AYÜZLÜ

AYÜZLÜ (üzü, sifəti ağ gözəl, qəşəng) [Mərsiyəxanım:] Ayüzlü gözəl, zalımlıqdan nə çıxar (Çəmənzəminli); AYQABAQLI Bulud üzlü, ayqabaqlı gözəlin; Duruban başına dolanmaq gərək (M.P.Vaqif); QƏMƏRÜZLÜ (kl.əd.) Ey şəmsü qəmərüzlü, didarına müştaqam (Nəsimi); MAHCAMAL (kl.əd.) Müsəlsəl keysulər ruxi-al üzrə; Bir buluda bənzər mahcamal üzrə (Q.Zakir); MAHLİQA (kl.əd.) Vaqifa, bir məhliqayi-mehribanə meyl qıl; Ta kəmali-eşqə ondan zərrə nöqsan olmaya (M.P.Vaqif); MAHRU (kl.əd.) Sənin layiqin əsri-şəhdir müdam; Kənizin ola mahrulər təmam (M.Ə.Sabir); AYÇÖHRƏLİ.

AYSBERQ
AZ

Digər lüğətlərdə