Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arianlıq
Arianlíq — IV—VI yüzilliklərində yaranan və İsanın təbiətinin Ata tərəfindən yaradılmış olduğunu iddia edən xristian təlimlərdən biri. Təlimin yaradıcısı İskəndəriyyə keşişi Arius (q. yun. Ἄρειος, ö. 336) olmuşdur. Arianlıq öncə Roma imperiyasının Şərq vilayətlərində yayılmışdır. Sonra imperator Konstantindən sonra II Valentin dövrüvə qədər, daha sonra isə Alman kralıqlarında rəsmi dövlət statusunda olmuşdur. Sonda ortodoks kilsələrlə mübarizədə məğlub olmuşdur, tarixdən silinmişdir. == Yaranma öncəki olaylar == IV əsrin əvvəllərində, Roma imperiyasında Xristianlığa, əvvəlcə, başqa dinlərlə bərabər hüquqlar verilmişdi, sonra isə bu din imperiyanın rəsmi dininə çevrilmişdir. Xristianlığın dövlət dini səviyyəsinə qaldırılması imperator Konstantinusun adı ilə bağlıdır.
Aydınlıq (qəzet)
Aydınlıq qəzeti - Respublika “Qayğı” cəmiyyətinin qəzeti == Haqqında == ”Aydınlıq” qəzeti 1990-cı ildə açılan “Aydınlıq” müstəqil mediamızın ilk qaranquşlarındandır. Baş redaktor tanınmış jurnalust Babək Hüseynoğlu idi. İstedadlı qələm sahibləri Məmməd Nazimoğlu, Mahal İsmayıloğlu da “Aydınlıq”ın qurucularından idi. “Aydınlıq” mətbuata yeni forma və məzmun gətirən qəzetlərdən oldu. İlk məhkəməyə verilən müstəqil qəzet də “Aydınlıq” olub.Qəzet 4 avqust 1990-cı ildən çıxır. Təsisçi Respublika “Qayğı” cəmiyyətidir. Baş redaktorun müavini Məmməd Nazimoğlu olmuşdur. == Əlaqə == tel: Ünvan: Bakı, Bülbül küç. 20 == Mənbə == “Aydınlıq” qəzeti, №13(142). 19 mart 1993-cü il.
Aydınlıq (qəzet, Azərbaycan)
Aydınlıq qəzeti - Respublika “Qayğı” cəmiyyətinin qəzeti == Haqqında == ”Aydınlıq” qəzeti 1990-cı ildə açılan “Aydınlıq” müstəqil mediamızın ilk qaranquşlarındandır. Baş redaktor tanınmış jurnalust Babək Hüseynoğlu idi. İstedadlı qələm sahibləri Məmməd Nazimoğlu, Mahal İsmayıloğlu da “Aydınlıq”ın qurucularından idi. “Aydınlıq” mətbuata yeni forma və məzmun gətirən qəzetlərdən oldu. İlk məhkəməyə verilən müstəqil qəzet də “Aydınlıq” olub.Qəzet 4 avqust 1990-cı ildən çıxır. Təsisçi Respublika “Qayğı” cəmiyyətidir. Baş redaktorun müavini Məmməd Nazimoğlu olmuşdur. == Əlaqə == tel: Ünvan: Bakı, Bülbül küç. 20 == Mənbə == “Aydınlıq” qəzeti, №13(142). 19 mart 1993-cü il.
Aydınlıq Türkiyə Partiyası
Aydınlıq Türkiyə Partiyası (türk. Aydınlık Türkiye Partisi), ATP — Türkiyə Respublikasındakı siyasi partiyalardan biridir. Hal-hazırda Oktay Öztürk partiyanın başındadır. Partiya Oktay Öztürk tərəfindən 27 noyabr 1998 tarixində qurulub. Partiyanın ideologiyası milliyyətçilik və idealizmdir.
Qarşılıq-güzəşt budaq cümləsi
Qarşılaşdırma budaq cümləsində baş və budaq cümlənin məzmunu bir- biri ilə qarşılaşdırılır, müqayisə edilir, fərqləndirilir və ya biri digərinə güzəştə gedir. Qarşılaşdırma budaq cümləsi də məzmunla bağlıdır. Budaq cümlənin bu növündə budaq cümlə başcümlədəki hər hansı suala cavab vermir. Budaq cümlənin bu növü baş cümlədən əvvəl gəlir. Budaq cümlə baş cümlə ilə nə qədər? bağlayıcı sözü, -sa, -sə şəkilçisi və da, də, belə ədatları ilə əlaqələnir. Məs.: Müəllim nə qədər danışsa da, yaxşı cavab ala bilmirdi. Nə qədər qoca olsam da, deyərəm min cavana. Hara gedir-getsin, əlimdən qurtara bilməyəcək. Qarşılaşdırma budaq cümləsində bağlayıcı söz işlənməyə də bilər: Məs.: Mehman yorulsa belə, işdən doymurdu.
Daima Aydınlıq Üçün Bir Dəqiqəlik Qaranlıq Hərəkatı
Daima Aydınlıq Üçün Bir Dəqiqəlik Qaranlıq Hərəkatı - 1 Fevral 1997-də Vəkil Ergin Cinmən və Davamlı Aydınlıq Üçün Yurddaş Cəhdi liderliyində başladılan vətəndaş itaətsizlik hərəkatıdır. Susurluq Qəzası ilə birlikdə kimi dövlət təşkilatlarının və qanuni vəzifəli kəslərin qeyri-qanuni qruplarla və axtarışda olan adlarla əməkdaşlıq etdiyinin ortaya çıxması üzərinə Davamlı Aydınlıq Üçün Yurddaş Cəhdi, mafiya ilə əlaqəsi olan millət vəkilləri mühakimə önünə çıxana qədər bütün yurddaşları hər axşam saat 21:00-da evlərindəki işıqları bir dəqiqəliyinə bağlamağa çağırdı. Hərəkət kimi media quruluşlarının da dəstəyiylə zaman zaman özbaşına təşkilatlanan kütlə nümayişlərinə çevrildi. Xüsusilə varoşlarda məşəl yoldaşlığında gedişlər edildi. Ədalət Naziri Şövkət Qazanın hərəkətlə əlaqədar olaraq "şam söndü oynayırlar" şəklindəki şərhi, cəmiyyətin geniş seqmentlərindən və siyasətçilərdən böyük bir reaksiya gördü. 15 Fevral 1997-də hərəkətə Türkiyə daxilində təxminən 30 milyon adam qatıldı. Hərəkati hazırlayan platformanın mətbuat məlumatı belə idi: Biz Türkiyə cümhuriyyəti yurddaşları, illərdir səssiz əksəriyyət, olaraq təyin olunuruq. Kimiləri də, bu səssizliyimizi, olan bitən hər şeyi təsdiqlədiyimiz şəkildə şərh edir. Bir tərəfdə danışmağa dəyər heç bir haqlı sözü olmadığı halda danışanlar, kənar yanda danışacaq çox şeyi olduğu halda susdurulan bir cəmiyyət! Cəmiyyət olaraq, həyatda bizə təqdim edilən səssiz əksəriyyət rolunu bu dəfə rədd edirik...
Morinaga arsenli süd zəhərlənməsi insidenti
Morinaga arsenli süd zəhərlənməsi insidenti (森永ヒ素ミルク中毒事件) – 1955-ci ildə Yaponiyada 130-dan çox körpənin ölümü ilə nəticələnmiş qida zəhərlənməsi insidenti. Hadisəyə səbəb "Morinaga Milk" şirkəti tərəfindən istehsal olunmuş süd tozuna yanlışlıqla əlavə olunan arsen olmuşdur. İnsident 12.000-dən çox körpənin sağlamlığına mənfi təsir göstərmişdir. Hadisənin leqal tarixi 18 il davam etmiş və istehsal menecerenin həbsi ilə nəticələnmişdir. == Zəhərlənmə == 1955-ci ildə iyulunda Yaponiyanın qərbində yeni doğulmuş körpələr arasında qızdırma, iştahsızlıq, səpmə, ishal, qıcolma, dəridə qara nöqtələrin çıxması halları və bu əlamətlərin ölümlə nəticələnməsi müşahidə olunmağa başlamışdır. Avqust ayında Okayama Universiteti Tibb Məktəbinin professoru bu hallara səbəb olan şeyin "Morinaga Milk" şirkəti tərəfindən istehsal olunan süd tozundakı arsen olduğunu müəyyən etmişdir.Arsenin mənbəyi "Morinaga Milk" şirkəti tərəfindən südü daha həll olan hala salmaq üçün stabilləşdirici kimi istifadə olunan natrium dihidrofosfat idi. Şirkət sənayedə istifadə olunmağa uyğun olan, lakin insanların istehlakı üçün uyğun olmayan böyük miqdarda natrium dihidrofosfat almışdır. Natrium dihidrofosfatın tərkibində 0,0021–0,0035 % arsen mövcud idi. Şirkət stabilləşdirici və son məhsul üçün heç bir təhlükəsizlik testi aparmamışdır.1969-cu ildə Osaka Universitetindən Maruyama Hiroşi zəhərlənmənin nəticələri barədə ilk araşdırmanı aparmış və zəhərlənmənin davam edən təsirlərinin olduğunu göstərmişdir. Bu təsirlərə serebral iflic və beyin zədələnməsi də daxil idi.