Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
ANN
Anime News Network (azərb. Anime xəbər şəbəkəsi‎) və ya ANN — Şimali Amerika, Avstraliya, Cənub-Şərqi Asiya və Yaponiyada anime, manqa, video oyunları, Yapon populyar musiqisi və digər əlaqəli mədəniyyətlərin statusu haqqında məlumat verən xəbər saytı. Vebsaytda icmallar və digər redaksiya məzmunu, oxucuların cari problemləri və hadisələri müzakirə edə biləcəyi forumlar, yapon və ingilis dillərində heyət haqqında məlumat, tematik musiqi, hadisələrin xülasəsi və istifadəçi reytinqləri ilə anime və manqa ensiklopediyası var.
AZN
Azərbaycan manatı (işarəsi: ₼) — Azərbaycan Respublikasının pul vahidi. == Tarixi == === İlk buraxılış === Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli "Azərbaycan Respublikası Milli Bankın yaradılması haqqında" Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" fərmanı, həmçinin 1992-ci ilin avqustundan milli valyutanın dövriyyəyə buraxılması ilə müstəqil Azərbaycan dövlətinin pul tədavülünün təşkil edilməsinin əsası qoyuldu. Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun vaxtında başlanılmış, Əbülfəz Elçibəyin vaxtında isə bu reallaşmışdır. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir. 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq, noyabrında 5, 10, 20 və 50 qəpiklik, dekabrda 5 manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq pul vahidləri dövriyyəyə buraxıldı. Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1993-cü il tarixli "Azərbaycan Respublikası milli valyutasının Respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında" 58 saylı Fərmanı ilə manatın dövriyyədə yeqanə ödəniş vasitəsi olması tətbiq olundu. === Yeni nəsil pul nişanları === Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılmışdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi yasaqdır. Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka məxsusdur.Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdur.
Arn.
Corc Arnott Arnott, və ya Uoker Arnott (ing. George Arnott Walker-Arnott, 1799—1868) — Şotlandiya botaniki. Vilyam Hukerlə birlikdə Şimali Amerika botanikasını, Vayt Robertlə birlikdə isə Hindistan florasını öyrənmişdir. Çoxlu bitkiləri təsnif etmişdir (International Plant Names Index). == Elmi fəaliyyəti == Corc Arnott Arnott toxumlu bitkilər, qıjıkimilər, mikologiya və yosunlar üzrə ixtisaslaşmışdır. == Xarici keçidlər == Hooker, Sir William Jackson. The Botany of Captain Beechey's voyage. Henry George Bohn. 1841.
WAN
Genişmiqyaslı şəbəkə və ya qısaca WAN (ing. Wide area network) — böyük coğrafi əraziyə yayılan telekommunikasiya şəbəkəsi. Bu şəbəkə tez-tez icarəyə götürülmüş telekommunikasiya sxemləri ilə qurulur.Bizneslər, eləcə də məktəblər və dövlət qurumları məlumatları dünyanın müxtəlif yerlərindən olan işçilərə, tələbələrə, müştərilərə, alıcılara və təchizatçılara ötürmək üçün genişmiqyaslı şəbəkələrdən istifadə edirlər. Əslində bu telekommunikasiya rejimi biznesə yerindən asılı olmayaraq gündəlik funksiyasını səmərəli şəkildə yerinə yetirməyə imkan verir. İnternet genişmiyqaslı şəbəkə hesab edilə bilər. Ancaq WAN adətən müəyyən bir təşkilat üçün qurulur və özəldir. WAN-lar lokal şəbəkələrdən (LAN) ayrıla bilər, çünki LAN fiziki cəhətdən proksimal şəbəkələrə aiddir. == Strukturu == WAN-ın dərslik tərifi coğrafi bölgələri əhatə edən kompüter şəbəkəsidir. Rabitə protokollarının və konsepsiyalarının tətbiqi baxımından WAN-lara məlumatların uzun məsafələrə və müxtəlif şəbəkələr arasında ötürülməsi üçün istifadə olunan kompüter şəbəkəsi texnologiyaları kimi baxmaq daha yaxşı olar. Bu fərq ondan irəli gəlir ki, OSI modelinin aşağı təbəqələrində işləyən ümumi lokal şəbəkə (LAN) texnologiyaları (məsələn, Ethernet və ya Wi-Fi) çox vaxt fiziki proksimal şəbəkələr üçün nəzərdə tutulub.
AVN Awards
AVN Awards – ABŞ-nin "AVN" (Adult Video News) jurnalı tərəfindən pornofilmlərdə qazanılmış naaliyyətlərə görə verilən mükafatdır. İlk dəfə 1984-cü ildə ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində təltif edilməyə başlanmışdır. Pornoqrafik filmlər üçün bu mükafat Oskar mükafatına bənzəyir.
AWS (qrup)
AWS — 2006-cı ildə Macarıstanda Bens Braker, Daniel Kökenyes, Örs Siklosi və Aron Veress tərəfindən yaradılmış metal və post-hardkor qrupu. Onlar əsasən metal, post-hardkor, psixodelik rok və alternativ rok janrlarında ifa etdikləri musiqilərə və güclü performans qabiliyyətlərinə görə tanınırlar. İndiyədək qrupun üç sinqlı, üç albomu və yeddi videoklipi təqdim olunmuşdur. Onların şiddət və zorakılığın əks etdirildiyi musiqi videolarında dünyanın üzləşdiyi problemlərə toxunulur. Qrup Macarıstanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. == Musiqi karyerası == Qrupun yaranması ilə AWS bir çox festivallarda çıxış etmişdir. Onlar Macarıstan ilə yanaşı eyni zamanda Avstriya, İngiltərə, Rumıniya və Sloveniyada da konsert proqramları ilə çıxış etmişdirlər. 2015-ci ildə qrup MTV mükafatına layiq görülmüşdür. Daha sonra onlar Blind Myself qrupu ilə birlikdə turlarda iştirak etmişdirlər. 2017-ci ilin dekabr ayında AWS qrupunun "Viszlát nyár" mahnısı ilə Macarıstanın MTVA telekanalının 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak edəcəyi təsdiqlənmişdir.
Ann-Arbor
Ann - Arbor, Enn - Arbor – ABŞ-nin şimalında, Miçiqan ştatında şəhər. Əhalisi 114 min (2000). Dəmir yolu stansiyası. Nəqliyyat qovşağı. EHM-lər istehsal olunur. Avtomobil, radio elektrotexnika, cihazqayırma, kimya-əczaçılıq, poliqrafiya sənayesi müəssisələri var. Miçiqan universiteti buradadır. 1824-cü ildə salınmışdır.
Ann - Arbor
Ann - Arbor, Enn - Arbor – ABŞ-nin şimalında, Miçiqan ştatında şəhər. Əhalisi 114 min (2000). Dəmir yolu stansiyası. Nəqliyyat qovşağı. EHM-lər istehsal olunur. Avtomobil, radio elektrotexnika, cihazqayırma, kimya-əczaçılıq, poliqrafiya sənayesi müəssisələri var. Miçiqan universiteti buradadır. 1824-cü ildə salınmışdır.
Ann Filip
Ann Filip(fr. Anne Philipe, 1917—1990) — fransız yazıçısı. == Həyatı == Əslində Ann Filipdə yazıçı deməkdən söz ustası demək daha uyğundur. Çünki o yazıçı deyil, sadəcə olaraq məşhur fransız aktyoru Jerar Filipin zövcəsi idi. Çox sevimli ərinin ağır xəstəliyi və ölümü Ann Filipə güclü bir təsir bağışlamışdı. O ürəyində bişmiş kədəri ustalıqla vərəqlərə köçürdü (1963) və bu hissin təbiiliyi, səmimiliyi də tez nəzərə çarpdı. Peşəkar yazıçıların illərlə gözlədiyi şöhrəti Ann Filip bir anda qazandı. İnsan ömrünü bircə an adlandıran qadının kitabı az müddətdə bir çox dillərə tərcümə olundu və nəhayət 1971-ci ildə “Bir göz qırpımı” adı ilə azərbaycancaya çevrildi. “Bir göz qırpımı” əsərini yazmazdan əvvəl Ann Filip jurnalistika ilə məşğul olmuş, müxtəlif mövzulu məqalələrlə yanaşı “Asiya karvanları” adlı xatirələr kitabını da nəşr etdirmişdir (1955). Lakin nə Çinə həsr olunmuş bu kitab, nə məqalələr, nə də etnoqrafiya mövzulu filmlərin çəkilişində iştirakı Ann Filipə “Bir göz qırpımı” kitabının səmimiyyətindən gələn rəğbəti qazandıra bilməmişdi.
Ann Hidalqo
Ann Hidalqo (fr. Anne Hidalgo; 19 iyun 1959[…], San-Fernando[d], Əndəlüs) — Fransa siyasətçisi, Paris meri (2014-cü ildən). Paris şəhəri tarixində ilk qadın mer.
Ayn-İsa
Əyn-İsa (bəzi mənbələrdə Eyn-İsa, Ayn-İsa Ayn İssa; ərəb. عين عيسى‎‎, kürd. Bozanê‎, türk. Ayn İsa) — Suriyanın Raqqa mühafəzəsinin Təll-Abyad rayonunda qəsəbə. Qəsəbə Təll-Abyad ilə Raqqa şəhərləri arasında yerləşir. == Tarix == Eyn-İsa 2015-ci ilin iyun ayında Xalq Qoruma Dəstələri (YPG), Qadın Qoruma Dəstələri (YPJ) və Raqqa İnqilabçılar Briqadası tərəfindən ələ keçirilmişdir. Baxmayaraq ki, çox keçməmiş İraq Şam İslam Dövləti döyüşçüləri tərəfindən yenidən zəbt edilmişdir, YPG qəsəbənin iyul ayının əvvəllərində yenidən ələ keçirmişdir. Suriya Ərəb Respublikasına tabe qoşunlar Əsəd rejiminin Suriya Demokratik Qüvvələri ilə apardığı danışıqlardan sonra 14 oktyabr 2019-cu ildə Eyn-İsanın nəzarətini ələ keçirmişdir ki, qəsəbənin Sülh Bulağı əməliyyatı çərçivəsində Türkiyə nəzarətinə düşməsinin qarşısını alsın. === Eyn-İsa qaçqın düşərgəsi === 2016-cı ilin aprel ayından bəri qəsəbənin yaxınlıqlarında Eyn-İsa qaçqın düşərgəsi fəaliyyət göstərir, hansı ki, 2018-ci ilin iyul ayında 9.000 məcburi köçkünə ev sahibliyi edirdi. Bu məcburi köçkünlərin əksəriyyəti Deyr əz-Zövr və Rəqqə mühafəzələridən gəlirdi.
Ayn Rand
Ayn Rand (ilk adı: Alisa Zinovyevna Rosenbaum; 2 fevral 1905[…], Sankt-Peterburq – 6 mart 1982[…], Manhetten, Nyu-York ştatı və ya Nyu-York, Nyu-York ştatı) — qurduğu obyektivizm fəlsəfəsi və yazdığı "Yaşamaq istəyirəm" (We the Living), "Mən" (Anthem), "Həyatın Qaynağı" (The Fountainhead) və "Atlas silkələndi" (Atlas Shrugged) kitabları və obyektizm fəlsəfəsiylə tanınan yazar. Fəlsəfəsi və kitabları öz fərdiyyətçilik, şüurlu eqoizm və kapitalizm məfhumlarını vurğulayır. Dövlətin azad bir cəmiyyətdə qanuni, amma minimal bir rola sahib olduğuna inanan Rand qatı bir minarxistdir. Liberteryenler və Amerikalı mühafizəkarlar arasında əhəmiyyətli bir təsiri olmuşdur. Romanları özünə xas meydana gətirdiyi bir qəhrəmanın təqdimatını mərkəz alır, Qəhrəman öz qabiliyyəti xüsusiliyi və müstəqilliyi üzündən cəmiyyətlə zidd düşür, amma bu qarşıdurmalar onun səhvləri üzündən deyil, şüurlu davrandığı və ürəkdən gələn bir şəkildə öz mənfəətinə görə çalışdığı üçün olur. Rand'a görə rasional düşünən ağıllar üçün qarşıdurma söz mövzusu deyil. Qəhrəman yenə də idealları istiqamətində davam edir. Rand bu qəhrəmanı ideal insan olaraq görür və ədəbiyyatının bu tip insanlar üçün bir təqdimat yeri olmasını məqsəd hesab edir. Ona görə, İnsan yerlərini və hərəkətlərini məntiqdən istifadə edərək seçməlidir, Fərdlərin özlərini başqaları üçün fəda etmədən və eynisini başqalarından gözləmədən öz məqsədləri üçün yaşamağa haqları var, Kimsənin bir başqasının hüquqlarına güc istifadə edərək təcavüz etməyə ya da güc istifadə edərək ona öz fikirlərini təlqin etməyə haqqı yoxdur. == Bioqrafiyası == === Gənclik illəri === Ayn Rand Rusiyada Sankt-Peterburqda anadan olmuşdur.
Ayn İssa
Əyn-İsa (bəzi mənbələrdə Eyn-İsa, Ayn-İsa Ayn İssa; ərəb. عين عيسى‎‎, kürd. Bozanê‎, türk. Ayn İsa) — Suriyanın Raqqa mühafəzəsinin Təll-Abyad rayonunda qəsəbə. Qəsəbə Təll-Abyad ilə Raqqa şəhərləri arasında yerləşir. == Tarix == Eyn-İsa 2015-ci ilin iyun ayında Xalq Qoruma Dəstələri (YPG), Qadın Qoruma Dəstələri (YPJ) və Raqqa İnqilabçılar Briqadası tərəfindən ələ keçirilmişdir. Baxmayaraq ki, çox keçməmiş İraq Şam İslam Dövləti döyüşçüləri tərəfindən yenidən zəbt edilmişdir, YPG qəsəbənin iyul ayının əvvəllərində yenidən ələ keçirmişdir. Suriya Ərəb Respublikasına tabe qoşunlar Əsəd rejiminin Suriya Demokratik Qüvvələri ilə apardığı danışıqlardan sonra 14 oktyabr 2019-cu ildə Eyn-İsanın nəzarətini ələ keçirmişdir ki, qəsəbənin Sülh Bulağı əməliyyatı çərçivəsində Türkiyə nəzarətinə düşməsinin qarşısını alsın. === Eyn-İsa qaçqın düşərgəsi === 2016-cı ilin aprel ayından bəri qəsəbənin yaxınlıqlarında Eyn-İsa qaçqın düşərgəsi fəaliyyət göstərir, hansı ki, 2018-ci ilin iyul ayında 9.000 məcburi köçkünə ev sahibliyi edirdi. Bu məcburi köçkünlərin əksəriyyəti Deyr əz-Zövr və Rəqqə mühafəzələridən gəlirdi.
Mişel Aun
Mişel Nəim Övn (ərəb. ميشال نعيم عون‎; d. 18 fevral 1935) — Livan hərbi və dövlət xadimi, general, Livanın 1988-1990-cı illərdə baş naziri, 31 oktyabr 2016-cı ildən prezidenti. == Həyat və fəaliyyəti == Mişel Övn 1935-cı ildə varlı olmayan, lakin dərin dini görüşlərə malik olan, maruni dini əqidəli ailədə anadan olmuşdur. O, katolik məktəblərindən birində orta təhsil almışdı, eyni zamanda bir çox müsəlman uşaqlarla dostluq etmişdi: "Biz Əli ilə Pyer arasında, Həsən və Mişel arasında heç bir fərq etmədik. Bir yerdə yeyib içdik". 1958-ci ildə hərbi məktəbini, 1959-cu ildə Fransanın Şalon-sür-Marn şəhərində hərbi məktəbi bitirmişdir. Daha sonra ABŞ-nin Oklahoma ştatındakı Fort Fors artilleriya məktəbində (1966) və Fransa Ali Hərbi Məktəbində (1978-1980) təhsil almışdır. Ərəb dilindən əlavə, ingilis, fransız, ispan və italyan dillərini də öyrənmişdir. Livan ordusunda artilleriya zabiti rütbəsini yerinə yetirdi.
.an
.an - Niderland Atil adalarının internet kodu.
.aw
.aw — Arubanın internet kodu.
ABN-Bərdə FK
ABN-Bərdə FK — Azərbaycan futbol klubu. Azərbaycan Birinci Liqasında çıxış edirdi. Klub 1992-ci ildə təsis edilmişdir. Çempionatda Azərbaycanın mərkəzi bölgəsi Bərdə şəhərini təmsil edirdi. == Tarixi == Klub 1992-ci ildə "Pambıqçı" adı ilə yaradılmışdır. Elə həmin il müstəqil Azərbaycanın ilk çempionatında çıxış etməyə başladı. 1998-ci ilə qədər Premyer Liqada yarışırdı. 1997-ci ildə klubun adı "Qarabağ Bərdə" olaraq dəyişdirildi. 1998 mövsümündə maddi çətinliklər üzündən komanda dağıldı və Premyer Liqanı tərk etdi. 2005-ci ildə yeni sponsor əldə edərək klub yenidən fəaliyyətə qayıtdı, lakin artıq "ABN" adı ilə çıxış etməyə başladı.
Ahn Seul-Ki
Ahn Seul-Ki (29 may 1992) — Cənubi Koreyalı marafonçu. Ahn Seul-Ki Cənubi Koreyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ahn Seul-Ki birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 36 dəqiqə 50 saniyəyə qət edərək 157 marafonçu sırasında 42-ci yeri tutdu.
Ann Fienup-Riordan
Ann Fienup-Riordan (13 oktyabr 1948, Denver) — ABŞ arxeoloqu. Ən çox Alyaskada yaşan Yupik xalqları ilə maraqlanmışdır. Onun bu xalq haqqında çoxlu işləri vardır. == Mükafatları == 1991–2001: İlin tarixi (Alyaska Assosiasiyası tərəfindən) 2001: Hörmətli humanitar müəllim (Alyaska Assosiasiyası tərəfindən) 2001: Denali mükafatı (Alyaska Assosiasiyası tərəfindən) == İşləri == 1983 : The Nelson Island Eskimo: Social Structure and Ritual Distribution. Anchorage, AK: Alaska Pacific University Press. 1986 : "When Our Bad Season Comes: A Cultural Account of Subsistence Harvesting & Harvest Disruption on the Yukon Delta". Alaska Anthropological Assn. 1990 : Eskimo Essays: Yup'ik Lives and How We See Them. New Brunswick, NJ: Rutgers University Press. 1991 : The Real People and the Children of Thunder: The Yup'Ik Eskimo Encounter With Moravian Missionaries John and Edith Kilbuck.
Ayn-Defla vilayəti
Ayn-Defla vilayəti — == Ərazisi == Ayn-Defla vilayətinin ərazisi 4 892 Km2-dır. Ayn-Defla vilayətinə 14 rayon daxilidir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Ayn-Defla vilayətinin əhalisi 766 014 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Ayn-Temuşent vilayəti
Ayn-Temuşent vilayəti — == Ərazisi == Ayn-Temuşent vilayətinin ərazisi 2 379 Km2-dır. Ayn-Temuşent vilayətinə 8 rayon daxilidir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Ayn-Temuşent vilayətinin əhalisi 372 239 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Ayn Şəms Universiteti
Ayn Şəms Universiteti— Ayn Şəms Universiteti Misirin üçüncü ən qədim universitetidir. 1950-ci ilin iyulunda İbrahim Paşa adı altında əsası qoyulmuşdur. Misir universitetlərinin missiyasını həyata keçirmək və ali təhsilə artan tələbi ehtiva etmək üçün Qahirə (əvvəllər Birinci Faud) və İskəndəriyyə (əvvəllər Birinci Faruk) Universitetləri ilə əməkdaşlıq etmişdir. Ayn Şəms universiteti ən nüfuzlu Ərəb universitetlərindən biri hesab edilir. == Tarixi == 23 iyul 1952-ci il inqlabından sonra Misir universitetlərinin adlarının ölkə tarixi və əlamətdar günləri ilə əlaqədar olması təkilifi irəli sürüldü. 21 fevral 1954-cü ildə universitetin adı dəyişdirilərək, Heliopolis Universiteti adlandırıldı. Elə həmin il, universitetin adı indiki, yəni Ayn Şəms adı ilə əvəz edildi. Ayn Şəms “Heliopolis” və yaxud tarixin ən qədim universiteti olan “On” kəliməsinin Ərəb dilinə tərcüməsidir. “On” Universitetinin əsası təxminən 5000 il bundan öncə qoyulmuşdur. Çox məşhur universitet idi, xüsusilə, astronomiya, həndəsə və tibb elmlərində bilik və elm qalası hesab olunurdu.
Ayn Əl Türk
Ayn Əl Türk (ərəbcə:عين الترك) — Əlcəzairin şimalında Oran vilayətində, Aralıq dənizi sahilində yerləşən şəhər. Doqquz bələdiyyəsi var, eyni adı daşıyan çimərliyi var. Əlcəzairin önəmli turizm mərkəzlərindən biridir.
Ayn əl-Ərəb
Kobani (kürd. Kobanî/Kobanê, ərəb. كوباني‎‎, klass. süry. ܟܘܒܐܢܝ‎), rəsmi olaraq Eyn ül-Ərəb (ərəb. عين العرب‎) — Suriyanın Hələb mühafəzəsində şəhər, Eyn ül-Ərəb rayonunun inzibati mərkəzi. Şəhər Suriyanın Türkiyə ilə olan sərhədi üzərində yerləşir. Suriyada vətəndaş müharibəsinin bir nəticəsi olaraq, şəhər 2012-ci ildən bəri Xalq Qoruma Dəstələrinin (YPG) nəzarəti altına düşmüşdür. Şəhər 2014-cü ilin sentyabr ayından 2015-ci ilin yanvar ayında qədər İraq Şam İslam Dövlətinin blokadası altında idi. Şəhərin əksər hissəsi məhv edilmiş, şəhər əhalisinin əksəriyyəti Türkiyəyə qaçmışdır.
Before The Dawn
Before The Dawn — Finlandiya metal qrupu, 1999-cu ildə Tuomas Saukkonen tərəfindən yaradılmışdır. İki il sonra, 2001-ci ildə, Before the Dawn birinci minialbom EP "Gehenna" adlı albomu buraxdı, və bu albomda "Not Divine As Them" mahnısı albomdan ilk və tək sinql oldu. Bu albomdan sonra qrupun üzvlər qrupu tərk edir. Yarım il sonra Tuomas komandasını yenidən qurur. Qrupa vokalist Pan Vilman Mike Ojala, və Kimmo Nurmi gəlir. Tuomas-ın yeni komandasıyla birlikdə iki rəsmi "My Darkness" və "4.17 am." adlı albomları çıxarıldı. Qrup həmçinin 2003-cü ildə Skandinaviya və Avropa ölkələrin də Katatonia qrupu ilə birgə konsertlər də çıxış etdi. Bu albomlardan sonra üzvləri qrupu tərk edərək digər üzvlər: köməkçi vokal & bas, GLORIA MORTI, gitaraçı Juho Räihä, klaviş Joel Mäkinen və barabançı Aatu Mukka qrupa qatıldı. Üçüncü dəfə üzvlərin dəyişilməsindən sonra, qrup 3 albom çıxartdı: 2005, 2007 və 2008-ci ildə "The Ghost", "Deadlight" və "Soundscape of Silence" adlı müvafiq albomlar. Ardından qrup "Deadsong" və "Faithless" adlı sinqllar buraxaraq 2009-cu ilə qədər Avropa ölkələrin də konsertlər də çıxış etdi.