Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mohamed Bouçane
Mohamed Bouçane (1 yanvar 1978) — Mərakeşli oxatan. Mohamed Bouçane Mərakeşi 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Mohamed Bouçane birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 178-ci yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Mohamed Celloun
Mohamed Celloun (5 aprel 1966) — Mərakeşli oxatan. Mohamed Celloun Mərakeşi 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Mohamed Celloun birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 158-ci yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Mohamed Keyta
Mohamed Keyta — Qvineyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2013-cü ildən)
Mohamed Sami
Mohamed Sami (d. 17 mart 1997) — Misirli üzgüçü. Mohamed Sami Misiri 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Mohamed Sami birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 49.42 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 32-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Ridvan Mohamed
Ahmed Touba
Ahmed Touba (fr. Ahmed Touba; 13 mart 1998, Rube) — Erediviziya təmsilçilərindən olan "Valveyk" klubunda yarımmüdafiənin sol cinahında çıxış edən peşəkar Belçikalı futbolçu. Fransada doğulan futbolçu Belçikada böyümüş və Əlcəzair millisinin heyətində oynayır. == Klub karyerası == === Brügge === Touba Brügge akademiyası vasitəsilə inkişaf etmişdir. Touba öz peşəkar karyerasında debütünü 1 may 2017-ci ildə etmişdir. O, "Zülte Varegem" klubu ilə qarşılaşmada etmişdir. O, 80-ci dəqiqədə Xose İskyerdonu əvəz etmişdir. == Milli komanda == Əlcəzair əsilli futbolçu Fransada doğulub. O, gənc yaşlarında Belçikaya köçmüş və ölkənin gənclərdən ibarət milli komandasında çıxış etməyə başlamışdır. 3 iyun 2021-ci ildə Mavritaniya millisi ilə oyunda Əlcəzair millisinin formasıyla meydana çıxmışdır.
Shahed 171 Simorgh
Shahed 171 Simorgh (Azərbaycan dili: “Simurq quşu” və ya “Zümrüd quşu”; bəzən S-171), Shahed Aviasiya Şirkəti tərəfindən istehsal edilmiş olan, İranın reaktiv təyyarələrə dəstək məqsədilə istifadə etdiyi “uçan qanad” (Flying wing) dizayınına malik olan PUA-sıdır. İran tərəfindən ələ keçirilmiş Lockheed Martin RQ-170 Sentinel Pilotsuz uçuş aparatının tam ölçülü kopyasıdır. Shahed 171 Simorgh Pilotsuz uçuş aparatı RQ-170 aparatına əsaslanan, İranın uçan qanadlı pilotsuz uçuş aparatlarından biri və Saegheh ilə birlikdə, istifadə edilən və eyni zamanda onunla tez-tez qarışıq salınan, Saegheh pilotsuz uçuş aparatının daha kiçik versiyasıdır. İlk uçuşunu 2014-cü ildə həyata keçirmişdir. Hal-hazırda İran Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilir. == Dizayn == Simurq pilotsuz uçuş aparatının, eniş çarxlarına və şinlərə qədər olan hissəsi Lockheed Martin RQ-170 Sentinelin dəqiq bir nüsxəsidir. Əsasən fiberglas (şüşə lif) materialından istifadə edilərək istehsal olunduğu görünür. Bir tədqiqatçı iddia edir ki, çəkisi, mühərriki və dözümlülüyü RQ-170-dən zəifdir.İran aparatın döyüş sursatları ilə silahlandırıla biləcəyini iddia etməsi Qərb analitikləri tərəfindən mübahisələrə səbəb olmuşdur. == Statusu == 2014-cü ildə Simurq “ucuz saxta” adlandırılmış və İranın yaydığı fotolar “xam örnəklər” hesab edilmişdir. Müstəqil analitiklər, məsələn, uçan qanad dizaynı üçün uçuşa nəzarət sisteminin çox tələbkar olduğuna işarə edərək Saegheh-ə ciddi şübhə etdiklərini ifadə etmişdirlər.2014-cü ildəki məlumata görə ikisi istehsal mərhələsində idi.
HESA Shahed 136
HESA Şahid-136 (Farsca: شاهد ۱۳۶; “şahid”) HESA tərəfindən yaradılmış İran istehsalı olan dron hücumları üçün nəzərdə tutulmuş pilotsuz hava döyüş texnikası və mobil sursatdır. Nisbətən ucuz texnika olub, buraxılış qurğularından təbəqələr formasında buraxılır və yer hədəflərinə uzaqdan hücum etmək və hücum zamanı hava hücumundan müdafiə resurslarını tükəndirməklə hava hücumundan müdafiə sistemlərindən yayınmaq və yer hədəflərini darmadağın etmək üçün nəzərdə tutulmuşdur. İlk dəfə 2021-ci ilin dekabrında yayımlanan şəkillərlə ortaya çıxmışdır. == Əməliyyat tarixi == Şahid-136 ilk dəfə husilər tərəfindən 2020-ci ildə Yəmən vətəndaş müharibəsi zamanı Abkaik-Hüreys hücumunda istifadə edilmişdir. 2022-ci ildəki Rusiyanın Ukraynaya hücumu zamanı o, Rusiya Hərbi Hava Qüvvələri tərəfindən Geran-2 (Герань-2) adı ilə Ukraynaya qarşı istifadə olunur.
Abu Hamed Türka
Əbu Hamid Sədrəddin Məhəmməd Türka- 13-cün əsrin sonlarında və 14-cü əsrin əvvəllərində yaşayan və Türka İsfahani ailəsinin və soyunun ilkinci görkəmli şəxsi olan türk alim və müəllif.Soyun adı Əbu Hamedin babasına aiddir ki Xucənddən İsfahana köçmüş türk idi.
Axaməd
Axaməd (əvvəlki adı: Ağəhməd) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kənd inzibati ərazi dairəsi tərkibindəki Ağəhməd kəndi Axaməd kəndi adlandırılmışdır.
Abış Ahməd
Abış Əhməd (fars. آبش احمد‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanında yerləşən şəhər. Təbrizdən 273 kilometr şimal-şərqdə yerləşir və Hurand şəhərilə 54 kilometr məsafəsi var. Şəhərin qədim adı Əhmədli / Əhmədlu olmuşdur. Kənd qalası və Şahzadə Qasım imamzadəsi şəhərin tarixi abidələrindəndir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2329 nəfər yaşayır (526 ailə).
Abş Ahməd
Abış Əhməd (fars. آبش احمد‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanında yerləşən şəhər. Təbrizdən 273 kilometr şimal-şərqdə yerləşir və Hurand şəhərilə 54 kilometr məsafəsi var. Şəhərin qədim adı Əhmədli / Əhmədlu olmuşdur. Kənd qalası və Şahzadə Qasım imamzadəsi şəhərin tarixi abidələrindəndir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2329 nəfər yaşayır (526 ailə).
Əs-Saməd
Əs-Saməd (ər. الصمد) — Allahın adlarından biri.
Əshamə ibn Əbcər
Əshamə ibn Əbcər (ərəb. أصحمة بن أبجر‎) – Məhəmməd peyğəmbərin dövründə yaşamış Aksum şahı (nəcaşi). == İslamda yeri == Nəcaşi xristian idi, lakin sonra İslamı qəbul etmişdir. Məkkəli müsəlmanlar müşriklər tərəfindən zülmə məruz qaldıqdan sonra Peyğəmbər onları Efiopiyaya göndərir və Nəcaşi müsəlman qaçqınları qəbul edərək öz mülklərində yerləşdirir. O, yanına gələn müsəlmanlara Məhəmmədin peyğəmbərliyi və dinlərinin əsasları haqqında suallar verir. Onların cavablarından sonra İslamın qəbulu ilə bağlı şəhadət verir. Bunun xəbəri Məkkə müsəlmanlarına da gəlib çatanda onlar sevinir. Məhəmməd peyğəmbər onun vəfatından xəbər tutanda Mədinədə olarkən onun üçün cənazə namazı qılır.
Haməd bin Abdullah bin Səud bin Xudeyr
Haməd bin Abdullah bin Səud bin Xudeyr (4 noyabr 1966, Ər-Riyad) — Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2018–2023) == İstinadlar == == Xarici keçidlər == H. E. Dr.