VƏCHİ-QƏMƏR

Ayüzlü.

Qabağı vəchi-qəmər,

Yanağı əhməridi bu?

                          (“Alı xan”)

VƏCH ƏRƏB
VƏCHİLƏ
OBASTAN VİKİ
Qəmər
Qəmər — Azərbaycan qadın adı. Qəmər Almaszadə — Azərbaycanın ilk balerinası, baletmeyster, pedaqoq, SSRİ xalq artisti (1959). Qəmər bəyim Şeyda — azərbaycanlı şairə və dramaturq. Qəmər Salamzadə — Azərbaycanın ilk qadın kinorejissoru, ssenarist. Qəmər Adıgözəlova — həkim, professor. Qəmər Əmiraslanova — əməkdar həkim. Qəmər Topuriya — Azərbaycan-sovet teatr aktrisası Qəmər Ağaoğlu — Qarabağ xanları nəslindən olan incəsənət xadimi. Qəmər Məmmədova — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2000) Qəmər İmamverdiyeva — Qəhrəman ana Qəmər Cavadlı — jurnalist, tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru.
Qəmər Adıgözəlova
Qəmər Əbdülrəhim qızı Adıgözəlova-Polçayeva (d.12 aprel 1915, Axtı, Dağıstan – ö. 1992) — həkim, professor. Qəmər Əbdürrəhim qızı Adıgözəlova-Polçayeva 1915-ci il aprelin 12-də Dağıstanın Axtı kəndində anadan olmuşdur. O, Azərbaycan ET Oftalmologiya İnstitutunda 1960-cı ildən başlayaraq, 30 ildən artıq müddətdə elmi işlər üzrə direktor müavini vəzifəsini tutumuşdu. Bundan əlavə, prof. Adıgözəlova-Polçayeva 1957-1960-cı illərdə institutun terapevtik şöbəsinin müdiri vəzifəsində çalışmış, sonralar isə institutun iki elmi şöbəsinin – uşaqların görmənin mühafizəsi və gözün virus patologiyası şöbələrinin elmi rəhbəri olmuşdur. O, görmə üzvünün optik qüsurlarının ametropiyaları, çəpgözlüyün, astiqmatizmin, ambliopiyanın, anizometropiyanın haqqında anlayışlara bir çox yeniliklər gətirmişdir. Prof. Ü.C.Musabəyli ilə birlikdə o, oftalmologiyada ilk dəfə olaraq, uzağa akkomodasiyanın konsepsiyasını yaratmışdı. Bundan əlavə gözün müxtəlif mənşəli iltihabi xəstəliklərinin, gözün yenitörəmələrinin, uveal kataraktanın, traxomanın patogenezi problemlərinin işlənməsi də bir neçə onillik ərzində institutda onun rəhbərliyi altında aparılırdı.
Qəmər Almaszadə
Qəmər Hacıağa qızı Almaszadə (10 mart 1915, Bakı – 7 aprel 2006, Bakı) — Azərbaycanın ilk balerinası, baletmeyster, pedaqoq, SSRİ xalq artisti (1959). O, 1953–1972-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında baş baletmeytser, 1972–1988-ci illərdə isə balet truppasının bədii rəhbəri olmuşdur. Qəmər Almaszadə (Tamara ləqəbi ilə də tanınan) 10 mart 1915-ci ildə Bakı şəhərində çəkməçi ailəsində anadan olub. Uşaqlıqda baletlə məşğul olan dostu onda bu sənətə maraq oyandırıb. Mühafizəkar müsəlman atasından gizli olaraq dostunun məsləhəti ilə özəl balet studiyasına yazılır (daha sonra studiya Bakı Xoreoqrafiya Məktəbinə çevrilir). Atasını baletlə yox, idmanla məşğul olduğunu inandıra bilir. Lakin bir neçə ildən sonra sirrin üstü açılır. Atası əvvəllər qəzəblənsə də, sonralar teatra gizlicə gəlir və qızının çıxışlarında tamaşaçılar arasında tez-tez görünür. Bəstəkar Əfrasiyab Bədəlbəyli ilə 1931-ci ildə qurduğu evlilik övladları olmadığından "Qız qalası" baletindən az sonra boşanma ilə nəticələnir. Sənət bağlılıqları isə illərlə davam edir.
Qəmər Almazzadə

Qəmər Ağaoğlu
Qəmər Ağaoğlu (ing. Kamer Aga-Oglu; 15 oktyabr 1903, Şuşa – avqust 1984, Miçiqan) — Qarabağ xanları nəslindən olan, ABŞ-də fəaliyyət göstərmiş incəsənət professoru. Miçiqan Universitetində işləmişdir. Qəmər Ağaoğlu 1903-cü il oktyabrın 15-də Şuşada anadan olmuşdur. Həyatının Azərbaycanda keçən dövrü haqqında çox az məlumat mövcuddur. Orta təhsilini Bakıdakı qız gimnaziyasında aldığı güman edilir. Atası Qarabağ xanlarının ailəsindən olan Talıbxan bəy Talıbxanov (1859–1920) həm çar, həm də AXC dövründə müxtəlif inzibati vahidlərin rəisi vəzifəsində çalışmışdır. Böyük bacısı Sürəyya Talıbxanbəyli (1899–1974-cü ildən əvvəl) İstanbul Universitetinin dil-ədəbiyyat fakültəsini bitirmişdi. İlk nikahla Cümhuriyyətin sonuncu hökumət kabinetində daxili işlər naziri vəzifəsini tutmuş siyasi mühacir Mustafa Vəkilli (1896–1965) ilə ailə qurmuşdur. Azərbaycan və Anadolu türkcəsinin dialektoloji baxımdan müqayisəli tədqiqi istiqamətində bəzi araşdırmalar aparmışdır.
Qəmər Cavadlı
Qəmər Cavadlı (23 avqust 1960, Bakı) — jurnalist, tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru. Qafqaz Müsəlmanları İdarəsinin ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavinidir. Cavadlı Qəmər xanım Aydın qızı – 1960-cı ildə Bakıda anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. AR Mədəniyyət nazirliyinin sosioloji tədqiqatlar şöbəsində, Qafqaz Müsəlmanları İdarəsinin mətbuat və informasiya xidmətində çalışıb. 1991–94-cü illər ərzində "İslam" qəzetində və "Qafqazinform" mərkəzində əməkdaşlıq edib. 1995–97-ci illərdə Türkiyə Diyanət Başkanlığına xidməti ezam olunub. 2002–13 illər ərzində Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi olmuşdur. Q.Cavadlı 2010-cu ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin qərarı ilə QMİ-nin ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini vəzifəsinə təyin olunub. Müsəlman dini idarələri tarixində bu statusu qazanan ilk qadındır.
Qəmər Məmmədova
Qəmər Məmmədova (tam adı: Qəmər Məlik qızı Məmmədova; d. 10 sentyabr 1954) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2000), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2013). 10 sentyabr 1954-cü ildə Bakıda doğulub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1975-79-cu illərdə Şəki Dövlət Dram teatrında, 1979-cu ildən İncəsənət İnstitutunun nəzdində Tədris teatrında aktrisa vəzifələrində işləyib. 1983-cü ildə Şəki Dövlət Dram Teatrına qayıdıb 2002-ci ilə kimi aktrisa vəzifəsində çalışıb. 2002-ci ildən Azərbaycan Dövlət Gənclər teatrında aktrisa vəzifəsində çalışıb. Azərb.Döv.Mədəniyyət və İncsənət Universitetinin müəllimidir. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub.
Qəmər Salamzadə
Qəmər Əliqulu qızı Salamzadə (5 may 1908, Naxçıvan – 20 aprel 1994, Bakı) — Azərbaycanın ilk qadın kinorejissoru, ssenarist. Qəmər Salamzadə 5 may 1908-ci ildə Naxçıvanda maarifçi, teatr xadimi, şair Əliqulu Qəmküsarın ailəsində dünyaya göz açıb. 1912-ci ildə ailəsi Tiflis şəhərinə köçür.Atası 1919-cu ildə burada menşeviklər tərəfindən qətlə yetirilir. Qəmər əmisi Rzaqulu Nəcəfovun himayəsində qalır. İlk təhsailini Naxçıvanda qız məktəbində alıb. Tiflisdə rus dilində təhsilini davam etdirirb. Atası öləndən sonra isə Naxçıvana qayıdıb. Burada qız məktəbində təhsilini davam etdirib. Həmin illərdə qız məktəbində tamaşaya hazırlanan "Arşin mal alan" musiqili komediyasında dəfələrlə Telli rolunu oynayıb. Naxçıvan teatrının rejissoru olan Kazım Ziyanın dəvəti ilə tamaşalarda və müsamirələrdə iştirak edib.
Qəmər Surəsi
54-cü surə
Qəmər Topuriya
Qəmər Topuriya (əsl adı: Tamara Vissarionovna Topuriya; 15 avqust 1902, Tiflis – 3 iyun 1947, Bakı) — Azərbaycan-sovet teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1943). Qəmər Topuriya 15 avqust 1902-ci ildə Tiflisin Şeytanbazar adlı məhəlləsində anadan olub. Qonşuları azərbaycanlı ailəli olduğuna görə Azərbaycan türkcəsində danışa bilirdi. Rus dilində beş sinif həcmində təhsil alıb. Əsl adı Tamara Vissarionovna Topuriya olan Qəmər xanım milliyyətcə gürcü olmuşdur. "Qəmər" onun təxəllüsüdür və səhnəyə çıxmasının ikinci ilindən tamaşaların proqramlarında adı belə (soyadsız) yazılıb. Aktrisalıq fəaliyyətinin dördüncü ilindən həm "Qəmər xanım", həm də "Qəmər Topuriya" imzaları ilə çıxış edib. Bəzi proqramlarda "Şəms Qəmər" kimi təqdim olunub. İlk dəfə dəfə 1917-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" tamaşasında "Qulluqçu" obrazında səhnəyə çıxmışdır. O, 1918–1920-ci illərdə Tiflisdə və Bakıda müxtəlif truppaların hazırladıqları tamaşalarda, 1922–1925-ci illərdə Tiflis Dövlət Azərbaycan Teatrında işləyib.
Qəmər adaları
Komor adaları, Qəmər adaları, rəsmi adı Komorlar İttifaqı, daha çox Komor adaları adı işlədilir (2002-ci ilədək — Federativ İslam Komor Adaları Respublikası) — Hind okeanında dövlət. Mozambik körfəzində Madaqaskar adasının şimalı ilə Mozambikin şimalı arasında yerləşir. Ərazisi — 1862 km² (Mayotta (Maore) adası ilə 2235 km²). Federativ Respublika olan Komor adaları 3 muxtar vilayətdən (adadan) ibaretdir: Nqazidja (Qrand Komor), Ndzvani (Anjuan) və Mvali (Moheli). Paytaxtı — Moroni şəhərinin 54 min sakin (2011-ci il) var. Ölkənin adı ərəb sözü olan əl-qəmər (al-kamr)dən yaranıb, "ay" deməkdir. Ayın təsviri bayrağında da vardır. 6 iyul 1975-ci il tarixindən Komor adaları müstəqil dövlətdir. Ölkənin prezidenti 26 may 2016-cı ildən başlayaraq – Azali Assoumani, eyni zamanda o, həm baş nazirdir. Komor Adalarının doğru adı Qəmər adalarıdır.
Qəmər İmamverdiyeva
Qəmər İmamverdiyeva (1922, Gəncə – 2011, Gəncə) - "Qəhrəman Ana" fəxri adı, "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalıilə təltif edilmişdir. Qəmər İmamverdiyeva 1922 ci ildə Gəncə Şəhərində anadan olmuşdur. Atası Məhəmməd kişi Təbrizdən olduğu üçün 1930 cu illərdə atası və iki bacısı İrana, Təbrizə departasya olumuşlar. Qəmər İmamverdiyeva və anası Fatma, bacısı Humay və balaca olan qardaşı Qəzənfər Gəncədə qalmalı olmuşlar. 1936 cı ildə Əli İmamverdiyevlə evlənmişdir. 2011 ci ildə Gəncədə vəfat etmişdir.
Qəmər Əmiraslanova
Qəmər İskəndər bəy qızı Əmiraslanova (1893-?) — əməkdar həkim. Qəmər İskəndər bəy qızı Əmiraslanova 1893-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 1915-ci ildə Tiflis qadın gimnaziyasını bitirmişdir. 1918-ci ildə Moskva 1-ci diş həkimliyi məktəbini tamamlamışdır. 1932-1933-cü illərdə təhsilini Azərbaycan Tibb İnetitutunda davam etdirmişdir. İnstitututun daxili xəstəliklər propedevtikası kafedrasında dosent işləmişdir. Respublikanın əməkdar həkimi fəxri adına layiq görülmüşdür. Qəmər Əmiraslanova "Böyük Vətən Müharibəsi dövründə rəşadətli əməyə görə" medalı ilə təltif olunmuşdur. Qəmər Əmiraslanova İskəndər İskəndərovla ailə qurmuşdu. Gülarə adlı qızı vardı.
Qəmər Adıgözəlova-Polçayeva
Qəmər Əbdülrəhim qızı Adıgözəlova-Polçayeva (d.12 aprel 1915, Axtı, Dağıstan – ö. 1992) — həkim, professor. Qəmər Əbdürrəhim qızı Adıgözəlova-Polçayeva 1915-ci il aprelin 12-də Dağıstanın Axtı kəndində anadan olmuşdur. O, Azərbaycan ET Oftalmologiya İnstitutunda 1960-cı ildən başlayaraq, 30 ildən artıq müddətdə elmi işlər üzrə direktor müavini vəzifəsini tutumuşdu. Bundan əlavə, prof. Adıgözəlova-Polçayeva 1957-1960-cı illərdə institutun terapevtik şöbəsinin müdiri vəzifəsində çalışmış, sonralar isə institutun iki elmi şöbəsinin – uşaqların görmənin mühafizəsi və gözün virus patologiyası şöbələrinin elmi rəhbəri olmuşdur. O, görmə üzvünün optik qüsurlarının ametropiyaları, çəpgözlüyün, astiqmatizmin, ambliopiyanın, anizometropiyanın haqqında anlayışlara bir çox yeniliklər gətirmişdir. Prof. Ü.C.Musabəyli ilə birlikdə o, oftalmologiyada ilk dəfə olaraq, uzağa akkomodasiyanın konsepsiyasını yaratmışdı. Bundan əlavə gözün müxtəlif mənşəli iltihabi xəstəliklərinin, gözün yenitörəmələrinin, uveal kataraktanın, traxomanın patogenezi problemlərinin işlənməsi də bir neçə onillik ərzində institutda onun rəhbərliyi altında aparılırdı.
Qəmər bəyim Şeyda
Qəmər bəyim Şeyda (1881 Şuşa — 1933 Bakı) — azərbaycanlı şairə və dramaturq. Qəmərnisə bəyim Ata xan qızı 1881-ci ildə Şuşa şəhərində Qəmərnisə adı ilə Ata xan Abraxanov və Böyük Xanım Cavanşirin ailəsində xanadan olmuşdur. İbrahimxəlil xan Sarıcalı Cavanşirin qız nəvəsidir. Ata xan vəfat edən zaman Qəmər bəyim hələ gənc idi. Atasının ölümündən sonra qardaşı Məhəmmədin himayəsində olmuşdur. Məhəmməd onun üçün evdə dərs verəcək müəllimlər tutmuş, onu ikinci pillə təhsil almaq üçün Şuşa Məktəbinə getməyə həvəsləndirmişdir. Yeniyetmə kimi, öz dövrünün məşhur şairəsi Natavana "Məclisi-Üns"də təqdim edilmiş, Natavan da öz növbəsində Qəmər bəyimin istedadını təsdiqləməklə birlikdə, ona Şeyda təxəllüsünü vermişdir. Qəmər bəyim Şeydanın yaradıcılığında Xurşidbanu Natəvanın güclü təsiri olmuşdur. Qəmər bəyim Sadıq bəy Vəzirovla ailə qurmuşdu. Bahadur bəy, Nadir bəy adlı oğulları, Leyla xanım, Sənubər xanım, Həmidə xanım və Əntiqə xanım adlı qızları vardı.