Anons
Anons – mətbuat, tele-radio kompaniyalar bizim üçün hazırladıqları əsas və maraqlı hadisələrin elanıdır.
"İzləyin", "Bu günkü efirdə dinləyin", "Növbəti sayda oxuyacaqsınız" — bunlar anonsun müxtəlif formalarıdır. Anons Jurnallar gələcək sayda gedəcək ən maraqlı xəbərlərin xülasəsinə yer ayıra bilər. Qəzetlər də, heç də onlardan geri qalmır. Bir qayda olaraq anonslar qısa şəkildə verilir: tele-radiolarda anonslar təxminən 30 saniyə çəkir. Qısa bir vaxt ərzində böyük bacarıq və istedad tələb olunur ki, bizləri anonslarda gedən verilişlərə baxmağa inandıra bilsinlər.