Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağüzlü (Xudabəndə)
Ağüzlü (fars. اغوزلو‎‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 627 nəfər yaşayır (139 ailə). == Coğrafi yerləşməsi == Xudabəndə şəhristanının Vəzinərud kəndistanında, Qiydar qəsəbəsindən 29 km cənubdadır.
Aygünlü
Aygünlü — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Aygünlu Şabran rayonunun Gəndob inzibati ərazi vahidində kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Etnotoponimdir. XIX əsrdə Aygunlu Kəngərli adı ilə qeydə alınmışdır. Həmin əsrin ortalarında Aygunlu, Burbur (Borbor), Kəngərli, Molla Kamallı, Obey Məhəmməd Hacıbəbir və Ağamirzə obası adlı kicik məntəqələr birləşərək Aygunlu Kəngərli, Burbur Molla Kamallı və Burbur adlı 3 böyük kənd icması əmələ gətirmışdir. Sonralar oykonimin tərkibindəki "kəngərli" komponenti düşmüşdür. == Tarixi == Arxoloji qazıntılar zamanı indiki yaşayış yerlərindən 0.5 km cənub-qərbdə kənd ərazisində Çaqqallıqtəpə deyilən ərazidə ilk tunc dövrünə (e.ə. 3-cü minillik) yaşayış yeri aşkar olunmuşdur. Yaşayış yeri ilk tunc dövrünün əkinçi tayfalarının mədəniyyəti üçün səciyyəvidir.
Çayüzü
Çay Üzü — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Yardımlı rayonunun mərkəzindən təxminən 5 km cənub-qərbdə, Viləş çayının sahilində yerləşir. == Tarixi == Çay Üzü kəndi Yardımlı rayonunun eyniadlı inzibati ərazi vahidində yerləşir. Viləş çayının sahilində, Talış dağlarının ətəyindədir. Toponim çay və Üzü (kənd adı) komponentlərindən düzəlib, "çay qırağındakı Üzü kəndi" deməkdir.
Öysüzlü
Aşağı Öysüzlü — Azərbaycanın Tovuz rayonunda kənd. Yuxarı Öysüzlü — Azərbaycanın Tovuz rayonunda kənd.
Aygünlü bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aşağı Öysüzlü
Aşağı Öysüzlü — Azərbaycan Respublikasının Tovuz rayonunun Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Öysüzlü kəndinin ərazisindən 213,68 ha (bundan dövlət mülkiyyətində olan 34,01 ha, bələdiyyə mülkiyyətində olan 56,70 ha və xüsusi mülkiyyətdə olan 122,97 ha) torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == Ayrı-ayrı mənbələrdə Aşağı Öküzlü, Aşağa Öksüzlü variantlarında da qeydə alınmışdır. Yaşayış məntəqəsini XIX əsrdə Öysüzlü (indiki Yuxarı Öysüzlü) kəndindən çıxmış ailələr salmışlar. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi movqeyini təyin edir, ikinci komponenti isə Azərbaycan elatlarından birinin adıdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Çal dağının (Kicik Qafqaz) ətəyində yerləşir. == Əhalisi == === Şəhidləri === Əliyev Fuad Ramin oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Mehdiyev Seymur Hüseyn oğlu (1995-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Nağıyev Pərviz Güloğlan oğlu (1991-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Yuxarı Öysüzlü
Yuxarı Öysüzlü — Azərbaycan Respublikasının Tovuz rayonunun Yuxarı Öysüzlü kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Öksüzlü olmuşdur. Yerli əhali arasında kəndin Qızılgöz Öysüzlü, Öksüzlü adları da vardır. Ondan keçmişdə əmələ gəl­miş yeni məntəqə Aşağı Öysüzlü, bu kənd isə Yuxarı Öysüzlü adlandırılmışdır. Oyko­nimin ikinci komponenti Qazax qəzasında maldarlıqla məşğul olmuş öksüzlü elatının adındandır. == Tarixi == 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Qafqazda yaranmış xanlıq və eyni zamanda bir sıra sultanlıqlar özlərinin mərkəzləri ilə də fərqlənirdilər. Belə sultanlıqlardan biri Şəmsəddin idi (bəzi tarixi qaynaqlarda Şamşəddil adı ilə qeyd olunur). 18-ci əsrin ortalarında yaranmış bu sultanlığın mərkəzi Tovuz deyil, mərkəzdən 8 km cənub-qərbdə yerləşən məhz indiki Yuxarı Öysüzlü (əvvəlki Öksüzlü) kəndi olmuşdur. === Tarixi abidələri === Yuxarı Öysüzlü kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Çovdaroğlu Aşıq Məhəmməd — azərbaycanlı aşıq.
Öysüzlü xalçaları
Öysüzlü xalçaları – Qazax xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Ümumi məlumat == Bu xalçanın adı Qazaxdan 25km məsafədə yerləşən Aşağı və Yuxarı Oysuzlu kəndlərinin adından götürülmüşdür. "Öysüzlü" xalçaları ətraf kəndlərdə - Aşağı Quşçu, Xatınlı, Bozalqanlı və s. istehsal olunur. == Bədii analiz == "Öysüzlü" xalçalarının ara sahəsinin kompozisiyası düzbucaqlı formada göllər əmələ gətirir və düzbucaqlılar da öz növbəsində, rombların içinə yerləşdirilmişdir. Rombların daxili konturları boyunca bir sıra qarmaqşəkilli çıxıntılar keçir. Çıxıntıların cızığı içəriyə əyilmişdir. Naxışların sıxlığı və qrafik kontur xətlərlə bölünən rənglərin təzadlığı nəticəsində kompozisiyanın çoxplanlı olması barədə vizual effekt yaranır. Müşahidə effektində bir xətt sanki qonşu xəttə keçir. Ağ fonlu ara haşiyə qarmaqlı haşiyədən ibarətdir.
Axullu
Axullu — Azərbaycan Respublikasının Xocavənd rayonunun Axullu kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 16 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Axullu kəndi 16 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Bəzi tədqiqatçılar bu sözü haxıllı etnoniminin təhrif forması hesab edirlər. Etnotoponimdir. Akullar (Axsullar), daha dəqiq olaraq ağullar, Dağıstanın cənubunda (Ağul və Qürah rayonlarında) yaşayan xalqın adıdır. Etnoqrafik cəhətdən ləzgilərə yaxındırlar. Dağıstanda Uxul kəndi həmçinin ərazidə Ləzgisuyu adlı obyektin olması bunu bir daha sübut edir. Axu (axul) Qafqaz xalqlarının (abxaz) dilində "təpə, yüksəklik" deməkdir. == Tarixi == === Tarixi abidələri === Alban kilsəsi (IV–V əsr) Rzaqulubəy günbəzi (XIV əsr) Ərgüşən qalası == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Aşurlu
Aşurlu — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Bədəlan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Aşurlu kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == Əhalisi 1956 nəfərdir.
Uyuqlu
Uyuqlu — Qubadlı rayonu ərazisində dağ. Azərbaycanla Ermənistan sərhədindədir. Əsli Oyuqludur. Yerli əhali arasında Oyuğun dağı adı ilə tanınır. Oyuq sözü burada “sərhəd nişanı” mənasındadır. XIX əsrdə bu dağda Ermənistanın Gorus rayonundakı Şumux və Azərbaycanın Qubadlı rayonundakı Seytas kəndlərinin sərhədini bildirmək üçün kömür basdırıldığına görə belə adlandırılmışdır.
Yuxarı Öysüzlü bələdiyyəsi
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Quzlu
Quzlu (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı, Ani kəndistanı ərazisinə daxil olan kənd. Quzlu (Kövsər) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. Quzlu (Üngüt) Quzlu (Mahnişan) Aşağı Quzlu (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Quzlu (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. Quzlu-i Əfşar (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd.
Axullu Yalı
Axullu yalı — Azərbaycan Respublikası Füzuli şəhərinin 10 km qərbdə, Xocavənd rayonu ilə sərhəddə yerləşən yüksəklikdir. Axullu yalı Qarabağ silsiləsinin ətəyində yerləşir. Toponim vaxtilə Füzuli rayonu ərazisində yaşayan Haxıllı nəslinin adındandır. Haxıllı nəsli həmin ərazidə Axullu adlı kənd də salmışdır. Bəzi tədqiqatçılar Axullu toponiminin təhrifə uğradığını qeyd edirlər.
Axurlu (Çaypara)
Axurlu (fars. اخورلو‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Qara Ziyəddin bölgəsinin Çaypara kəndistanında, Qara Ziyəddin qəsəbəsindən 14 km şimal-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (17 ailə).
Geriyə uyumlu
Geriyə uyumlu (Backward compatibility)– köhnə kompüter, yaxud əməliyyat sistemi üçün əvəzetmə imkanı. Məsələn, Windows XP əməliyyat sistemi DOS ilə geriyə uyumludur, belə ki, DOS proqramlarının əksəriyyəti orada çalışa bilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. == Xarici keçidlər == Vikianbarda Geriyə uyumlu ilə əlaqəli mediafayllar var.
Həmid Arzulu
Həmid Arzulu (Həmid Fərhad oğlu Əliyev; 15 may 1937, Naxçıvan) – şair, yazıçı, tərcüməçi, dramaturq, alim, pedaqoq, filologiya elmləri doktoru. == Həyatı == Həmid Arzulu Naxçıvanda dünyaya gəlmişdir. Tədqiqatçı Həsənalı Eyvazov 2005-ci ildə "H. Arzulunun yaradıcılığında tarixilik" adlı monoqrafiyasını nəşr etdirmişdir. == Fəaliyyəti == === Ədəbi fəaliyyəti === O, ədəbiyyata şeirlə gəlmiş, sonralar həm nəsr, həm də alman dilindən bədii tərcümə sahəsində fəaliyyət göstərmişdir. Onun ədəbi fəaliyyətinə əruz vəznində yazdığı satirik sabiranə şeirləri, sərbəst şeir vəznində qələmə aldığı "Deyirsən ki, açıq danış" poeması, ənənəvi janrda dərc etdirdiyi "Kəndimizin dastanı", "Bayramım-Novruzum gəlir" və nəhayət, "Şərq qapısı" qəzetinin keçirdiyi müsabiqədə birinci mükafata layiq görülən "Heydərnamə"[1] poeması, digər şeir və mənsur hekayələri aiddir. H. Arzulu həm də yazıçı-dramaturq kimi fəaliyyət göstərmişdir. Onun Naxçıvan Dövlət Musiqili Dram Teatrında altı əsəri; dörd dram əsəri, bir komediyası və bir lirik-psixoloji pyesi tamaşaya qoyulmuş, iki dram əsəri ("Ürəyə qəsd" və "Dəfinə axtaranlar") Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən qəbul edilmişdir. Tarixi mövzuda Həmid Arzulunun bir sıra hekayələri ("Göy geyimli fateh", "Çinarlar qurumur", ("Qaya altında səs"), bir povesti ("Günahsız şikəstlər"), iki romanı ("Qaçaq Quşdan" və "Qara Xəncər") nəşr edilmişdir. Bununla yanaşı, "İnam", "Əlincə Qalası", və "İtilənən xəncərlər" pyesləri, "Qaçaq Quşdan", "Qara Xəncər" romanları və "Günahsız şikəstlər" povesti dərc olunmuşdur. === Tərcümələri === Alman dilindən alman klassik şairlərindən Henrix Heynenin "Hars səfəri" povestini və bu povestdə olan yüz beytə qədər lirik şeirləri, Yohan Volfqanq Hötenin məşhur "Qərb-Şərq" divanını, Qothold Efraim Lessinqin "Müdrik Natan" mənzum dramını, Fridrix Şillerin "Balladaları"nı, həmçinin Qothold Efraim Lessinqin "Emiliya Qalotti" faciəsini , "Minna fon Barnhell" komediyasını, Bertold Brextin "Təbaşir xaç" dramını, Stefan Sveyqin "Novellaları"nı Azərbaycan dilinə tərcümə edərək nəşr etdirmişdir.
Oyuqlu dağı
Oyuqludağ (Ordubad)
Oğuzlu kilsəsi
Oğuzlu kilsəsi — Türkiyə Cümhuriyyətinin Qars ilində, Ani şəhər xarabalığından 19 km Şimalda, Oğuzlu kəndi ərazisində qədim kilsə. Kilsənin orijinal ermənicə adı bilnmədiyindən yerləşdiyi kəndin adı ilə adlandırılmışdır. Həmçinin kilsənin nə zaman inşa edilməsi də məlum deyil. Kilsə divarındakı naməlum tarixli kitabə isə abidənin Hassan Gntuni adlı bir nəfər tərəfindən inşa etdirilməsi haqqında məlumat verir. Bu şəxs Kral Smbatın (890-914) dövründə Qarsın hakimi olmuşdur. Yazıda Kral Smbatın adının çəkilmədiyinə görə kitabənin X əsrin başında Qarsda baş vermiş üsyan nəticəsində şəhərin bir müddət Kral Smbatın hakimiyyəti altından çıxdığı dövrdə yazıldığı düşünülür. Dövrümüzə çatmayan başqa bir kitabədə isə kilsənin "şahzadələr şahzadəsi" Aşot Pahlavid tərəfindən bərpa etdirildiyi qeyd edilirmiş. Daha sonrakı bir tarixdə isə kilsənin Cənub-Qərb küncü çökdüyü düşünülür. Çünki, kilsə divarlarının bu hissəsi sonrakı tarixdə daha kiçik daşlarla yenidən inşa edilmişdir. Daş işçiliyinin bənzərliyindən eyni dövrdə bayır divarlarının yüksəldildiyi, girişlərə divar çəkildiyi, yada girişlərin ölçüsünün kiçildildiyi düşünülə bilər.
İsrafil Aşurlu
İsrafil Əli oğlu Aşurlı (16 yanvar 1969, Bakı) — alpinist, Azərbaycan Alpinizm Federasiyanın Baş katibi (2022-ci ildən). Azərbaycan Alpinizm Federasiyasının prezidenti (2010–2016), dünyanın ən hündür zirvəsi hesab olunan Everesti və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlı.2007-ci ildə Everest (8848 m), 2009-ci ildə Qələbə (Pobeda 7439 m), 2011-ci ildə isə Kanqçencanqa (8586 m), 2019-ci ildə isə Lxotze (8516 m), Manaslu (8163 m), 2022-ci ildə Broud-Zirvəsi (8051 m) və 2023-ci ildə Makalu (8485 m) zirvələrlərinə çıxmış ilk azərbaycanlıdır. == Bioqrafiya == İsrafil Aşurlı 1969-cu ilin 16 yanvarında Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhərində yerləşən 6 saylı məktəbdə almışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasının Energetika fakültəsinə daxil olmuşdur. İsrafil Aşurlı 1991-ci ildə "İnsol" şirkətinin əsasını qoymuşdur. Şirkət 1998-ci ildən Rusiyada simli və simsiz rabitə üçün telekommunikasiya avadanlıqlarının quraşdırılması və işə salınması ilə məşğuldur. Öz şirkətini yaratdıqdan sonrakı dövrdə İsrafil Aşurlının alpinizmə qarşı marağı artmışdır. Onun dediyinə görə, bu həvəs təsadüfən meydana gəlmişdir. 2000-ci ildə o, Himalay dağlarının Kançencanqa bölgəsinə turistik treninqə yollanmışdır.
Buzlu çay
Buzlu çay, Buz çay və ya Soyuq çay — buz ilə bir stəkan soyuq çayın qarışığıdır, şəkərli və ya şəkərsiz verilir. Buzlu çay həmçinin popyular paketlənmiş içkidir. Buzlu çay limon, şaftalı, malina, turş limon , pəşın meyvəsi, çiyələk və gilas kimi geniş yayılmış ilə dadlandırılmış sirop ilə qarışıq ola bilər.
Fransis Amuzu
Fransis Apelete Amuzu (23 avqust 1999, Akkra) — Belçika Birinci Divizounu təmsilçilərindən olan Anderlext klubunda hücumçu kimi çıxış edən peşəkar Belçika futbolçusudur. == Klub karyerası == === Anderlext === Amuzu Anderlext akademiyası vasitəsilə inkişaf etmişdir. Amuzu Anderlext klubu ilə ilk peşəkar müqaviləsini 23 avqust 2015-ci ildə imzalamışdır. Amuzu öz peşəkar karyerasında debütünü 22 dekabr 2017-ci ildə Eypen klubuna qarşı oyunda etmişdir. O, 25-ci dəqiqədə qolla yadda qalmış və 65-ci dəqiqədə Sofiyan Hanni ilə əvəz olunmuşdur. Belçika Birinci Divizounu görüşündə Anderlext rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Şəxsi həyatı == Amuzu Qanada anadan olmuşdur. Valideynləri də Qana vətəndaşlarıdır. O, kiçik yaşlarında ailəsi ilə birlikdə Belçikaya köçmüş və burada futbolçu kimi inkişaf etmişdir. == Karyera statistikası == === Klub === 31 iyul 2018 tarixində yenilənib1UEFA Avropa Liqası görüşləri daxildir.
Nilufer Yumlu
Nilufər Yumlu (türk. Nilüfer Yumlu) və ya tanınan səhnə adı ilə Nilufər (türk. Nilüfer; 31 may 1955, İstanbul) — Türkiyə pop musiqiçisi. "Nazar" qrupu ilə birlikdə Türkiyəni 1978 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və Finlandiya nümayəndəsi Seyca Simola ilə 18-ci yeri bölüşmüşdür. 1997-ci ildən etibarən Türkiyənin YUNİSEF-dəki Milli təmsilçisidir. 1998-ci ildə Türkiyənin dövlət sənətçisi fəxri adına layiq görülmüşdür. == Diskoqrafiya == === Albomlar === Nilüfer '74 (1974) Selam Söyle (1976) Müzik (1978) 15 Şarkı (1979) Nilüfer '79 (1979) Nilüfer '80 (1980) Sensiz Olmaz (1982) Nilüfer '84 (1984) Bir Selam Yeter (1985) Geceler (1987) Esmer Günler (1988) Sen Mühimsin (1990) Yine Yeni Yeniden (1992) Ne Masal Ne Rüya (1994) Nilüferle (1996) Yeniden Yetmişe (1998) Büyük Aşkım (2001) Gözünaydın-Olur mu? Olur mu? (2003) Sürprizler (2004) Karar Verdim (2005) Karar Verdim + 3 Remiks (2006) Hayal (2009) 12 Düet (2011) 13 Düet (2013) Kendi Cennetim (2015) Yeniden Yeni Yine (2016) === 45-lik vallar və sinqllar === Kalbim Bir Pusula - Ağlıyorum Yine (1972) Dünya Dönüyor - Neden (1973) Göreceksin Kendini - Aldanırım Sanma (1973) Hatıra Defteri - Sen de Söyle (1973) Arkadaş Dur Bekle - Kim Ayırdı Sevenleri (1973) (With Modern Folk Trio and Tanju Okan) Akdeniz Çocukları - Akdeniz Çocukları (Enstrümental) (1973) (With Ali Kocatepe, Gökben, Ertan Anapa, Esin Engin ve Füsun Önal) Al Beni Çal Beni - Körebe (1974) Söyle Söyle Sever mi? - Başıma Gelenler (1974) Boşver - Boşverdim (1975) Oh Ya - Ara Sıra Bazı Bazı (1975) Bau mir ein Paradies - Anatol (1975) Ali - Italiano (1975) Bilder im meinem Herzen - Warum muss ausgerechnet er es sein?
Nilufər Yumlu
Nilufər Yumlu (türk. Nilüfer Yumlu) və ya tanınan səhnə adı ilə Nilufər (türk. Nilüfer; 31 may 1955, İstanbul) — Türkiyə pop musiqiçisi. "Nazar" qrupu ilə birlikdə Türkiyəni 1978 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və Finlandiya nümayəndəsi Seyca Simola ilə 18-ci yeri bölüşmüşdür. 1997-ci ildən etibarən Türkiyənin YUNİSEF-dəki Milli təmsilçisidir. 1998-ci ildə Türkiyənin dövlət sənətçisi fəxri adına layiq görülmüşdür. == Diskoqrafiya == === Albomlar === Nilüfer '74 (1974) Selam Söyle (1976) Müzik (1978) 15 Şarkı (1979) Nilüfer '79 (1979) Nilüfer '80 (1980) Sensiz Olmaz (1982) Nilüfer '84 (1984) Bir Selam Yeter (1985) Geceler (1987) Esmer Günler (1988) Sen Mühimsin (1990) Yine Yeni Yeniden (1992) Ne Masal Ne Rüya (1994) Nilüferle (1996) Yeniden Yetmişe (1998) Büyük Aşkım (2001) Gözünaydın-Olur mu? Olur mu? (2003) Sürprizler (2004) Karar Verdim (2005) Karar Verdim + 3 Remiks (2006) Hayal (2009) 12 Düet (2011) 13 Düet (2013) Kendi Cennetim (2015) Yeniden Yeni Yine (2016) === 45-lik vallar və sinqllar === Kalbim Bir Pusula - Ağlıyorum Yine (1972) Dünya Dönüyor - Neden (1973) Göreceksin Kendini - Aldanırım Sanma (1973) Hatıra Defteri - Sen de Söyle (1973) Arkadaş Dur Bekle - Kim Ayırdı Sevenleri (1973) (With Modern Folk Trio and Tanju Okan) Akdeniz Çocukları - Akdeniz Çocukları (Enstrümental) (1973) (With Ali Kocatepe, Gökben, Ertan Anapa, Esin Engin ve Füsun Önal) Al Beni Çal Beni - Körebe (1974) Söyle Söyle Sever mi? - Başıma Gelenler (1974) Boşver - Boşverdim (1975) Oh Ya - Ara Sıra Bazı Bazı (1975) Bau mir ein Paradies - Anatol (1975) Ali - Italiano (1975) Bilder im meinem Herzen - Warum muss ausgerechnet er es sein?
Quzlu (Germi)
Quzlu (fars. قوزلو‎‎‎) - İranın Ərdəbil ostanının Germi şəhristanı, Ani kəndistanı ərazisinə daxil olan kənd. == Etimologiya == Quzlu sözü Oğuzlardan gəlir. Bu bölgədə qoz ağacları çox böyük sahə tutarmış ki, bu səbəblə də burada yaşayan oğuzlar bura Qozlu demişdir. == Əhalisi == Quzlu kəndində 1987, 1992 və 1997-də uyğun olaraq 403, 375 ve 295 nəfər yaşayırdı. Amma 2006-cı il siyahıya alınmaya görə kənddə 222 nəfər yaşayır (47 ailə).
Quzlu (Kövsər)
Quzlu (fars. قوزلو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 458 nəfər yaşayır (111 ailə).