Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aquilinae
Qartallar (lat. Aquilinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Agrilinae
Agrilinae yarımfəsiləsi-(lat. Agrilinae) Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsin Qızılböcəklər fəsiləsinə aid olan yarımfəsilə. == Xarici görünüşü == Agrilinae yarımfəsiləsiləsinə aid qızıl böcəklərini nazikbədən adladırırlar. == Həyat tərzi == Sürfələrin ağac bitkilərinin gövdəsinin daxilində gizli həyat sürməsi onların əsas bioloji xüsusiyyələrindən biridir. Nazikbədən qızıl böcək cinsi (Agrilus) sürfələri ağac və kol bitkilərinin gövdələrinin qabığı altında, o duncağında, ot bitkilərinin gövdə və köklərində inkişaf edirlər. Bir çox növləri ciddi ziyan vurur. Qalxancığın altından çıxmış sürfə tumurcuğun içərisinə girir, yollar açır və özəyə doğru keçir. Yaşıl nazikbədən qızıl böcək bir çox ağac və kolların yarımcinslərində (qarağat, söyüd, qovaq, fısdıq) inkişaf edərək bir neçə qida formalarına malikdirlər. Agrilus Curtis, 1825 qızıl böcəklər fəsiləsinin ən böyük cinsidir, tərkibində 3000-ə qədər növ var. Bu cinsin nümayəndələrini nazikbədən böcəklər adlandırırlar, ən tez-tez rast gəlinən böcəklərdir, onların arasında təhlükəli zərərvericiləri coxdur.