Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Laxtalanma
Qanın laxtalanması və ya koaqulyasiya — qan plazmasında həll olmuş fibrinogen zülalının həll olmayan fibrin zülalına çevrilməsi. Qanın laxtalanması qan damarlarının zədələnməsi hallarında qanaxmanın qarşısını almaq üçün orqanizmin qoruyucu reaksiyasıdır. Qanın laxtalanmasında qan plazması və qan lövhəciklərinin müxtəlif komponentləri (tromboplastin, protrombin, kalsium ionu, K vitamini və s.) iştirak edir. Qanın sürətlə laxtalanması üçün plazmada AC-qlobulin də olmalıdır. Qanda heparinin artması laxtalanmanın qarşısını alır. Bəzi xəstəliklərdə, məs. hemorragik diatezlərdə, hemofiliyada qanın laxtalanması azalır, bəzilərində isə (məsələn, sətəlcəm, tromboflebit) artır.
Axtalama
Axtalama (xədim etmə)- bioloji erkəyin cinsiyyət orqanını itirdiyi cərrahi, kimyəvi və ya başqa bir yolla edilən prosesdir. Bu sterilizasiyaya səbəb olur və testosteron kimi müəyyən hormonların istehsalının azalmasına səbəb olur. Axtalanmış şəxs və ya heyvan nəsilartırma qabiliyyətini itirir. Əsasən cəza, yaxud heyvan populyasiyanın tənzimlənməsində istifadə olunur. == Tarixi == Axtalamanın ilk dəfə harada və nə zaman tətbiq olunduğu məlum deyil. Ancaq tarix boyu qaliblərin məğlubları diri, yaxud ölü halda axtaladıqları məlumdur. Cinsiyyət vəziləri (xaya) ilə bərabər cinsiyyət orqanının da çıxarılması ölüm riskini artırdığı üçün irəli tarixi dönəmlərdə ancaq cinsiyyət vəziləri çıxarılırdı. Ancaq axtalamadan həmişə cəzalandırmaq üçün istifadə olunmamışdır. Bir çox mədəniyətlərdə axtalanmış oğlan uşaqlarından xüsusi tərbiyə olunaraq saraylarda, əksər hallarda isə hərəmlərdə istifadə olunmuşdur. Tarixdə axtalanmış şəxslərin bəzən yüksək rütbə tuta bildiyi hallar da olmuşdur.
Aktivləşdirilmiş laxtalanma müddəti
Aktivləşdirilmiş laxtalanma müddəti (ing. activated coagulation time - ACT) - laxtalanmanı daha doğrusu onun müddətini ölçmək üçün tətbiq olunan müayinə metodudur. Bu zaman koalin əlavə edilmiş qanın laxtalanmağa başladığı an qeydiyyata alınır. Bu müayinə üsulu xüsusən, qanın tam heparinləşdirilməsi şəraitində aparılan tibbi müayinə, müalicə və cərrahi əməliyyatlarda qanın laxtalanma müddətini təyin etmək üçün tətbiq edilir. Normada bu göstərici 80-100 saniyədir. Bu o deməkdir ki qan 80-100 saniyə ərzində laxtalanmağa başlayır. Süni qan dövranı aparatı ilə icra olunan ürək əməliyyatları zamanı bu müddətin tam heparinləşdirmə nəticəsində 400-600 saniyə olması labüddür.
Axtaxana
Axtaxana (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Axtaxana (Qafan) — Qafan rayonunda kənd. Axtaxana (Salmas) — Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd.
Atalanta FK
"Atalanta FK" (it. Atalanta Bergamasca Calcio) — İtaliyanın, Berqamo şəhərini təmsil edən peşəkar futbol klubu. 1907-ci ildə yaradılmışdır. Ev matçlarını 1928-ci ildə inşa edilmiş və 24.726 tamaşaçı tutumuna malik "Atleti Azzurri d'Italia" stadionunda keçirir. "Atalanta"nın tarixdə ən böyuk uğuru 1963-cü ildə İtaliya kubokunu qazanmasıdır. Klub iki dəfə A Seriyasının bürünc mükafatçısı olub (2018/19 və 2019/20 mövsümlərinin nəticələrinə əsasən). Klubun hazırkı baş məşqçisi Can Pyero Qasperinidir. == Tarix == Berqamo şəhərindəki ilk futbol klubu 1903-cü ildə İsveçrə mühacirləri tərəfindən qurulan və İtaliya çempionatının Lombardiya zonasında oynayan "FC Bergamo" idi. 17 oktyabr 1907-ci ildə Eugenio Urio, Giulio və Ferruccio Amati, Alessandro Forlini və Giovanni Robertinin daxil olduğu bir qrup insan, qədim yunan mifologiya qəhrəmanının adını daşıyan Atalanta idman cəmiyyətini qurdular. 1913-cü ildə cəmiyyətdə futbol bölməsi qurulur və 1914-cü ildə Atalanta İtaliya Futbol Federasiyası tərəfindən tanınır.
Axtaxana (Cəlilabad)
Axtaxana — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd XVI əsrdə Azərbaycanın şimalında yaşamış türkdilli «padar» tayfasının bir qolu olan «axtaçı» tayfa adındandır. Kəndin ilk adı Axtacıxana olmuşdur. Sonradan «çı» şəkilçisi düşmüşdür. «Xana» isə ev məkan bildirir. == Toponimikası == Cəlilabad r-nunun Ağdaş inzibati ərazi vahidində kənd. Göytəpə çayının sahilində, Burovar silsiləsinin ətəyindədir. Oykonim axta və xana sözlərindən düzəlib, "heyvanların axtalandığı yer; at saxlanan yer" deməkdir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsi vaxtilə Göytəpə çayı boyunca keçən köç yolunda yerləşən axtaxanada salındığı üçün belə adlandırılmışdır. Ermənistan və Özbəkistan toponimiyasında da Axtaxana oykonimləri qeydə alınmışdır.
Axtaxana (Qafan)
Axtaxana və ya Corastan (erm. Ձորաստան) - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Toponim atçılıqla məşğul olan axta etnonimindən və fars dilində «yaşayış məntəqəsi, ev, kənd» mənasında işlənən xana sözündən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı 1918-ci ildə dəyişdirilib Xlataq, sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin l.VI.1940-cı ilə fərmanı ilə adı yenidən dəyişdirilib Zorastan qoyulmuşdur.
Axtaxana (Salmas)
Axtaxana (fars. اخته خانه‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 587 nəfər yaşayır (129 ailə).Əhalisi yerli azərbaycan türklərindən ibarətdir. == Coğrafi yerləşməsi == Salmas şəhristanının mərkəzi bölgəsinin Ləkistan kəndistanında, Salmas şəhərindən 8 km cənub-şərqdə, Salmas-Urmiya avtomobil yolunun üstündədir.
Atalanta (Santa-Katarina)
Atalanta (Santa-Katarina) (port. Atalanta) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 3227 nəfərdir. Ərazisi 94,527 кm²-dir. Əhalinin sıxlığı 34,1 nəfər/кm²-dir. Bələdiyyə 27 dekabr 1964-cü ildə yaradılmışdır.