Saməddin Əsədov
Saməddin Fəxrəddin oğlu Əsədov (5 iyun 1985, Bakı) — 2021-ci ildən etibarən Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosda İdarə Heyətinin sədridir.
== Karyera ==
2007-2011-ci illərdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə, uçot və iqtisadi təhlil şöbəsində çalışmışdır.
2011-2014-cü illərdə "Azərkosmos"da müxtəlif vəzifələrdə çalışmışdır.
2014-2021-ci illərdə "Azərkosmos"da Maliyyə departamentinin direktoru kimi fəaliyyət göstərmiş.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2021-ci ildə Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosun İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdur.
== Təhsil ==
2002-2006-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit ixtisası üzrə bakalavr dərəcəsi alıb.
2008-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit ixtisası üzrə magistr dərəcəsini bitirib.
2013-cü ildə ADA universitetinin "Executive Education" və "Maastricht School of Management" Strateji İdarəetmə üzrə ixtisasartırma proqramının məzunu olub.
2020-ci ildən təhsilini ADA universitetində "Executive Education" və "Duke University’s Fuqua School of Business-in Adaptive Strategic Execution Program" üzrə təhsilini davam etdirir.