ABSURD

\[alm. = ing. Absurd; fr. Absurde; osm. tr. abes; ər. عجظ \] – avropa mənşəli bu kəlmə dilimzə bizim gündəlik həyatımızda vərdiş etdiyimiz və düzgün təfəkkür tərzinin əsasını təşkil edən məntiqin qaydalarının əksinə çıxan, onlara əhəmiyyət verməyən, aralarında məntiqi əlaqənin pozulması kimi tərcümə edilir. Absurd və absurdluq təfəkkürdə və reallıqda mövcuddur. İnsan bəzən real həyatda müşahidə etdiyi hər hansı bir hadisəni, yaxud şeyi məntiqi cəhətdən izah etməkdə çətinlik çəkir və bu ona absurd – qeyri məntiqi kimi görünür. Lakin insana bəzən absurd təzhürü bağışlayan, onun məntiqi analizindən kənarda qalan şey, hal və ya hadisələrə qeyri – həqiqi anlamı yükləmək olmaz. Kəlmə dilimizdə özünün orijinal orfoepik formasını qorumuşdur.
ABSTRAKT
ACİVİKA

Digər lüğətlərdə