratı)
Annam (tı-nom: 安南) və ya Çunqki (中圻) — Fransanın Cənub-Şərqi Asiyada protektoratı və müstəmləkəsi. Mərkəzi Vyetnamdakı Daynam imperiyasının ərazisini əhatə edirdi. Protektorat qurulmazdan əvvəl Annam adı Qərbdə bütövlükdə Vyetnamı ifadə etmək üçün istifadə olunurdu, vyetlər annamlılar adlandırılırdı. Annam protektoratı 1887-ci ildə Fransa Hind-Çininin bir hissəsi olmuşdu. Bura həmçinin, Vyetnamın digər iki regionu – cənubda Koxinxina və şimalda Tonkin daxil idi. Regionda ikili Fransa və Vyetnam administrasiyası sistemi var idi. Nquyen sülaləsinin hökuməti hələ də Annam və Tonkini Daynam imperiyası kimi idarə edirdi, imperator isə Hyuedə yaşayırdı. 1948-ci ildə protektorat Vyetnamın Müvəqqəti Mərkəzi Hökumətinə birləşdirilmişdi, lakin bu, növbəti il yeni qurulan Vyetnam Dövləti ilə əvəz olunmuşdu. 1949-cu ildə Yelisey sazişlərini imzaladıqdan sonra Fransa 1950-ci ildə Baoday və Vyetnam Dövlətinin hökumətinə suverenliyin verilməsi haqqında müqavilə rəsmi imzalanana qədər qanuni olaraq buradakı protektoratını qorumuşdu. Region 1954-cü il Cenevrə Konfransına əsasən kommunist Şimali Vyetnam və antikommunist Cənubi Vyetnam arasında bölünmüşdü.
Java Anon Proksi
JAP (JonDo Anonim Proksisi) — proqramının başlıca təyinatı internet istifadəçilərinin onlayn kimliyini ziyarət etdikləri saytlardan, internet xidmət provayderinizdən və internet bağlantını izləyən hər kəsdən gizlətməkdir. JAP bunu "Mixes" (Qarışıqlar) sistemindən istifadə etməklə reallaşdırır. Belə ki, istifadəçilərin məlumatları internetə çatmazdan öncə digər JAP istifadəçilərinin məlumatları ilə qarışdırılır. Əgər istifadəçi JAP anonimlik xidmətini aktivləşdiribsə və internetdən məlumat əldə etmək istəyirsə, həmin istifadəçinin sorğusu kodlaşdırılır, sonra isə çoxlu sayda qarışıqlardan ibarət "Mix Cascade" (Qarışıq şəlalə) adlı sistem vasitəsilə filtrasiya olunaraq həmin istifadəçinin internet bağlantısındakı kimlik məlumatları digər istifadəçilərin kimlik məlumatlarının müxtəlif hissələri ilə qarışdırır. Ən sonda isə istifadəçinin sorğusunun şifrəsini açaraq ona anonim olaraq istədiyi məlumatı əldə etməyə imkan verir.
Java Anon Proxy

Persea americana var. americana Synonym L TRO 2012-04-18
Amerika avokadosu (lat. Persea americana) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin avokado cinsinə aid bitki növü. Vətəni Mərkəzi Amerika və Meksikanın yüksəkdağlı rayonlarıdır. Botaniki cəhətdən avakado giləmeyvədir. Lakin əmtəəşünaslıq təsnifatına görə çəyirdəkli meyvələr qrupuna aid edilir. Meyvəsi yumru, oval formada, bəzən armudaoxşardır. Qabığı sıx, dərivari hamar və ya çopuq, qara, bənövşəyi və ya yaşıl rəngdədir. Yetişmiş meyvələrin ətliyi qabığından asan aralanır. Meyvənin daxilində iri çəyirdəyi var. Meyvənin ümumi kütləsinin 25%-ni təşkil edir.