AXTALAMAQ

f.
1. Axta eləmək; heyvanın, ya insanın erkəklik vəzilərini çıxartmaq; burmaq. Dananı axtalamaq. Qoçu axtalamaq. – [Müfid:] Həkimlər və cərrahlar çağırdı, onların hamısı dedilər ki, bu iş ancaq körpəlik zamanında mümkündür.
Hazırda bunları axtalamaq yazıqları məhv etmək deməkdir. M.S.Ordubadi.

2. Meyvənin tumunu (çəyirdəyini) çıxartmaq. Zoğal axtalamaq.
– Birbəbir yadına sal cümlə unutduqlarını; Qış üçün axtalayıb yayda qurutduqlarını. M.Ə.Sabir.

3. məh. Yəhərin qaltaq taxtasının üstünə gön çəkib tikmək. Qaltaq axtalamaq.
AXTALAMA
AXTALANMA

Digər lüğətlərdə