Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aydınlı
Aydınlı (Urmiya) —
Ayranlı
Ayranlı Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Ayranlı - Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Qazax qəzasında da bir dağ Ayranlı adlanır. XIX əsrdə İrəvan quberniyasının Eçmiadzin qəzasında Ayranlı kənd adı ilə mənşəcə eynidir. Avranlı adının təhrifidir.
Yağıntı
Yağış, yağmur və ya yağıntı – buludlardan yer səthinə diametri 0,5 mm-dən çox olan su damlası şəklində düşən atmosfer yağıntısı. Kiçik diametrli (0,05 mm-ə qədər) damlalar çiskin adlanır. Tipik yağış damlalarının diametri 1–2 mm, ən irisi 6–7 mm olur. İntensivliyi adətən 1–3 mm/dəqiqə və daha çox olan yağış leysan adlanır. == Yağış mövsümü == Yağış mövsümü quraqlıq dövrün əksinə olaraq bir neçə iqlim tipində (musson, Aralıq dənizi sahili) hər il bir və ya bir neçə ay ərzində təkrar olunan yağış halında maksimum yağıntıdır.
Ayrınc
Ayrınc (əvvəlki adı: Arınc) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Qarababa kənd inzibati ərazi dairəsi tərkibindəki Arınc kəndi Ayrınc kəndi adlandırılmışdır. == Tarixi == == Coğrafiyası == Rayon mərkəzindən 3 km şimalda, Şahbuz-Kükü yolunun üzərində, Naxçıvançayın sol sahilində yerləşir. == Əhalisi == Əhalisi 574 nəfərdir.(2009 - cu il). Sərin bulaqları, gözəl təbiəti var.
Aydınlı (Hurand)
Aydınlı (fars. آیدین‌لو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 202 nəfər yaşayır (40 ailə).
Aydınlı (Urmiya)
Aydınlı (fars. آيدينلو‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 91 nəfər. yaşayır (33 ailə).
Dolu (yağıntı)
Dolu – ilin isti dövründə topa yağış buludlarından dənə-dənə xırda buz halında düşən atmosfer yağıntısı. == Ümumi məlumat == Dolunun ölçüsü 5 mm-dən 55 mm-ə qədər, bəzən daha çox (130 mm, kütləsi təqr. 1 kq) olur. Azərbaycanda ən çox Böyük və Kiçik Qafqazın dağətəyi və orta dağlıq zonasında müşahidə olunur. Kənd təsərrüfatına böyük ziyan vurur. Azərbaycanın bəzi dağlıq rayonlarında doluya qarşı mübarizədə artilleriya və raketlərdən istifadə edilir.
Nimtac Ayrımlı
Tacülmüluk (və ya Nimtac Ayrımlı , fars. تاج‌الملوک‎; 17 mart 1896, Bakı – 10 mart 1982, Akapulko, Qerrero[d]) — mayor Teymur xan Ayrımlının qızı, Rza şah Pəhləvinin ikinci həyat yoldaşı və İranın şah xanımı və Məhəmməd Rza Pəhləvinin anası. Etnik azərbaycanlıdır. == Həyatı == Əsl adı Nimtac Xanım olan Tacülmüluk əslən bakılı olub, 17 mart 1896-cı ildə anadan olmuşdur. Atası Teymur xan Ayrımlı Rusiya İmperiyası ordusunun polkovniki kimi İran Qacar İmperiyasında yerləşmiş rus ordusunda xidmət etmişdir. Tacülmüluk öz xatirələrində yazır ki, atası Bakıda ordu komandirinin müavini, Lənkəranda zastava rəisi olmuş, daha sonra briqada generalı kimi xidmət etmişdir. Qardaşı Nəriman və əmiləri 1900–1918-ci illərdə əvvəlcə ermənilər və azərbaycanlılar arasında, daha sonra isə bolşeviklərin Zaqafqaziyada iqtidara gəlməsi ilə yaşanan qarışıqlıqda itkin düşüblər. Bu səbəbdən də naməlum tarixdə Teymur xan öz ailəsini Bakıdan İrana gətirmiş, bolşevik hakimiyyətinin Zaqafqaziyada qurulmasından sonra isə bir daha geri qayıtmamışdılar. Teymur xan Bakıda qızının gələcək həyat yoldaşı və İran şahı Rza Savadkuhi ilə tanış olur və sonralar ikisi birliktə İrana yola düşür. Baş verən bu yaxınlaşmadan sonra Nimtac xanım Rza Savadkuhi ilə nişanlanır.
Axıntı ayrılığı
Bir maye içərisində hərəkət edən (və ya ətrafından maye keçən sabit) hər bir bərk cismin səthinin ətrafında viskoz qüvvələrin meydana gəldiyi sərhəd qatları inkişaf edir. Sərhəd qatları laminar və ya turbulent ola bilər. Sərhəd qatının laminar və ya türbülans olub-olmaması yerli axın şərtlərinin Reynolds ədədinin hesablanması ilə əsaslı şəkildə tapıla bilər. “Axın ayrılması”, sərhəd təbəqəsinin əks təzyiq gradientindən kifayət qədər uzaqlaşdıqda baş verir, bu vəziyyətdə sərhəd qatı sürəti demək olar ki, sıfıra enir. Maye axını cisim səthindən ayrılır və bunun əvəzinə vortekslər və dövrələr yaradır. Maye ayrılığı həm də obyektin həndəsi quruluşundan asılıdır. Kəskin cizgilərə və ya yüksək əyriliklərə malik küt cisimlərdə mayenin ayrılması daha asandır. Belə obyektlərdə axıntının cismin səthini izləməsi çətindir. Aerodinamikada axıntı ayrılması əsasən artan sürüklənməyə, xüsusən mayenin içində hərəkət edən cismin ön və arxa səthləri arasındakı təzyiq fərqindən yaranan təzyiq sürütlənmə qüvvəsinə səbəb olur. Bu səbəbdən aerodinamik və hidrodinamik səthlərin dizaynında axıntı ayrılmasını gecikdirmək və yerli axını mümkün qədər səthə yapışdırmaq üçün çox səy sərf olunur və tədqiqatlar həyata keçirdilir.
Aydınlı Hacı Paşa
Aydınlı Hacı Paşa (1339–1413) — XIV əsrdə yaşamış İslam dünyasında tanınmış Anadolu Türkü həkim ve din alimi. Konyada doğulmuşdur, amma Aydına köçdüyü üçün Aydınlı olaraq tanınır. Əsl adı Cəlaləddin Xızırdır. Anadoluda təhsil aldıqdan sonra Misirə getmişdir. Burada özü bilinməyən bir xəstəliyə tutulub müalicə edib tibbə maraqlanmış və həkim olmuşdur. Qahirə xəstəxanasında baş həkim olub. == Əsərləri == 2 əsəri türkçədir, digərləri ise ərəbcədir.
Teymur xan Ayrımlı
Teymur xan Ayrımlı (d. Şimali Azərbaycan, Rusiya imperiyası - ö. İran) — Azərbaycan türklərinin tayfalarından olan Ayrım tayfasına mənsub briqada generalı. Rza şah Pəhləvinin kraliçası Tacülmülukün atası, Pəhləvilərin sonuncu şahı Məhəmməd Rza şah Pəhləvinin ana babası. == Həyatı == Teymur xan Ayrımlının və ümumiyyətlə Ayrımlı ailəsinin əsli Şəmşəddil mahalındandır. Teymur xan Ayrımlı Rusiya İmperiyası ordusunun polkovniki kimi Qacar İmperiyasında yerləşmiş rus ordusunda xidmət etmişdir. Tacülmüluk öz xatirələrində yazır ki, atası Bakıda ordu komandirinin müavini, Lənkəranda zastava rəisi olmuş, daha sonra briqada generalı kimi xidmət etmişdir. Qardaşı Nəriman və əmiləri 1900–1918-ci illərdə əvvəlcə ermənilər və azərbaycanlılar arasında, daha sonra isə bolşeviklərin Zaqafqaziyada iqtidara gəlməsi ilə yaşanan qarışıqlıqda itkin düşüblər. Bu səbəbdən də naməlum tarixdə Teymur xan öz ailəsini Bakıdan İrana gətirmiş, bolşevik hakimiyyətinin Zaqafqaziyada qurulmasından sonra isə bir daha geri qayıtmamışdılar. Teymur xan Ayrımlının ailəsini tam olaraq nə zaman Qacar imperiyasına apardığı bəlli deyil.
Aykinit
Aykinit - mineral, PbCuBiS3 == Haqqında == Aykinit — Rombik. Kristalları uzun sütunvaridan iynəvariyədək. Aqreqat dənəvar və druzlar. Boz rəngli. Cizgisi bozumtul-qara, parlaqdır. Parıltısı metallik. Sərtliyi 2–2,5. Xüsusi çəkisi 7,1. Mənşəyi Pb, Zn, Au, W, U hidrotermal yataqlarında, vollastonitli skarnlarda. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Ərinti
Ərinti ya Xəlitə - Ərintilərin alınması əridilmiş metalların bir-birində həll olması prosesinə əsaslanır. Əridilmiş metallarda həm də bəzi qeyri-metallar həll ola bilər. Məsələn, əridilmiş dəmirdə karbon və silisium həll olur. Soyudulduqda asan əriyən, odadavamlı, turşuyadavamlı və i.a. lazımi xasssələrə malik olan ərintilər alınır. Ərintilər tərkibinə və quruluşuna görə fərqləndirilir. Ərintilər soyudulduqda eyni cinsli kristallar əmələ gəlir. Onların kristal qəfəslərinin düyünlərində müxtəlif metalların atomları yerləşir. Bu halda bərk məhlullar alınır. Ərinmiş kütlə soyudulduqda ayrı-ayrı metalların kiçik kristalları ayrılır.
Frideş Karinti
Frideş Karinti (mac. Karinthy Frigyes; 25 iyun 1887[…], Budapeşt – 29 avqust 1938[…], Şiofok[d], Şomod) — Macar yazıçısı, dramaturq, şair, jurnalist və tərcüməçi. 1929-cu ildə yazdığı “Zəncirlər” hekayəsində Ayrılığın altı dərəcəsi konsepsiyasının ilk təşəbbüskarlarından idi. Karinti Macarıstanın ən məşhur yazıçılarından biridir. == Həyatı və fəaliyyəti == Karinti Budapeştdə burjua ailəsində anadan olmuşdur. Ailəsi əvvəllər yəhudi idi, lakin o, doğulandan qısa müddət sonra dinlərini dəyişdilər. Yazıçılıq fəaliyyətinə jurnalist kimi başlamışdı və ölümünə kimi qısa və yumoristik hekayələrin yazıçısı kimi tanınırdı. 1912-ci ildə “Bu da sizin yazı üslubunuz” (mac. Így írtok ti) adlı ədəbi parodiyalarının dərc olunması onun şöhrətini daha da artırdı. Burada o, dövrünün məşhur yazıçılarının yazı üslubunu parodiya etmişdir.
Macarıstan forinti
Macarıstan forinti — Macarıstanın pul vahidi. ISO 4217 əsasən valyutanın kodu HUF-dur (ing. Hungarian Forint kəlməsindən). 1945-1946-cı illərdəki hiperinflyasiyadan sonra 1946-cı il avqustun 1-də dövriyyəyə buraxılmışdır (keçmiş vahid pengö idi). O vaxtı pengönun forintə nisbəti 4⋅1029:1 idi. Tarixən 1 forint = 100 fillerə bərabər idi, lakin 1999-cu ildən bəri filler dövriyyədən çıxarılıb. 16 noyabr 2015-ci il tarixində forint beynəlxalq banklararası CLS sistemində hesablaşmalar üçün istifadə olunan sərbəst konversiya edilən valyutaların siyahısına daxil edilmişdir. == Tarixi == Pul vahidinin adı 13-cü əsrdən bəri fiorino d'oro (qızıl florin) adlı qızıl sikkənin zərb edildiyi Florensiya şəhərinin adından gəlir. 1806-1892-ci illər arasında Avstriya-Macarıstan imperiyasının pul vahidi macar dilində olan forint idi, həmin pul vahidi almanca Avstriya-Macarıstan quldeni və ya Avstriya florini kimi tanınırdı. Qulden 100 kreytserə bərabər idi (krajczar, müasir macar dilində krajcár).
Kəhram Əyrinci nahiyəsi
Kəhram Əyrinci nahiyəsi — XIV əsr-1747 əsrlər. İnzibati ərazi. Qarabağ xanlığı dövründə Mehri mahalı adlanmışıdr. 1593 ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livasının nahiyəsi == Tarixi == == Kəndləri == 1. Mehri (Meğri) erm. kəndi (65 ailə) 2. Yenicə erm. kəndi (4 ailə) 3. Təştun erm. kəndi (43 ailə) 4.
Sucəddim ayini
Sucəddim ayini (az.-əbcəd سو جدیم آیینی‎) — Azərbaycanın bir çox yerində və Ermənistan azərbaycanlıları arasında yayılmış adət. Bu ayində insanlar bir-birinə su atır və ya insanlar suya atılır. Yaz ayında keçirilir. == Etimologiyası == Sucəddim "su" və "cəddim-baba" sözlərindən yaranmış mürəkkəb sözdür. Sucəddim (Subaba) mürəkkəb sözünün özündə də suya inamın izi var. Elə buna görə də mərasim "Sucəddim" adlanmışdır. Türk xalqlarında müqəddəslərə, məbudlara arabir baba da deyirlər. == Tarixi == 1623-cü ildə Səfəviləri ziyarət edən rus taciri 15 avqust tarixində Səfəvi sarayında Şah I Abbasın iştirakı ilə insanların bir-birinə necə su atdığını təsvir edir. Sucəddim ayini, yəni insanların bir-birini sulaması və ya suya atması Azərbaycanın bir çox yerində və Ermənistan azərbaycanlıları arasında ən son dövrlərə qədər davam etmişdir. Bu ayin Səfəvilərdən fərqli olaraq yaz dövründə icra edilirdi.
Azərbaycan duz ayini
Azərbaycan duz ayini — Azərbaycanın bir çox yerində yayılmış adət. Uşağın doğumundan on gün sonra duzlu su ilə yuyulmasıdır. == İcrası == Doğumunun onuncu günündə uşaq yuyulur. Bu vaxt suya duz da tökərlər. Bunu, uşağın qorxmaması, tərləməməsi, güclü-qüvvətli olması üçün edərlər. Başqa bir inanca görə isə uşağı zəhərli həşəratlar dişləməsin, bədənində yara olmasın, xəstələnməsin deyə belə edərlər. Azərbaycanda duz ayinin yayılmasının simvolik mənası budur: uşaq gələcəkdə düz danışan, sözü bütöv, mərt, ölçülü hərəkət etməyi bilən biri olsun. Böyük ehtimalla bu təsəvvürün nəticəsidir ki, bir adam namərd çıxdığı, yalançı olduğu, arsızlıq etdiyi, hərəkətlərinə diqqət etmədiyi zaman xalq arasında "ona şit-şit danışırsa", "şitlik eləmə", "şit olma", "filankəs duzsuzdur, duzu yoxdur", "duzsuz doğulmuş" ifadələri ilə azarlayarlar. == Ədəbiyyatda == "Koroğlu" dastanında Qacar Əli namərdlik edib Koroğlunu aradan vuranda Koroğlu belə deyir: "Qacar Alı, günah səndə deyil, səni tutan əbədədir. O mürtəd qızı səni tutduğunda duz sərpməyib.
Coys Ayrin Ekroyd
Coys Ayrin Ekroyd (ing. Joyce Irene Ackroyd; 23 noyabr 1918, Nyukasl[d], Yeni Cənubi Uels – 30 avqust 1991, Oşenflover[d]) – Avstraliya yaponşünası, pedaqoqu, tərcüməçisi və akademiki. == İlk illəri == Coys Ekroyd 23 noyabr 1918-ci ildə Avstraliyanın Yeni Cənubi Uels ştatının Nyukasl şəhərində ailənin ikinci uşağı olaraq doğulmuşdur. Onun atası Alfred Volter Qoldsmit Ekroyd memar idi. Ekroyd Nyukasl və Parramatta liseylərində təhsil almışdır. O, uşaq yaşlarından etibarən Yaponiyaya maraq göstərməyə başlamışdır. Yaponiya incəsənəti, yapon dili və samuraylar onu ən çox cəlb edən mövzular olmuşdur. O, 1936-cı ildə Sidney Universitetində müəllim təqaüdü ilə yapon dili üzrə təhsil almaq istəsə də, icazə ala bilməmişdir. Çünki həmin dövrdə Avstraliya məktəblərində yapon dilinə tələb çox aşağı idi. Buna görə də universitetdə ingilis dili, riyaziyyat və tarix üzrə təhsil almışdır.
Səma dəfni ayini
Səma dəfni ayini — mərhumun cəsədini havada asmaqla həyata keçirildiyi dəfn edilmənin ən qədim dini ayinlərindən biri. Ayinin dini motivasiyası müxtəlif xalqlar üçün fərqli olmuşdur. == Ümumi məlumat == Səma dəfn mərasimi qədim dövrlərin bir çox xalqı arasında mövcud olmuşdur. Bu gün Cənubi Amerikanın bəzi tayfaları arasında da müşahidə edilir. Bəzi xalqlar üçün ayin bütün ölülərlə əlaqəli, bəzilərində isə yalnız bu və ya digər səbəbdən "seçilmişlər" lə əlaqəli şəkildə yerinə yetirilmişdir. Bu ayin haqqında ən qədim istinadlardan biri Nimfodorun mesajıdır (e.ə. III əsr). O, özünün "Barbar qanunları" əsərində yazırdı: == Zərdüştlük == Qədim zərdüştlər ölü cəsədini yırtıcı quşlar tərəfindən ziyafət üçün Dahma adlanan bir tikiliyə qoyulmalı olduğuna inanırdılar, çünki cəsədlərin basdırılması və ya yandırılması qədim dində qadağan edilmişdir. Səbəb isə suyun və torpağın çirklənməsinə səbəb olacağını düşünmələridir. == Gürcülər üçün səma dəfni ayini == 1814-cü ildə David Baqrationi "Gürcüstan tarixi" kitabında məlumat verdi: == Şimali Amerikalılar arasında səma dəfni == Hava dəfn mərasiminin Şimali Amerikadakı hinduların bəzi qəbilələri arasında mövcud olduğu da bilinir.
Müqəddəs rəbbani ayini ilə münaqişə
Müqəddəs ayinlə bağlı mübahisə (it. Disputa del Sacramento) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Bu əsər 1509-1510-cu illərə, rəssamın yaradıcılığının Roma dövrünə aid edilir. "Müqəddəs ayinlə bağlı mübahisə" əsəri hal-hazırda Vatikanda saxlanılır.