AYISOĞANI

сущ. бот. черемша, дикий чеснок (растение сем. лилейных)
AYIRMAQ
AYIŞMA
OBASTAN VİKİ
Ayısoğanı
Ayı soğanı, xalyar (lat. Allium ursinum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir (VU A2c + 3c). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanağı uzunsov, ensiz, 1 sm enində, gövdə üçtilli və ya dairəvi, 15–20 sm hündürlükdə, əsası adətən 2 kökyanı yarpaqlıdır, qına bərkidilmişdir. Yarpaq səthi uzunsov və ya ellipsivari-neştərşəkilli, iti 2(3)-4(6) sm enindədir. Çətir çox və ya azçiçəkli, hamardır. Çiçəkyanlığı 8–10 mm uzunluğunda, ulduzşəkilli, təmiz ağdır. Erkəkcik sapı uzun, bütöv, bizvaridir.

Digər lüğətlərdə