Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Absurd
Absurd — gündəlik həyatda vərdiş edilən və düzgün təfəkkür tərzinin əsasını təşkil edən məntiqin qaydalarının əksinə çıxan, onlara əhəmiyyət verməyən məfhum. Absurd və absurdluq təfəkkürdə və reallıqda mövcuddur. İnsan bəzən real həyatda müşahidə etdiyi hər hansı bir hadisəni, yaxud bir şeyi məntiqi cəhətdən izah etməkdə çətinlik çəkir və bu ona absurd – qeyri məntiqi kimi görünür.
Assur
Qədim Aşşur (akkadca: Aššur; ərəbcə: أشور Aššûr; yəhudicə: אַשּׁוּר Aššûr) — Aşşur şəhəri ətrafında yaranmış qədim dövlət. Daha sonralar, Aşşur imperiyası Yaxın Şərqdə, Misirdə və Anadoluda böyük əraziləri tərkibinə daxil edən qüdrətli bir dövlətə çevrilmişdir. Aşşur (Assuriya) dövləti – Babildən şimalda yaranmışdır. Bu dövlət b.e.ə. VIII–VII əsrlərdə güclü dövlət olmuşdur. Babil, Suriya, Fələstin əraziləri Aşşur tərəfindən işğal olunmuşdur. E.ə. 605-ci ildə Aşşur dövləti Babil və Midiya tərəfindən süquta yetirildi və torpaqları iki dövlət tərəfindən bölündü. == Xronologiya == E.Ə. 10.-9. əsrlər Aşşur Ön Asiyanın ən qüdrətli dövləti oldu.
Absurd teatrı
Absurd teatrı – XX əsr 50–60-cı illərinin avanqard dramaturgiyası və teatrına xas keyfiyyətlərin məcmusu. "Absurdizmin" daha dolğun prinsipləri rumın-fransız dramaturqu Ejen İoneskonun "Daz müğənni qadın" (La cantatrice chauve, 1950) və irland yazıçısı Semyuel Bekketin "Qodonun İntizarında" (Waiting for Godot, 1952) dramlarında öz əksini tapmışdır. == Tarixi == Termini ilk dəfə 1962-ci ildə ingilis tənqidçisi M. Esslin işlətmişdir. Absurd teatrının fəlsəfi-estetik əsasını Qərbi Avropa fəsəsfi fikrinin irrasionalist cərəyanları – J.P. Sartr və A. Kamyunun ekzistensializmi, Z. Freydin psixoanalizi, həmçinin A. Jarri, A. Arto və başqaalrının dramaturgiyası və nəzəri işləri təşkil edirdi (S. Bekket, E. İonesko, F. Arrabal, J. Votye, J. Jene, J. Şeade, R. de Obaldia, J. Tardye və b.-nın pyesləri, habelə onların tamaşaları). Əsər (eləcə də tamaşa) müəlliflərinin fikrincə, real həyatda subyekt və obyekt bir-birilə əks mövqedə dayanır. Tarixdə baş verən hər şey üçün insan məsuliyyət daşıyır. İnsan yalnız "sərhəd situasiyasında", yəni ölüm qarşısında dayandıqda özünü ekzistesiya kimi dərk edir. Odur ki, Absurd teatrının qəhrəmanları ölüm, iztirab, qorxu, günah, mübarizə zəminində təsvir olunur. Nəticədə şəxsiyyət (bədii obraz) transsendensiya ilə yarışa girmək imkanı əldə edir. əsl həqiqət bu zaman dərk olunur.
Assur dili
Asoru dili və ya Yeni Asoru Arami dili Sami dil ailəsinə mənsubdur. Təxminən 220 min insan tərəfindən danışılmaqdadır və Asoru xalqının İranın Qərbi Azərbaycan ostanında, Türkiyənin Hakkari əyalətində, İraqda, Suriyada ,Ermənistanda və Gürcüstanda danışdığı dildir.
Aşsüzən
Aşsüzən — kiçik deşikləri olan qazana bənzər, mətbəx avadanlığı. Bərk cismlərlə mayeni bir-birindən ayırmaq üçün istifadə edilir.
Aşşur (tanrı)
Aşşur- (akkad. ) assuriya, şumer-akkad mifologiyalarında müharibə, dava tanrısı.