Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bülövlük
Bülövlük – Azərbaycan Respublikasının Laçın rayonu Qoşasu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Laçın rayonunun Qoşasu inzibati ərazi vahidində olan kənd Mıxtökən silsiləsinin (kiçik Qafqaz) ətəyindədir. Bəzi tədqiqatçıların fikrincə, oykonim bülöv (kəsici alətləri itiləyən daş) sözündən və çoxluq, yer, məkan bildirən -lük şəkilçisindən düzəlib, "bülöv daşı olan yer" mənasındadır. Lakin dağlarda bitən ağ çiçəkli yabanı dərman bitkisinin adı da bülöylüdür. Xırda heyvanların ayaqlarındakı xəstəliyi bu otla müalicə edirlər. Güman ki dağətəyi zonada yerləşən kəndin ərazisində bülöylü otunun zəngin olduğuna görə kənd belə adlandırılmışdır. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Əhalisi == Erməni işğalınadək kənd əhalisi Azərbaycan türklərindən ibarət idi. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Hülövlü
Hülövlü — Azərbaycan Respublikası Xaçmaz rayonu inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1,528 nəfərdir. Etnik tərkibi: azərbaycan türkləri.
Hülövlü bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Blokçu (voleybol)
Blokçu (və ya blok qurucu) — voleybolda mövqe, voleybolçu ampluası. Çox vaxt mərkəz oyunçusu da adlanır. Buna səbəb bu mövqe sahiblərinin tez-tez mərkəzdən hücuma çəkilməsidir. Bu mövqenin sahibləri nə qədər hündürboy olsa bir o qədər xeyirdir. == Haqqında == Blokçu anpluasına sahib voleybolçunun əsas məqsədi adından məlum olduğu kimi blok qurmaqdır. Ancaq blok qurmaq yalnız blokçuya məxsus xüsusiyyət deyil. Liberodan başqa digər mövqelərin sahibləri də (toppaylayıcı, diaqonal, hücumçu) blok qura bilər və oyun zamanı əmələ gələn ikili, üçlü bloklar rəqibin zərbəsinin qarışısını almaq üçün ən gözəl variantlardandır. == Blok nədir == Blok — voleybol toruna yaxın oyunçunun rəqib tərəfdən gələn topun tor üzərindən təmasla qarşısını almaq üçün tullanaraq edilən hərəkətdir. Voleybolda rəqibin servisinə blok qadağandır. Blok növləri aşağıdakılardır: Blok təşəbbüsü — topa toxunmadan edilən blok hərəkətidir.
Bernhard fon Bülov
Bernhard Henrix Karl Martin fon Bülov (alm. Bernhard Heinrich Martin Karl Fürst von Bülow‎; 3 may 1849[…] – 28 oktyabr 1929[…], Roma, İtaliya krallığı) — alman dövlət və siyasi xadim və 1900-1909-cu illərdə Almaniya imperiyasının reyxkansleri. == Reyxkanslerliyi == Bernhard fon Bülov 1900-cu ildə Xlodviq Hohenloedən Almaniya imperiyasının reyxkansleri təyin olundu və ilk olaraq aşağıdakı islahatları həyata keçirdi. 1900-cü ildə qəbul edilən qanuna əsasən ölkə daxilində ayrı-ayrı təşkilatların koalisiyalar yaratmasına icazə verildi. Həmin ildə qəbul edilmiş digər bir qanuna əsasən istehsalatda bədbəxt hadisələrə görə xəsarət almış şəxslərə kompensasiyaverilməsi nəzərdə tutulurdu. 1900-cü ildə həmçinin kənd icmalarında arbitraj məhkəmələrin yaradılması haqqında qanun qəbul edildi. Bülovun daxili siyasətində Otto fon Bismarkla oxşarlığı onda idi ki, o da Bismark kimi ölkənin gələcəyini məhz sənayenin, ticarətin inkişafında görürdü. 1902-ci ildə Bülov reyxstaqın ölkəyə gətirilən taxıl və taxıl məhsulları üzərinə qoyduğu gömrükhaqlarının artırılması ilə yeni tarifin tətbiq olunmasına nail oldu. Yeni tarif 1902-ci ildə qəbul olunsa da, 1904-cü ilin yanvar ayının 1-dən qüvvəyə mindi. Həmin tarifə görə ölkəyə gətirilən arpa, buğda, çəltik məhsulları üzərinə qoyulan gömrük rüsumu 3 dəfəyədək artırıldı.
Hans fon Bülov
Hans Qvido fon Bülov (8.1.1830, Drezden – 12.2.1894, Qahirə) — alman pianoçusu, dirijor, bəstəkar, musiqi yazıçısı. == Həyatı == F. Vik (fp.), M. Ebervayn (musiqi nəzəriyyəsi) və M. Hauptmandan (kontrapunkt) dərs almışdır. Musiqi təhsilini F. Listin (1851–53, Veymar) yanında bitirmiş, tezliklə onunla qohum olmuşdur (1857–69 illərdə Listin qızı Kozima ilə evli idi). 1853-cü ildə ilk dəfə pianoçu kimi çıxış etmişdir. Bütün həyatı boyu Avropa ölkələrində və ABŞ-də (1875–76 illərdə burada 139 konsert vermişdir) qastrol səfərlərində olmuşdur. R. Vaqner musiqisinin pərəstişkarı idi: Münxendə II Lüdovikin sarayında işləyərkən (1864–69) ilk dəfə onun “Tristan və İzolda” (1865), “Nürnberq meysterzingerləri” (1868) musiqili dramlarını tamaşaya qoymuşdur. 1877–80-ci illərdə Hannoverdə saray kapelmeysteri olmuşdur. == Fəaliyyəti == Vyana klassiklərinin və Vaqnerin əsərləri ilə yanaşı Bülovun repertuarında fəal surətdə təbliğ etdiyi İ. Bramsın musiqisi də mühüm yer tuturdu (ilk dəfə 1885-ci ildə onun 4-cü simfoniyasını ifa etmişdir). Novatorçu dirijor olan Bülov ilk dəfə partiturasız dirijorluq etmiş, orkestrə 5-simli kontrabas və pedallı litavralar daxil etmişdir; Mayningendə saray orkestrinin rəhbəri (1880–85) olarkən musiqiçilərə ayaq üstə və nota baxmadan çalmağı məsləhət görmüşdü. U. Şekspirin “Yuli Sezar” faciəsinə yazılmış musiqinin (1867), “Nirvana” simfonik poemasının (1866), “Müğənninin qaçışı” orkestr balladasının (1863) müəllifidir.
Viko fon Bülov
Viko fon Bülov ya Lorio, əsil adı: Bernqard Viktor Kristif-Karl fon Bülov, (fr. Bernhard Victor Christoph-Carl von Bülow; Vicco von Bülow; 12 noyabr 1923[…] – 22 avqust 2011[…]) — alman komik aktyoru, eynizamanda rejisor, yazıçı və rəssamı. Fransız dilindən götürülmüş “Lorio” ləqəbinin mənası “sarıköynək” deməkdir. Belə ki, sarıköynək Fon Bülovlar ailəsinin gerbində əks olunmuşdur. == Bioqrafiyası == Viko fon Bülov Prusiyada kübar bir ailədə dünyaya gəlmişdir. Onun atası Yohan-Albrext Vilhelm fon Bülov (1899–1972) zabiti olmuşdur. Yohan-Albrext Vilhelm fon Bülov 1927 ci ildə həyat yoldaşı Şarlotte Matilda Luis ilə boşandıqdan sonra Bülov özündən bir yaş kiçik qardaşı ilə Berlində nənə və ulunənəsinin yanında böyümüşdür. 1934 —1938 ci illərdə Şadov gimnaziyasında oxuyur, sonra isə Ştutqarta köçdüklərinə görə 1941 ci ildə Berhard Lüdviq gimnaziyasını bitirdikdən sonra, on yeddi yaşında ikən orduya çağrılır. III Tank diviziyası tərkibində şərg cəbhəsinə düşən Bülov ober-leytenent rütbəsi alaraq, 1943 cü ildə I və II dərəcəli Dəmir xaç ordeninə layiq görülür. Viko fon Bülovun NSAFPnın üzvü olması haqqında heç bir sübut tapılmamışdır.
Hans Qvido fon Bülov