Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Antonim
Antonim (yun. αντί όνομα) — leksik mənalarına görə bir-birinin əksi olan sözlərə deyilir. Antonim qarşılıqlar köklərinə görə fərqli olmalıdır. Əsl antonimlik müxtəlif köklü sözlərin əksliyi şəklində tazahür edən leksik antonimlərdir. Məsələn: ağ - qara, dost - düşmən, gülmək – ağlamaq, oturub-durmaq. Ağıllı va ağılsız kimi sözlər bir-birinə əks mənalar versələr də, kökləri eyni olduğundan onları antonim adlandırmaq olmaz. Antonim qarşılıqlar da, sinonimlər kimi, eyni nitq hissəsinə mənsub olur yaxud (hər ikisi isim), gediş-gəliş (isim), acı-şirin (sifət) ağlağan-güləyən (sifət), uzun-qısa (sifət), yuxarı-aşağı(zərf), gecə-gündüz (zərf), oturmaq- durmaq(feil), gülmək - ağlamaq(feil), açmaq-bağlamaq (feil), az-çox (say). Nəzərə almaq lazımdır ki, frazeoloji söz birləşmələrinin antonimi də ancaq özü kimi frazeoloji birləşmə olmalıdır. Məsələn: dilotu yemək - ağza su alıb oturmaq.
Qurgen Antonyan
Qurgen Gerasimoviç Antonyan (erm. Գուրգեն Գերասիմի Անտոնյան; 3 yanvar 1911, Çıraqlı, Cavanşir qəzası – 7 may 1984, Bakı) — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor (1950), Azərbaycan SSR əməkdar elm xadimi (1973), V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun erməni dili və ədəbiyyatı kafedrasının müdiri (1943–1974). Qurgen Gerasimoviç Antonyan 1911-ci il yanvarın 3-də bügünkü Tərtər rayonunun Qasapet kəndində anadan olmuşdur. 1933-cü ildə İrəvan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1934–1937-ci illərdə həmin universitetin aspiranturasında oxumuşdur. Elmi rəhbəri Arsen Terteryan olmuşdur. 1937–1974-cü illərdə Bakıda V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedoqoji Universiteti) çalışmışdır. 1943–1974-cü illərdə həmin institutun erməni dili və ədəbiyyatı kafedrasının müdiri olmuşdur. 1974–1984-cü illərdə Stepanakert Pedaqoji İnstitutunda çalışmışdır. 7 may 1984-cü ildə Bakı şəhərində vəfat etmişdir.
Qurqen Antonyan