Ana-bala baş-başa verib ağlaşdılar.
Taxt üstündə anabala oturublar yanaşı.
// Heyvanlar haqqında.
Qoyunlar sağılıb qurtardıqdan sonra ağılın ağzını açarkən ana-bala mələşə-mələşə qaçaraq bir-birinə qarışırdı.
◊ Ana-bala eləmək – lazım olmadığı halda eyni şeydən bir neçə dənə almaq.
Ana-bala kimi – çox mehriban, məhəbbətli.
Ana-bala olmaq – ana ilə bala kimi mehriban olmaq, məhəbbətli olmaq.