Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ayısoğanı
Ayı soğanı (lat. Allium ursinum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir (VU A2c + 3c). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanağı uzunsov, ensiz, 1 sm enində, gövdə üçtilli və ya dairəvi, 15–20 sm hündürlükdə, əsası adətən 2 kökyanı yarpaqlıdır, qına bərkidilmişdir. Yarpaq səthi uzunsov və ya ellipsivari-neştərşəkilli, iti 2(3)-4(6) sm enindədir. Çətir çox və ya azçiçəkli, hamardır. Çiçəkyanlığı 8–10 mm uzunluğunda, ulduzşəkilli, təmiz ağdır. Erkəkcik sapı uzun, bütöv, bizvaridir.
Aydoğan Vətəndaş
Aydoğan Vətəndaş (türk. Aydoğan Vatadaş) — Türk yazıçı, jurnalist və tədqiqatçı. == Haqqında == 1974-cü ildə İstanbulda anadan olub. 1993-cü ildə Dəniz Litseyindən məzun olub. 1995-ci ildə Dəniz Hərbi Məktəbindən ayrılıb. 1997-ci ildə başladığı Fateh Universiteti İngilis dili və ədəbiyyatı fakültəsindən 2001-ci ildə məzun olub. 1995-ci ildə Aksiyon dərgisində jurnalistlik peşəsinə başlayıb. 1995-2000-ci illərdə Aksiyon dərgisində müxbirlik, redaktorluq və köşə yazarlığı edib. 2000-2004-cü illərdə Zaman qəzetində müxbirlik, redaktorluk və köşə yazarlığı edən müəllif, 2002-2004-cü illərdə Qaraqutu verilişinin rejissor və aparcısı olmuşdur. 1997-ci ildə Timaş nəşriyyatında nəşr olunan ilk kitabı Armagedon (Türkiyə-İsrail Gizli Müharibəsi) əsəri ilə diqqət çəkib.
Oya Aydoğan
Oya Aydoğan (d. 10 fevral 1957; Ərzincan - ö. 15 may 2016; İstanbul) — Türkiyə aktrisası. == Həyatı == Ölümündən bir neçə gün öncə aorta damarının deşilməsinə görə xəstəxanaya yerləşdirilmişdi. 12 saat davam edən əməliyyatdan sonra ayılmamış 15 may 2016-cı ildə saat 07.15-də xəstəxanada vəfat etmişdir.
Nilay Aydoğan
Nilay Aydoğan (6 may 1992, İstanbul – 12 fevral 2023, Malatya) – Türkiyə qadın basketbolçu. == Karyerası == Aydoğan basketbol karyerasına "İstanbul Universiteti" komandasında başlamışdır. Daha sonra Türkiyənin "Gənclik və İdman", "Orduspor", "Güre Bələdiyyəsi", "İzmit Bələdiyyəspor", "Mersin Böyükşəhər Bələdiyyəspor", "Samsun Basketbol İhtisas", "Yalova VİP" basketbol klublarında çıxış etmişdir. Sonuncu klubu Türkiyə çempionatında çıxış edən "Çankaya Universiteti" komandası idi.Aydoğan Türkiyə milli qadın 3×3 basketbol komandasının üzvü olmuş və milli komanda ilə 17 oyuna çıxmışdır. 2022-ci ildə Konya şəhərində baş tutmuş İslam Həmrəyliyi Oyunlarının 3x3 basketbol turnirinin heyətinə seçilsə də, COVID-19 testi pozitiv çıxdığı üçün heyətdən çıxarılmışdı. == Ölümü == 2023-cü ilin fevralında nənəsinin evini ziyarət etmək üçün Malatyaya getmiş və baş verən Türkiyə–Suriya zəlzələsi zamanı bina dağıntılarının altında qalaraq ölmüşdür. Onun bədəni 12 fevralda dağıntıların altından çıxarılmışdır. Kasımpaşa Kulaksız məzarlığında dəfn olunmuşdur.Qadın basketbolu üzrə Türkiyə çempionatının 2022/23 mövsümünə onun adı verilmişdir. "Çankaya Universiteti" komandası onun geyindiyi 46 nömrəli formanı əbədiləşdirmiş və bu nömrəni heç kimə verməmək barədə qərar qəbul etmişdir.
Sümeyye Aydoğan
Sümeyye Aydoğan (2 aprel 1999, İstanbul) — Türk Aktrisa və Müğənni. == Həyatı və kariyerası == Sümeyye Aydoğan 2 aprel 1999-cu ildə İstanbulda anadan olub. O, ilk kino təcrübəsini 2020-ci ildə "Aile Hükümeti" filmində və ilk televiziya təcrübəsini 2021-ci ildə "Kahraman Babam" serialında nümayiş etdirdi. Daha sonra həmin il "Sadakatsiz" serialında Ceren obrazını, "Geçen Yaz" filmində Oya obrazını canlandırıb. 2022-ci ildə ilk baş rolu olan "Duy Beni" serialında Melisa Gerçek obrazını canlandırıb. "Duy beni" serialından sonra 2023-cü ildə FOX-da yayımlanan "Taçsız Prenses" serialında İsmayıl Hacıoğlunun partnyoru olaraq Yağmur Elem obrazını canlandırıb. Sezon finalında serialdan ayrılmışdır. Daha sonra Kanal D-də yayımlanacaq olan "Dönence" serialının heyətinə daxil edilib. 2023-cü ildə 13 bölümdən ibarət olan "Akif" serialında rol alıb. Həmin ilin avqustunda işıq üzü görəcək "Magarsus" serialında Damla obrazını canlandıracaq.
Apokrifal (Aydoğan Vətəndaşın əsəri)
Apokrifal (İtmiş Kitab, Ərgənəkon və Bir Cinayətin Anatomiyası) (türk. Apokrifal (Kayıp Kitap, Ergenekon ve Bir Cinayetin Anatomisi)) — Aydoğan Vətəndaşın 2008-ci ildə yazdığı tədqiqat əsəri. == Məzmun == 1981-ci ildə Hakkaridə kəndlilər tərəfindən bir mağarada hit içərisində köhnə bir əlyazma kitab tapılır. Aramicə mütəxəssisi dos. dr. Həmzə Hocagil qısa müddət sonra sözügedəm mətnin Axrami dilində, lakin süryani əlifbasıyla yazılmış bir İncil mətni olduğunu anlayır. Birinci əsrə aid orijinal İncil′in ortaya çıxması bütün dinləri maraqlandıran bir mövzudur. İstər İsanın tarixiliyinin, istərsə də İncilin Quranla nə cür uyğun olduğunun sübut edilməsi müxtəlif çevrələri narahat edir. Hocagil 1983-cü ildə Prezident Özalın cəhdləri və Xüsusi Hərb Dairəsinin nəzarətində İncili tərcümə etməyə başlayır. Ancaq tərcümə prosesi bir müddət sonra dayandırılır.