AYN

ə. bax eyn2.

AYİNƏSAZ
AZAD
OBASTAN VİKİ
Ayn-İsa
Əyn-İsa (bəzi mənbələrdə Eyn-İsa, Ayn-İsa Ayn İssa; ərəb. عين عيسى‎‎, kürd. Bozanê‎, türk. Ayn İsa) — Suriyanın Raqqa mühafəzəsinin Təll-Abyad rayonunda qəsəbə. Qəsəbə Təll-Abyad ilə Raqqa şəhərləri arasında yerləşir. == Tarix == Eyn-İsa 2015-ci ilin iyun ayında Xalq Qoruma Dəstələri (YPG), Qadın Qoruma Dəstələri (YPJ) və Raqqa İnqilabçılar Briqadası tərəfindən ələ keçirilmişdir. Baxmayaraq ki, çox keçməmiş İraq Şam İslam Dövləti döyüşçüləri tərəfindən yenidən zəbt edilmişdir, YPG qəsəbənin iyul ayının əvvəllərində yenidən ələ keçirmişdir. Suriya Ərəb Respublikasına tabe qoşunlar Əsəd rejiminin Suriya Demokratik Qüvvələri ilə apardığı danışıqlardan sonra 14 oktyabr 2019-cu ildə Eyn-İsanın nəzarətini ələ keçirmişdir ki, qəsəbənin Sülh Bulağı əməliyyatı çərçivəsində Türkiyə nəzarətinə düşməsinin qarşısını alsın. === Eyn-İsa qaçqın düşərgəsi === 2016-cı ilin aprel ayından bəri qəsəbənin yaxınlıqlarında Eyn-İsa qaçqın düşərgəsi fəaliyyət göstərir, hansı ki, 2018-ci ilin iyul ayında 9.000 məcburi köçkünə ev sahibliyi edirdi. Bu məcburi köçkünlərin əksəriyyəti Deyr əz-Zövr və Rəqqə mühafəzələridən gəlirdi.
Ayn Rand
Ayn Rand (ilk adı: Alisa Zinovyevna Rosenbaum; 2 fevral 1905[…], Sankt-Peterburq, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası – 6 mart 1982[…], Manhetten, Nyu-York ştatı) — qurduğu obyektivizm fəlsəfəsi və yazdığı "Yaşamaq istəyirəm" (We the Living), "Mən" (Anthem), "Həyatın Qaynağı" (The Fountainhead) və "Atlas silkələndi" (Atlas Shrugged) kitabları və obyektizm fəlsəfəsiylə tanınan yazar. Fəlsəfəsi və kitabları öz fərdiyyətçilik, şüurlu eqoizm və kapitalizm məfhumlarını vurğulayır. Dövlətin azad bir cəmiyyətdə qanuni, amma minimal bir rola sahib olduğuna inanan Rand qatı bir minarxistdir. Liberteryenler və Amerikalı mühafizəkarlar arasında əhəmiyyətli bir təsiri olmuşdur. Romanları özünə xas meydana gətirdiyi bir qəhrəmanın təqdimatını mərkəz alır, Qəhrəman öz qabiliyyəti xüsusiliyi və müstəqilliyi üzündən cəmiyyətlə zidd düşür, amma bu qarşıdurmalar onun səhvləri üzündən deyil, şüurlu davrandığı və ürəkdən gələn bir şəkildə öz mənfəətinə görə çalışdığı üçün olur. Rand'a görə rasional düşünən ağıllar üçün qarşıdurma söz mövzusu deyil. Qəhrəman yenə də idealları istiqamətində davam edir. Rand bu qəhrəmanı ideal insan olaraq görür və ədəbiyyatının bu tip insanlar üçün bir təqdimat yeri olmasını məqsəd hesab edir. Ona görə, İnsan yerlərini və hərəkətlərini məntiqdən istifadə edərək seçməlidir, Fərdlərin özlərini başqaları üçün fəda etmədən və eynisini başqalarından gözləmədən öz məqsədləri üçün yaşamağa haqları var, Kimsənin bir başqasının hüquqlarına güc istifadə edərək təcavüz etməyə ya da güc istifadə edərək ona öz fikirlərini təlqin etməyə haqqı yoxdur. == Bioqrafiyası == === Gənclik illəri === Ayn Rand Rusiyada Sankt-Peterburqda anadan olmuşdur.
Ayn İssa
Əyn-İsa (bəzi mənbələrdə Eyn-İsa, Ayn-İsa Ayn İssa; ərəb. عين عيسى‎‎, kürd. Bozanê‎, türk. Ayn İsa) — Suriyanın Raqqa mühafəzəsinin Təll-Abyad rayonunda qəsəbə. Qəsəbə Təll-Abyad ilə Raqqa şəhərləri arasında yerləşir. == Tarix == Eyn-İsa 2015-ci ilin iyun ayında Xalq Qoruma Dəstələri (YPG), Qadın Qoruma Dəstələri (YPJ) və Raqqa İnqilabçılar Briqadası tərəfindən ələ keçirilmişdir. Baxmayaraq ki, çox keçməmiş İraq Şam İslam Dövləti döyüşçüləri tərəfindən yenidən zəbt edilmişdir, YPG qəsəbənin iyul ayının əvvəllərində yenidən ələ keçirmişdir. Suriya Ərəb Respublikasına tabe qoşunlar Əsəd rejiminin Suriya Demokratik Qüvvələri ilə apardığı danışıqlardan sonra 14 oktyabr 2019-cu ildə Eyn-İsanın nəzarətini ələ keçirmişdir ki, qəsəbənin Sülh Bulağı əməliyyatı çərçivəsində Türkiyə nəzarətinə düşməsinin qarşısını alsın. === Eyn-İsa qaçqın düşərgəsi === 2016-cı ilin aprel ayından bəri qəsəbənin yaxınlıqlarında Eyn-İsa qaçqın düşərgəsi fəaliyyət göstərir, hansı ki, 2018-ci ilin iyul ayında 9.000 məcburi köçkünə ev sahibliyi edirdi. Bu məcburi köçkünlərin əksəriyyəti Deyr əz-Zövr və Rəqqə mühafəzələridən gəlirdi.
Ayn-Defla vilayəti
Ayn-Defla vilayəti — == Ərazisi == Ayn-Defla vilayətinin ərazisi 4 892 Km2-dır. Ayn-Defla vilayətinə 14 rayon daxilidir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Ayn-Defla vilayətinin əhalisi 766 014 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Ayn-Temuşent vilayəti
Ayn-Temuşent vilayəti — == Ərazisi == Ayn-Temuşent vilayətinin ərazisi 2 379 Km2-dır. Ayn-Temuşent vilayətinə 8 rayon daxilidir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Ayn-Temuşent vilayətinin əhalisi 372 239 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Ayn Şəms Universiteti
Ayn Şəms Universiteti— Ayn Şəms Universiteti Misirin üçüncü ən qədim universitetidir. 1950-ci ilin iyulunda İbrahim Paşa adı altında əsası qoyulmuşdur. Misir universitetlərinin missiyasını həyata keçirmək və ali təhsilə artan tələbi ehtiva etmək üçün Qahirə (əvvəllər Birinci Faud) və İskəndəriyyə (əvvəllər Birinci Faruk) Universitetləri ilə əməkdaşlıq etmişdir. Ayn Şəms universiteti ən nüfuzlu Ərəb universitetlərindən biri hesab edilir. == Tarixi == 23 iyul 1952-ci il inqlabından sonra Misir universitetlərinin adlarının ölkə tarixi və əlamətdar günləri ilə əlaqədar olması təkilifi irəli sürüldü. 21 fevral 1954-cü ildə universitetin adı dəyişdirilərək, Heliopolis Universiteti adlandırıldı. Elə həmin il, universitetin adı indiki, yəni Ayn Şəms adı ilə əvəz edildi. Ayn Şəms "Heliopolis" və yaxud tarixin ən qədim universiteti olan "On" kəliməsinin Ərəb dilinə tərcüməsidir. "On" Universitetinin əsası təxminən 5000 il bundan öncə qoyulmuşdur. Çox məşhur universitet idi, xüsusilə, astronomiya, həndəsə və tibb elmlərində bilik və elm qalası hesab olunurdu.
Ayn Əl Türk
Ayn Əl Türk (ərəbcə:عين الترك) — Əlcəzairin şimalında Oran vilayətində, Aralıq dənizi sahilində yerləşən şəhər. Doqquz bələdiyyəsi var, eyni adı daşıyan çimərliyi var. Əlcəzairin önəmli turizm mərkəzlərindən biridir.
Ayn əl-Ərəb
Kobani (kürd. Kobanî/Kobanê, ərəb. كوباني‎, klass. süry. ܟܘܒܐܢܝ), rəsmi olaraq Eyn ül-Ərəb (ərəb. عين العرب‎) — Suriyanın Hələb mühafəzəsində şəhər, Eyn ül-Ərəb rayonunun inzibati mərkəzi. Şəhər Suriyanın Türkiyə ilə olan sərhədi üzərində yerləşir. Suriyada vətəndaş müharibəsinin bir nəticəsi olaraq, şəhər 2012-ci ildən bəri Xalq Qoruma Dəstələrinin (YPG) nəzarəti altına düşmüşdür. Şəhər 2014-cü ilin sentyabr ayından 2015-ci ilin yanvar ayında qədər İraq Şam İslam Dövlətinin blokadası altında idi. Şəhərin əksər hissəsi məhv edilmiş, şəhər əhalisinin əksəriyyəti Türkiyəyə qaçmışdır.
Obyektizm (Ayn Rand)
Obyektivizm — 1940-cı illərdən etibarən ABŞ səhiyyə çevrələrində inkişafa başlamış bir yol. İlk olaraq psixiatr Alan Blumenthal tərəfindən, romançı Ayn Randın kitablarından alınan ilhamla alınıb. Bu yol təməldən, adamın özündən üstün bacarıqlar və zəka qazanmasına və beləliklə mövcud əskikliklərindən doğan olumsuzluqların ortaya qoyduğu ruhi gərginlikdən xilas olmasına dayanır. Kişi bu üsul istiqamətində, həyatındakı mənfilikləri, davamlı fərdi təlqinlərlə başqa insanların zəka və qabiliyyət qüsurlarına yüklər və bu yolla özünə inamını davamlı olaraq təzə tutar. Bu yol indiki vaxtda əvvəlki qədər rəğbət görməsə də işlədilməyə davam edir. Obyektivlik — qərəzsizlik, bir şeyin qiymətləndirilməsində elmi dəqiqlik və vicdanlılıq. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Ras-əl-Ayn
Rəsulayn (bəzi mənbələrdə Rəsuleyn və ya Ras-əl-Ayn; ərəb. راس العين‎‎, klass. süry. ܪܝܫ ܥܝܢܐ) və ya Səre Kaniye (kürd. Serê Kaniyê‎) — Suriyanın Əl-Həsəkə mühafəzəsində şəhər, eyniadlı rayonun inzibati mərkəzi. Cəzirədə yerləşən ən qədim şəhərlərdən biri olan Rəsulaynda ən azı neolit dövründən (təqribən e.ə. VIII minillikdən) bəri məskən salınmışdır. Sonrakı dövrlərdə qədim aramilərin Sikkan, romalıların Resayna və Bizansın Feodosiopolis şəhəri olaraq tanınan Rəsulayn bir neçə dəfə məhv edilmiş və yenidən tikilmişdir. Şəhər orta əsrlərdə müxtəlif müsəlman sülalələr arasındakı qızğın döyüşlərin məkanına çevrilmişdir. 1921-ci ildə imzalanmış Ankara müqaviləsinin şərtlərinə görə, Rəsulayn Suriya (Fransa) ilə Türkiyə arasında bölünmüş, şəhərin Türkiyəyə verilən şimal hissəsi Ceyranpınar adlandırılmışdır.
Ayn-i Şah Sultan
Aynişah Sultan (1463, Amasya ili – 1514, Konstantinopol) — 8. Osmanlı sultanı II Bəyazidin qızı. == Həyatı == Aynişah Sultan 1475-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Şirin Xatundur. Uşaqlıq illəri Amasyada keçən Aynişah Sultan və anası 1480-ci ildə Trabzon sancaqbəyi təyin edilən qardaşı Şahzadə Abdullahla birlikdə Trabzona, ertəsi il isə Konyaya yollandı. Qardaşının ölümünədək burada qalan Aynişah Sultan və anası daha sonra Bursaya getdi. 1489-cu ildə Aynişah Sultan atasının istəyilə, Ağqoyunlu sultanı Uzun Həsən Osmanlılara sığınan oğlu Uğurlu Məhəmmədlə bibisi Gövhər Sultanın oğlu Gödək Əhməd bəylə nigahlandı. Bir neçə il sonra Şərqi Anadoluda başlayan taxt mübarizəsinə qatılan Gödək Əhməd qısa müddət hakimiyyətdə qaldıqdan sonra 1497-ci ildə qətlə yetirildi. Bu müddət ərzində İstanbulda qalan Aynişah Sultan müxtəlif xeyriyyə işləriylə məşğul oldu. 1506-cı ildə Fatehdə sübyan məktəbi inşa etdirdi və vəfatından sonra vəsiyyətinə əsasən, bu məktəbin həyətinə dəfn edildi.
Ayna
Ayna (qəzet) — həftəlik ictimai-siyasi Azərbaycan qəzeti. Ayna TV — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli internet televiziya kanalı. Filmlər Ayna (film, 2000) — qısametrajlı bədii televiziya filmi. Ayna (film, 2006) — qısametrajlı cizgi filmi.
Ayna.az
Ayna və ya ayna.az- 1990–2014-cü illərdə həftəlik ictimai-siyasi Azərbaycan qəzeti, 27 iyun 2015-dən Azərbaycan informasiya saytı. == Tarixi == 1990-cı ildə yaradılıb. Təsisçi və baş redaktor: Elçin Şıxlı. İnternet ünvanı: www.ayna.az "Ayna" qəzeti 1990-cı ilin avqustunda yaradılıb. Azərbaycan dilində çıxan "Ayna" həftəlik çap olunurdu. 2014-cü ilin may ayının əvvəlində ayda bir dəfə işıq üzü görməsi qərara alınmışdı. Ancaq nəşri bu yolla da saxlamaq mümkün olmamış, 2014-cü il iyunun 1-dən qəzetin nəşri dayanmışdır. 2014-cü il avqustun 27-də "Ayna" və "Zerkalo" qəzetlərinin kollektivlərinin ümumi toplantısı keçirilib. Toplantıda baş redaktor Elçin Şıxlı "Ayna" və "Zerkalo" qəzetlərinin fəaliyyətinin birdəfəlik dayandırıldığını elan edib.
Ayna (film, 2000)
Ayna qısametrajlı bədii televiziya filmi rejissor Azər Zamanlı tərəfindən 2000-ci ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film sadə həyat yaşayan fotoqrafın bir günü haqqındadır. Əsas rolu Arif Qasımov ifa edir. == Məzmun == Film sadə həyat yaşayan fotoqrafın (Arif Qasımov) bir günü haqqındadır. Filmin sonuna qədər adama elə gəlir ki, bu adam bədbəxtdir. Amma filmin sonunda belə bir kəlam xatırlanır. İnsan sənətini sevirsə o onun xoşbəxtliyidir.
Gölgede Aynı (albom)
Gölgede Aynı – Mustafa Sandal-ın 1996-cı ildə çıxardığı 2-ci albomudur. == Mahnı haqqında == "Gölgede Aynı" albomu Mustafa Sandalın ikinci albomudur. İlk klip "Araba" musiqiyə çəkilmişdir. Bu klip hit-paradlarda uzun müddət uğur əldə etmişdir. Mahnının sözləri və musiqisi Mustafa Sandala məxsusdur. Ardınca "Jest Oldu" mahnısına klip çəkilir. Bu mahnı da böyük uğur qazanır. 1997-ci ildə "Bir Anda" musiqisinin remiksinə klip çəkilir.
Minako Ayno
Seylor Venera (セーラーヴィーナス, Sērā Vīnasu) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Minako Ayno (愛野 美奈子, Aino Minako) olan Seylor Venera Günəş sistemini qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Minako Aynonun kandzi tərcüməsi "sevgi" (愛, ai), "vətəndaş" (野, no), "gözəlik" (美, mi), "necə" (奈, na) və "uşaq" (子, ko) şəklindədir. Minako Ayno Usaqi tərəfindən tapılmış 4-cü və sonuncu Seylor döyüşçüsü olsa da, güclərini əldə edən ilk Seylor döyüşçüsüdür. Gücləri məhəbbət və gözəllik əsasında qurulmuşdur. Manqalarda və animelərdə ən böyük arzusu məşhur kumir olmaqdır. Minako əvvəlcə Naoko Takeuçinin 1991-ci ildə yaratdığı "Codename: Sailor V" manqasında peyda olmuş və manqanın baş qəhrəmanı olmuşdur. Daha sonra "Gözəl Qoruyucu Seylor Mun" a keçmişdir. Bu manqada və "Seylor Mun" un əvvəllərində Minako Seylor Venera deyil, "Venera" sözünün qısaltması ilə əmələ gəlmiş Seylor V (セーラーV, Sērā V) təxəllüsündən istifadə etmişdir. Seylor Venera həm də Seylor Mars ilə birlikdə "Rey və Minakonun qız məktəbi döyüşü" manqasında yer almışdır.
Ola Ayna
Temitayo Olufisayo Olaoluva "Ola" Ayna (8.10.1996) — Premyer liqa təmsilçilərindən olan Çelsi klubunda və İngiltərə U-20 millisində müdafiənin sağ cinahında çıxış edən peşəkar Nigeriya əsilli İngiltərə futbolçusudur.
Sədrəddin Ayni
Sədrəddin Ayni (tac. Садриддин Айнӣ; əsl adı Sədrəddin Səid-Murodzoda; 1878—1954) — tacik sovet yazıçısı, ictimai xadimi və alimi. İkinci dərəcəli Stalin mükafatı laureatı (1950). Sədrəddin Səid-Murodzoda (Sədrəddin Ayni) 1878-ci il aprel ayının 15-də (bəzi mənbələrdə 27-də) Özbəkistanın Buxara vilayətinin Soktare kəndində anadan olmuşdur. İlk təhsilini Buxara mədrəsələrində almışdır. Tacik sovet ədəbiyyatının banisi və tacik ədəbiyyatının yaradıcılarından biridir. İlk əsəri “Qardaşımın ölümünə” elegiyası əmir hakimiyyətinin devrilməsinə çağırış kimi səslənmişdir. Böyük Oktyabr Sosialist İnqilabını sevinclə qarşılayan Ayni cədidizmdən uzaqlaşaraq, 1920-ci il Buxara xalq inqilabında iştirak etmişdir. 1920-ci ildə yazdığı “Buxara cəlladları” ilk nəsr əsəri, “Odina” povesti, “Doxunda” və “Qullar” romanlarından ibarət trilogiyası tacik xalqının inqilabdan əvvəlki ağır həyatının və sovet hakimiyyəti uğrunda mübarizəsinin epik salnaməsidir. Böyük Vətən müharibəsi illərində faşizm əleyhinə kəskin publisist məqalələr və tarixi-bədii oçerklər yazmışdır.
Sədrəddin Ayni adına Tacikistan Dövlət Pedaqoji Universiteti
Sədrəddin Ayni adına Tacikistan Dövlət Pedaqoji Universiteti (tac. Донишгоҳи давлатии омӯзгории Тоҷикистон ба номи С. Айнӣ) — Tacikistan Respublikasının ali təhsil müəssisəsi. Düşənbədə yerləşir. Tacikistan Respublikasının dövlət ali təhsil peşə qurumu statusuna malikdir. Sədrəddin Ayni adına Tacikistan Respublikası Təhsil Nazirliyinin səlahiyyətindədir. Universitet Tacikistan Respublikasının, əsasən təhsil sistemi üçün müəllim və tərbiyəçilər hazırlayan aparıcı universitetlərdən biridir. Universitetdə tələbələrin təhsili 34 ixtisas üzrə aparılır. 2012-ci ildə TDPU-da 8000-dən çox tələbə təhsil almışdır və 585 müəllim çalışmışdır. 1931-ci ildə qurulmuşdur. Universitetin keçmiş adları — Stalinabad Pedaqoji İnstitutu, T.Q.Şevçenko adına Düşənbə Pedaqoji İnstitutudur.
Aynur Səfiyeva
Aynur Səfiyeva (31 mart 1974) — Azərbaycanlı alim, ümumi cərrah, tibb elmləri doktoru, kolorektal cərrahiyyə üzrə ilk qadın elmlər doktoru. 2016-cı ildən 2021-ci ilə kimi Avropa Koloproktologiya Cəmiyyətinin Azərbaycan üzrə ilk milli təmsilçisi və 2021-ci ildən Avropa Koloproktologiya Cəmiyyətinin Şərqi Avropa üzrə Regional Təmsilçisi, AMEA-nın Əlaqələndirmə Şurasının Tibb üzrə elmi katibi və Azərbaycan Kolon Rektum Cərrahi Dərnəyinin elmi katibidir. == Həyatı == Aynur Səfiyeva 1974-cü ilin 31 martında anadan olmuşdur. 1991-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1997-ci ildə fərqlənmə ilə bitirmişdir. 1997–1998-ci illərdə Məlikov adına 6 saylı Bakı Xəstəxanasında internatura keçmişdir. 1999-cu ildə Gürcüstanda Tbilisi Mərkəzi Xəstəxanasında diplomdan sonrakı təhsil təcrübəsi əldə etmişdir. 2004–2007-ci illərdə Səudiyyə Ərəbistanın Cizan şəhərində ümumi cərrahiyyə ixtisası üzrə təhsil almışdır. 2007-ci ildə Səudiyyə Ərəbistanın Əbu Ariş Mərkəzi Xəstəxanasında ultrasəs müayinəsin üzrə təlim keçmişdir. 2009-cu ildə Türkiyənin Ankara Universitetində kolorektal cərrahiyyə ixtisası üzrə, 2010-cu ildə isə həmin universitetdə GIS endoskopiyası üzrə ixtisaslaşma keçmişdir. 2012-ci ildə İtaliyanın Modena şəhərində Yeni Müqəddəs Avqustin Xəstəxanasında kolorektal cərrahiyyə üzrə ixtisas təhsili almışdır.
Aynur İmran
Aynur İmran (tam adı: Aynurə İmran qızı İmranova; 11 noyabr 1976, Zərdab rayonu) — Azərbaycan jurnalist və siyasətçisi. == Həyatı və təhsili == Aynur İmran 11 noyabr 1976-cı ildə Azərbaycan Respublikasının Zərdab rayonunda ziyalı ailəsində anadan olub. 1982-1993 cü illərdə Zərdab rayon Həsən bəy Zərdabi adına 1 nömrəli məktəbini bitirən Aynur İmran 1993-1997-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr, 2010-2012-ci illərdə isə magitsr dərəcəsinə yiyələnmişdir. 2012-2013 illərində Avropa Şurasının mərkəzi Fransanın Strasburq şəhərində yerləşən Siyasi biliklər Məktəbindən də məzun olub. 2021-ci ildə QS Runkihg siyahısında Rusyanın ilk 300-ə daxil olan yeganə universiteti Rusiya Xalqlar Dostluğu Universitetinin beynəlxalq münasibətlər üzrə doktorantura təhsilinə haqq qazanıb. Hal-hazırda təhsilini davam etdirir. == Jurnalistika fəaliyyəti == Fəaliyyətə 1994-cü ildə "Müxalifət" qəzetinin jurnalisti kimi başlayıb. "Cümhuriyyət" qəzetində, ANS ÇM radiosunda, "Yeni Müsavat", "Azadlıq" qəzetlərində , Azad Azərbaycan Televiziyasında jurnalist və redaktor fəaliyyətində olub. 2010–2013-cü illərdə inetrnet televiziyası olan Kanal 13-də siyasi debatlardan ibarət olan "Aktual" proqramını aparmağa başlayıb. == İctimai-siyasi fəaliyyəti == 1993-cü ildən 2003-cü ilə qədər Müsavat Partiyasının sıralarında fəaliyyət göstərib.
Aynalıkavak Köşkü
Aynalıkavak Köşkü — İstanbulun Beyoğlu sahilində Hasköydə yerləşən pavilyon. İstanbul fəth ediləndə Ox meydanı yamaclarında böyük bir meşəlik idi. Bu bağ sahilə doğru enirdi. == Tarixi == I Səlimin dövründə Hasköy və Beyoğlu sahilləri tərsanələrin inşası ilə əhəmiyyət qazanmış və bu böyük bağ bağları ilə birlikdə “Gəmiqayırma bağı” kimi tanınmağa başlamışdır. I Əhməd Ədirnədə olarkən Kayseri admiralı Xəlil Paşa Gəmiqayırma Bağında matəm Əli qəsrinin tikilməsini əmr etdi və sarayın ilk binaları 1613-cü ildə tamamlandı. IV. Murat və Sultan İbrahim Tərsanə Sarayına maraq göstərərək sarayı əlavə binalarla genişləndirdilər. Saray, IV. Mehmet zamanında baş vermiş yanğın nəticəsində tamamilə dağılmış və yenidən tikilmişdir. Beyoğlunun Hasköyündən baxanda sarayın bütün mənzilləri görünürdü. İkimərtəbəli Hərəm İdarəsinin alt mərtəbəsi tamamilə şüşə pəncərə ilə örtülmüşdür. Həmçinin Hərəm və Mabeyn şöbələrinin ətrafında müxtəlif binalar var idi.
Aynur İmanova
Aynur İmanova (7 dekabr 1988, Bakı) — Azərbaycan Superliqası Azərreyl QVK -nın kapitanı, azərbaycanlı qadın voleybolçudur. == Həyatı == Aynur İmanova 2006-cı ildən Azərbaycanın qadınlardan ibarət voleybol milli komandasında oynayıb, 2006 və 2018 "FIVB Dünya Çempionatlarında", həmçinin 6 Avropa Çempionatında ( 2007, 2009, 2011, 2015, 2017) iştirak edib.
Ayneyn təpəsi
Ayneyn (Cebelu'r Rumat) Təpəsi (ərəb : جبل الرماة); Uhud dağının cənub tərəfində yerləşən kiçik bir təpədir. Tarixi qaynaqlara görə, Uhud döyüşündə Məhəmməd düşmən ordusunun arxadan hücuma keçərək Mədinəyə daxil olmasının qarşısını almaq məqsədilə bu təpəyə Abdullah ibni Cübeyrin başçılığı altında bir oxatan dəstəsi yerləşdirmişdi. "Cebelu'r Rumat" (oxçular təpəsi) kimi də tanınan Ayneyn təpəsi Uhud dağının cənubunda yerləşən kiçik bir təpədir. Təpənin uzunluğu təqribən 150 metr, eni isə 40 metrdir.
Aynur Kərimova (voleybolçu)
Aynur İmanova — hazırda Azərbaycan Superliqasında "Azərreyl Bakı" klubunda çıxış edən və kapitanı olan Azərbaycan qadın voleybolçusu. İmanova 2006-cı ildən Azərbaycan voleybol üzrə qadınlardan ibarət milli komandada oynayıb və 2006,2018 FIVB Dünya Çempionatlarında, həmçinin 6 Avropa Çempionatında (2007, 2009, 2011, 2013, 2015, 2017-ci illərdə) iştirak edib.