Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaracallı
Qaracallı (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Qaracallı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qaracallı (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd. == Həmçinin bax == Qaracəlli — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Qaracalı
Qaracalı (Əhər)
Aravalli dağları
Aravalli dağları— Aravalli silsiləsi Şimali Hindistanda Delhidən başlayaraq, şimal-qərb istiqamətə təxminən 692 km uzanır və cənubi Haryanadan, Qərbi Hindistana doğru Racastanı keçərək, Qucaratda qurtarır.
Qaracallı (Cəbrayıl)
Qaracallı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati-ərazi vahidində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 9 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmən işğalından azad edilib. == Tarixi == == Toponimikası == == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == Qaracallı Cəbrayıl rayonunun Balyand inzibati ərazi vahidində, Gəyən çölündə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıqdır.
Qaracallı (Qubadlı)
Qaracallı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Qaracallı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Əsli Qaracalar olmuşdur. Kəndin adı XVIII əsrdə Naxçıvandan Pənahəli xanın Qarabağa köçürdüyü kəngərlilərin qaracallı tayfasının adı ilə bağlıdır. Sonralar Qarabağda yaşamış qaracallılar müxtəlif rayonlara yayılmış və Qaracallı adlı bir neçə yaşayış məntəqəsi bina etmişlər. == Tarixi == 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Qaracallı kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Qaracallı Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 4 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Əhalisi == 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.
Qaracallı (Ucar)
Qaracallı — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ucar rayonunun Qaracallı kəndi XIX əsrin sonlarında yaranmışdır. Bu kəndin əsas sakinləri Cəbrayıl rayonunun Qaracallı kəndindən gələnlər olmuşlar. Belə ki, həmin kənddən gələnlər maldarlıqla məşğul olduqlarından bu yeri əlverişli bir yer seçərək burada məskunlaşmışlar. == Toponimikası == Yaşayış məntəqəsi kəngərlilərin qaracallı tayfasının məskun­laşması nəticəsində yaranmışdır. Xanlar rayonu ərazisində bu nəslin adı ilə bağlı Qaracallı təpəsi (Əli Bayramlı kəndi) və Qaracallı dərəsi (Bolçalı kəndi) adlı iki obyekt qeydə alınmışdır. == Mədəniyyəti == Kənddə bir mədəniyyət evi və kitabxana fəaliyyət göstərir. Bundan əlavə kəndin 2 orta məktəbi vardır. == Coğrafiyası və iqlimi == Kənd Göyçay çayının sahilində, Şirvan düzündə, Bakı-Tbilisi əsas magistral yoluna və dəmir yolu xəttinə yaxın yerdə yerləşir. == Əhalisi == Əhalisi 4500 nəfər.
Qaracalı (Bicar)
Qaracalı (fars. قراجلو‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 141 nəfər yaşayır (35 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Qaracalı (Nazlı)
Qaracalı (fars. قره جلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Nazlı bəxşi ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 108 nəfər yaşayır (29 ailə).
Qaracalı (Poldəşt)
Qaracalı (fars. قره جالو‎) - İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 468 nəfər yaşayır (89 ailə).
Qaracalı (Urmiya)
Qaracalı (fars. قراجلو‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 72 nəfər. yaşayır (17 ailə).
Qaracalı (Xoy)
Qaracalı (fars. قراجلو‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Qaracalı (Əhər)
Qaracalı (fars. قراجه لو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 146 nəfər yaşayır (30 ailə).
Ağacalı xalçası
“Ağaclı” xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid olan Azərbaycan xalça tipidir. Bu xalçalar öz adlarını istehsal olunduqları yerin adına görə deyil, kompozisiyasına görə adlanırlar. İranda bu xalçalar "Dəraxti", Əfqanıstanda "Baqqi", Azərbaycanda isə "ağacalı" kimi məşhurdurlar. "ağacalı" kimi tanınan xalçaların orta sahəsi, əsas etibarilə, bir və ya bir neçə ağac və kollardan ibarətdir, nadir hallarda isə ağac qruplarından ibarət olur. ağacların müxtəlif növləri olur. Qədim dövrlərdə əfsanəvi hadisələr, məhəbbət səhnələri, mifoloji, bəzən isə dini fantastik süjetlər bu kompozisiyaların əsas süjetini təşkil edirdi. Məlumdur ki, Orta Asiyada, Yaxın Şərqdə, həmçinin Azərbaycanda da zeytun, çinar, əncir ağacları, üzüm müqəddəs sayılırdı. Ağlayan söyüd məhəbbətin rəmzi, palıd – Güc və ərlik təcəssümü, nar ağacı isə var-dövlət, uğurun simvolu hesab olunurdu.
Açıq Botal axacağı
Açıq arterial axacaq və ya Açıq Botal axacağı anadangəlmə ürək qüsuru, dölün qan dövranında mühüm əhəmiyyətə malik arterial axacaq – Botal axacağı insan doğulduqdan sonra normada öz funksiyasını itirirdiyi üçün qapanmış olur. Bəzən bu axacaq qapana bilmir və açıq qalaraq eyniadlı ürək qüsurunu meydana çıxartmış olur. Aorta ilə ağciyər arteriyası arasında doğumdan öncəki dövrdə bpyük və kiçik qan dövranını əlaqələndirən damardır . Ağciyərə qan ağciyəri qidalandırmaq üçün gedir , tənəffüsdə iştirak etmir bu dpvrdə. Normada o, insan doğulduqdan sonra ilk həftələr ərzində tutularaq, eyniadlı bağa çevrilmiş olur. == Patofiyiologiyası == Axacağın diametri və uzunluğu hemodinamik pozğunluğun səviyyəsini müəyyən edir. Axacaqdan axın həm sistola həm də diastola zamanı olur. Soldan sağa axın- şunt və ağciyər arteriyasında təzyiqin artması paralel olaraq axacağın diametrinin böyüməsinə gətirib çıxardır. == Klinik əlamətləri == Arterial ya Botal axacağın açıq qalması adətən yarımçıq doğulmuş uşaqlarda, ana bətnində (ananın məxmərək xəstəliyinə qarşı immuniteti olmadıqda) birinci trimestr dövründə məxmərək virusu ilə təmasda olan uşaqlarda tez-tez rast gəlinir. Çox nadir hallarda diaqnoz gecikmiş olaraq qoyulmuş olur.
Sağ limfa axacağı
Sağ limfa axacağı (lat. ductus lymphaticus dexter) qısa eynizamanda böyük diametrli limfa axacağı olub, vidaci kötükdən limfanı daxili vidaci vena daşıyır. == Mənbə == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979 Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy Р. Д. Синельников.
Yuxarı Abacalı (Urmiya)
Yuxarı Abacalı (fars. اباجالوي عليا‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 250 nəfər yaşayır (68 ailə).
Döş qəfəsi limfa axacağı
Döş qəfəsi limfa axacağı və ya torakal kanal (həmçinin sol limfa kanalı, qida kanalı kimi də tanınır) — insan anatomiyasında limfa sisteminin iki limfa kanalından daha böyüyü (digəri sağ limfa kanalıdır). Torakal kanal limfa sistemində əsas rol oynayır. Bədənin limfasının çox hissəsi bu kanal tərəfindən toplanır və sonra daxili boyun və sol körpücükaltı venalar arasında brakiosefalik vena yaxınlığında qana axır. Torakal kanal təmiz limfa deyil, həm limfa, həm də emulsiya edilmiş yağları ehtiva edən bir maye olan hilus daşıyır. O, həmçinin sağ döş qəfəsi, qol, baş və boyundan başqa (sağ limfa kanalı tərəfindən boşaldılan) limfanın çox hissəsini bədəndə toplayır.Kanalın deşilməsi zamanı maye plevra boşluğuna daxil olur. Bu mayeyə şilotoraks deyilir. == Strukturu == Yetkinlərdə döş kanalının uzunluğu adətən 38-45 sm və orta diametri təxminən 5 mm-dir. Damar adətən 12-ci torakal fəqərə (T12) səviyyəsindən başlayır və boyun kökünə qədər uzanır, sonra enir və venoz bucaqla bitir. === Mənşəyi === Torakal kanal T12 fəqərəsi səviyyəsində[3] sisterna şilinin yuxarı kənarından başlayır. === Əlaqələri === Qarın Torakal kanal sistern şili mənşəyindən aorta ilə tək vena arasında yerləşən onurğa sütunundan irəli və sağa doğru yüksəlir.