Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ampallanq
Ampallanq — kişi genital pirsinq növü. Deşik horizontal olaraq penis başından keçir, bəzən uretraya toxuna bilər. Həmçinin dərin ampallanq növü də mövcuddur, onun əsas fərqi - penisin ortasından keçməsindədir. Ampallanqın analoqu vertikal kəsimli apadraviyadır. Ampallanqla Apadraviyanın birgə simbiozu bəzən möcüzəvi xaç adlanır. Ampallanq olduqca çətin pirsinq növüdür və dəliyin sağalma müddəti olduqca ağrılı keçir. Tam sağalma müddəti 4 aydan 6 aya qədər, bəzən isə bir ildən artıq müddət sürə bilər. Bu cür pirsinq sahibinə olduqca şəhvətli hisslər oyadır, bu penisin daxili toxumalarını stimulyasiya edilmə prosesi zamanı yaranır. Həmçinin seks zamanı penisin stimulyasiyasını gücləndirir.
Apvellinq
Apvellinq (ing. up – yuxarıya + well – qalxma, fışqırma) – okean və dənizlərdə sahilə yaxın suların 100–200 m dərinlikdən səthə şaquli qalxması. Şelf zonasında küləklər və ya cərəyanlar vasitəsilə səth sularının açıq dənizə qovulması Apvellinq yaradır. Daimi Apvellinq zonaları ABŞ-nin q. sahillərində (Kaliforniya və Oreqon Apvelliqi), Peruda (Peru Apvellinqi), Afrikanın şm.-q. və c.-q. sahillərində (Kanar və Bengela Apvellinqi) və Avstraliya sahillərindədir. Yer kürəsində Apvellinq zonası 400000 km2-dir. Kontinentlərin sualtı yamaclarında fosforit çöküntülərinin əmələ gəlməsi Apvellinq hadisəsilə əlaqədardır. Sahilboyu Apvellinq zonasında külli miqdarda biogen elementlərin səthə çıxarılması balıq ovu üçün əlverişli şərait yaradır.