Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Böyükxan Naxçıvani
Böyükxan Naxçıvani və ya Böyükxan Naxçıvanlı (doğum adı: Nəzərəli xan Abbasqulu xan oğlu Naxçıvanlı; 2 aprel 1871, Naxçıvan – 1942, Təbriz) — Naxçıvan teatrının təşkilatçılarından biri. Böyükxan Naxçıvani Naxçıvan teatrın uzun müddət baş rolları oynamışdır. Böyükxan sonralar köçüb Təbrizə getmiş, orada "Şirü Xurşid" cəmiyyətində işləmiş və şəhərin teatr həyatında fəal iştirak etmişdir.
Böyükxanlı (Ərdəbil)
İranın Ərdəbil ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Germi bölgəsinin Anqut kəndistanında, Aslandüz qəsəbəsindən 18 km şərqdədir.
Böyükxanım Əliyeva
Böyükxanım Həsənbala qızı Əliyeva (28 sentyabr 1945, Xaçmaz) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2000). == Həyatı == Böyükxanım Həsənbala qızı Əliyeva 1945-ci ildə Xaçmazda anadan olmuşdur.Ə. Hüseynzadə ad. Azərb. Mədəniyyət və İncəsənət Un-tini bitirmişdir (1973). Həmin ildən N. Vəzirov ad. Lənkəran Dövlət Dram Teatrının aktrisasıdır. Rolları: Germiona ("Qış nağılı", U. Şekspir), Amaliya ("Qaçaqlar", F. Şiller), Gültəkin ("Aydın", C. Cabbarlı), Sədayə ("Sən yanmasan", N. Xəzri), Nihal ("Yağışdan sonra", B. Vahabzadə), Sənəm xala ("Yaxşı adam", M. İbrahimov), Anjel, Aynur ("Məhv olmuş gündəliklər", "Büllur sarayda", İ. Əfəndiyev), komissar ("Nikbin faciə", Vs. Vişnevski) və s. 1973-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsini bitirərək təyinatla N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına göndərildi. B. Əliyeva bu müddət ərzində teatrın səhnəsində 100-dən çox rollar ifa etmişdir.
Böyükdağ
Böyükdağ — Abşeron yarımadasının mərkəzi hissəsində palçıq vulkanıdır. Böyükdağ — Lerik rayonu ərazisində dağ.
Bölükan (Miyanə)
Bölükan (fars. بلوكان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 537 nəfər yaşayır (117 ailə).
Böyükdaş yaşayış yeri
Böyükdaş yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə. Böyükdaş yaşayış yeri eyni adlı dağın üst hissəsində aşkar edilmişdir. Yaşayış yerinin çox hissəsi Duvannı daş karxanası tərəfindən dağıdılmışdır. Qobustan arxeoloji ekspedisiyası bu yaşayış yerində 318 m² sahədə qazıntı işləri aparmışdır. Burada bir sıra daşdan hörülmüş dördkünc planlı, çoxotaqlı binanın qalıqları aşkar edilmişdir. Dağılmış tikinti qalıqları arasında, üzərində çubuq izləri olan gil suvaq parçalarına rast gəlinmişdir. Qazıntılar zamanı 3 №-li otaqdan oval formalı ocaq, onun yaxınlığında isə suvaq qalıqları aşkara çıxarılmışdır. Onun ətrafı, uzun müddət yanan ocağın təsirindən qızarmışdı. Ocaqdan şimalda, içərisinə dağdağan toxumu yığılmış dairəvi qurğulara rast gəlinmişdir. 1 və 2 №-li otaqların mərkəzi hissəsində, içərisi küllə dolmuş, dairəvi formalı ocaqlar aşkar olunmuşdur.
Allahım, sən böyüksən (film, 2008)
Allahım, sən böyüksən (hind: गॉड तुस्सी ग्रेट हो, Rom: God Tussi Great Ho) hind dilində çəkilmiş və 15 avqust 2008-ci ildə kinoteatrlarda nümayiş etdirilən hind komediya filmidir. Bu Hollivud komediyası olan film, Qüdrətli Brus filminin remeykidir. Bu film kommersiya müvəffəqiyyəti qazanmamış və kassada müvəffəqiyyətsiz olmuşdur.
Boğurxan
Boğurxan — Azərbaycan Respublikasında, Xocalı və Xocavənd rayonları sərhəddində, Qızıloba kəndindən 1 km. şimalda dağ. Hündürlüyü 1584 metrdir. Dağın şimal-şərq yamacları meşəlikdir. Xanaşençay bu ərazidən başlayır.Boğurxan dağı Köndələnçayın yaxınlığındadır. Bağırxan, Bağırqan da adlanır. Oronim orada müqəddəs sayılan Boğurxan qayasının adı ilə bağlıdır. Qırmızı rəngli, vulkan mənşəli suxurdan ibarət olan bu qayanın başında qədim məbəd xarabalığı var. Bu pirə sonsuz qadınlar müraciət edirlər. Tədqiqatçılar belə güman edirlər ki, Boğurxan din xadimi olmuş və orada dəfn edildikdən sonra qəbri sitayiş yerinə çevrilmışdır.
Boyxan
Boyxan - Külüg Bilgə xanın ölümündən sonra hakimiyyətə onun baş naziri Boyxan gəldi. Hakimiyyətinin ilk üç ilini Çin vassalı olaraq yaşayan xaqan sonra ondan müstəqil olaraq hərəkət etməyə başladı. Çinli şahzadə tələb etsə də, Çin imperatoru buna razı olmadı. Xaqan buna görə dəfələrlə Çinə yürüşlər etdi. 821-ci ildə Çinlə sülh imzalamağa ömrü çatmadan öldü. Yerinə Çindexan seçildi.
Dorukxan Toköz
Dorukxan Toköz (türk. Dorukhan Toköz; 21 may 1996, Əskişəhər) — "Trabzonspor"da yarımmüdafiə mövqeyində çıxış edən türk futbolçu. == Klub karyerası == === Əskişəhərspor === Dorukxan futbola "Əskişəhərspor" klubunda başlamışdır. 2015-ci ilin yanvar ayında peşəkar karyerasına başlamışdır. 2014–2015-ci illər mövsümündə rəsmi qarşılaşmalarda forma geyinməmişdir. Klubunda ilk rəsmi oyununa 3 dekabr 2015-ci ildə Türkiyə kubokunda "Mənəmən Bələdiyyəspor" ilə oynadıqları qarşılaşmada çıxmışdır. Həmin qarşılaşma "Əskişəhərspor"un 1-0 üstünlüyü ilə başa çatmış, qolu da məhz Dorukxan vurmuşdur. Türkiyə Super Liqasında ilk oyununa isə 20 dekabr 2015-ci ildə 2-1 hesabı ilə məğlub olduqları "Başakşəhər" qarşılaşmasında çıxmışdır. 2016–2017-ci illər mövsümündə Türkiyə 1-ci Liqasına düşən "Əskişəhərspor"da daha çox forma geyinməyə başladı. Həmin mövsümdə 24 qarşılaşmada forma geyinmiş və 2 qol vurmağı bacarmışdır.